Məhkəmə qərarları › İş №3(012)-1652/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1652/2023

18.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1652/2023 18.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əmrullayev Ceyhun Qabil oğlunun katibliyi, X1nun və onun müdafiəçisi X7 iştirakları ilə, X3 YPX tərəfindən qəbul edilmiş 18 avqust 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermək haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron DYP Baş YPX tərəfindən qəbul edilmiş 18 avqust 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermək haqqında qərarına əsasən X2 Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək 150 (yüz əlli) manat məbləğində cərimə edilmişdir. X1 şikayət verərək qərarın ləğv edilməsini, onun əməlində İXM-nin 342.2.2-ci maddəsinin tərkibi olmadığından başlanmış icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X4 şikayəti onunla əsaslandırmışdır ki, Abşeron DYP Baş YPX tərəfindən qəbul edilmiş qərarla razı deyil. Abşeron DYP Baş YPX tərəfindən qanunsuz olaraq 18 avqust 2023-cü il tarixdə İXM-nin 342.2.2-ci maddəsi ilə 150 manat məbləğində cərimə edilmişdir. Ona görə də həmin qərar ləğv olunmalıdır. Bu səbəbdən hesab edir ki, qeyd olunan qərar qanunsuz və əsassızdır və bu səbəbdən ləğv edilməlidir. Belə olan halda, onun əməlində inzibati xəta hadisəsi yoxdur və başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Məhkəmə iclasında X1nun müdafiəçisi X9 eyni məzmunlu izahat verdi. Abşeron rayon Polis İdarəsi DYP Yol Patrul Xidməti ilkin məhkəmədə iştirak etməklə qərarla bağlı şikayətin təmin edilməməsini xahiş etdi. Şikayət ərizəsində olan və məhkəmə iclasında tədqiq edilmiş: Abşeron DYP Baş YPX tərəfindən tərtib edilmiş 18 avqust 2023-cü il tarixli TP ******* saylı qərardan görünür ki, X4 nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlıq quraşdırmışdır. Ona görə də Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsilə təqsirli bilinməklə 150 manat cərimə olunması qərar alınmışdır. Aşağıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, toplanmış iş materiallarında X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi və həmin xətaya görə inzibati məsuliyyətə cəlb edilməsi göstərilsə də, onun əməlində həmin Məcəllənin 342.2.2-ci maddəsində nəzərdə tutulan xətanın tərkib əlamətlərinin olmasını müəyyən etmək mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsindən görünür ki, Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə məsuliyyəti nəzərdə tutur. Məhkəmədə, barəsində protokol tərtib olunan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsinin olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, X3 Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə təqsirli bilinib, 150 manat inzibati cərimə tətbiq edilməsinə dair Abşeron DYP Baş YPX-nin 18 avqust 2023-cü il tarixli, TP ******* saylı qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X3 barəsində qəbul edilmiş 18 avqust 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermək haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar