Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1655/2025 21.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Kərimli Nahid Nəsimi oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zəngilan RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş-leytenantı Cabir Qarayevin, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi vəkil X1 iştirakları ilə, xx.xx.1977-ci ildə Ağdam rayonunun Ətyeməzli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Ağdam rayonunun Ətyeməzli kəndində qeydiyyatda olan, Maszır qəsəbəsi Zəngilan şəhərçiyi bina 10, nənzil 24-də yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Zəngilan RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Zəngilan RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş-leytenantı Qarayev Cabir tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Zəngilan RPŞnin İTB-nin polis sahə rəisi, polis baş-leytenantı Qarayev Cabir izahat verərək bildirmişdir ki, Şəxs barəsində onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olub-olmamasını müəyyən etmək məqsədi ilə iş üzrə məhkəmə-narkoloji ekspertizası təyin edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 4039 nömrəli rəyinə əsasən, müayinə zamanı Şəxs narkotik vasitələrdən psixi və fiziki asılılıq aşkar olunmamışdır. Şəxs naromaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur.Ərazi dispanserdə qeydiyyata alınması tövsiyə olunur. Şəxs barəsində 17 iyul 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar qəbul edilmiş, onun barəsində müvafiq inzibati tədbirlərin görülməsi üçün Zəngilan RPŞ-yə göndərilmişdir. Bundan sonra Şəxs barəsində İXM-nin 206-cı maddəsi ilə protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək, izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 20:41 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi ərazisində qonşuları X6 və X7 ilə birlikdə olan zaman 4 nəfər mülki geyimdə şəxslər onlara yaxınlaşıb, polis əməkdaşları olduqlarını təqdim edib kimliklərini soruşmuşlar. Özlərini təqdim etdikdən sonra polis əməkdaşları video çəkilişlə onlara hüquq və vəzifələrini izah etmişlər. Onlara təklif olunmuşdur ki, üzərilərində hər hansı qanunla dövriyyəsi qadağan edilmiş əşyapredmet varsa, həmin əşyanı təqdim etsinlər. Onun üzərində qanunla dövriyyəsi qadağan edilmiş heç bir əşya-predmet olmadığı üçün o, heç bir əşya-predmet təqdim etməmiş, həmin vaxt X6 əynindəki göy rəngli cins şalvarının sağ qabaq cibində saxladığı 01 ədəd, içərisində narkotik vasitəyə bənzər maddə olan bükümü təqdim edərək həmin bükülünün içərisində olan maddənin narkotik vasitə kimi tanınan "marixuana" olduğunu qeyd etmiş, həmin büküm zərfə qoyulub üzəri möhürlənərək imzalanmış, daha sonra onun, Şamilin və Kənanın üzərilərində axtarış aparıldı, mənim və Kənanın üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı digər bir əşya-predmet aşkar olunmamış, daha sonra o, Kənan və Şamil polis əməkdaşları ilə birlikdə Zəngilan RPŞ-nə gəlmişlər. O, əvvəllər narkotik vasitələrdən istifadə etmiş, son vaxtlar isə az-az istifadə etdiyin bildirmiş, X2 üzərindən çıxarıb təqdim etdiyi narkotik vasitəyə bənzər predmeti haradan əldə etməsi barədə heç bir məlumatı olmadığını, saxlanılarkən və ya polis orqanına gətirilərkən polis əməkdaşları tərəfindən ona qarşı heç-bir fiziki zərər və təzyiq olmadığını, həm Şamilin, həm də Kənanın narkotik vasitələrdən istifadə etməsi barədə məlumatı olduğunu söyləmişdir. Hazırda törətdiyi əməldən peşman olduğunu bildirərək məhkəmədən barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında müdafiəçisi X5 hüquqlarını müdafiə etdiyi şəxsin səmimi peşmançılığını, azyaşlı uşaqlarının olmasını əsas gətirərək sonuncu barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmənarkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 4039 nömrəli rəyinə əsasən, müayinə zamanı Şəxs narkotik vasitələrdən psixi və fiziki asılılıq aşkar olunmamışdır. Şəxs naromaniya xəstəliyndən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Zəngilan RPŞ tərəfindən İXM-in 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsaslıdır.Belə ki, istər məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, istərsə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi etirafedici izahatı ilə onun İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur.İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını, ailə vəziyyəti onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə həmin maddənin tələbini nəzərə alaraq, hesab edir ki, ona İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə məbləğinin İXM-nin 31.4-1-ci maddəsi tətbiq edilməklə, dörddə üçündən çox olmayan həddə cərimə təyin edilməlidir. Məhkəmə Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halın olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, ona inzibati cərimə növündə inzibati tənbeh təyin edilməlidir. Şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 03 saat olmaqla, cəmi 33 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş vəkil X3 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və o, 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Qərarın İcrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 03 saat olmaqla, cəmi 33 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş vəkil X4 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səfiyeva Cəmilə
Məhkəmə qərarları › İş №3(012)-1655/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1655/2025
21.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver