Məhkəmə qərarları › İş №3(012)-1656/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1656/2025

21.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1656/2025 21.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş şəxs: Zəngilan RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X6 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə 29 avqust 1991-ci il təvəllüdlü Zəngilan rayonunun, İçəri Müşlan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Zəngilan rayon Polis Şöbəsindən daxil olmuş materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Zəngilan Rayon Polis İdarəsinin İTB-nin sahə rəisi, polis baş leytenantı X10 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib edilmiş 21 iyul 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Zəngilan RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı Cabir Qarayev izahat verərək bildirdi ki, Şəxs 08 iyul 2025-ci il tarixdə tarixdə, ərazidə xidmətdə olan polis əməkdaşları tərəfindən qanunsuz olaraq narkotik vasitələri əldə edib istifadəsində şübhəli bilinərək saxlanılmış, üzərində narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmiş, həkim müayinəsindən keçirilərkən sonuncunun sidik nümunəsində THC (+) aşkar olunmuş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında dindirilən zaman özünü inzibati xətanın törədilməsində təqsirli bilərək bildirmişdir ki, o, təxminən 2-3 il olar ki, narkotik vasitələrdən istifadə edir. Hadisə günü, yəni 08 iyul 2025-ci il tarixdə axşam saatlarında Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi ərazisində qonşuları X7 və X8 ilə birlikdə olduqları zaman 4 nəfər mülki geyimdə şəxslər onlara yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirərək, şəxsiyyətlərini təstiq edən sənədi tələb etmişlər. Bundan sonra onlara videoçəkilişdən istifadə etməklə hüquq və vəzifələri izah edilmiş, üzərlərində hər hansı qanunla dövriyyəsi qadağan edilmiş əşya-predmet varsa, həmin əşyanı təqdim etmələri təklif edilmişdir. Onun üzərində qanusnuz hər hansı əşya və ya predmet olmadığından o, heç bir əşya-predmet təqdim etməmiş, lakin qonşuluqda yaşayan digər tanışı Şamil Kərimli geyindiyi cins şalvarının qabaq cibində saxladığı 01 ədəd, içərisində narkotik vasitəyə bənzər maddə olan bükümü təqdim edərək, həmin bükülünün içərisində olan maddənin narkotik vasitə kimi tanınan “marixuana” olmasını bildirmişdir. Polis əməkdaşları tərəfindən həmin büküm zərfə qoyulub üzəri möhürlənərək imzalandıqdan sonra onun, Şamilin və Cahidin üzərlərində axtarış aparılmış, lakin onun və sonuncunun üzərlərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı digər bir əşya-predmet aşkar olunmamış, daha sonra hamısı birlikdə Zəngilan RPŞ-nə gəlmişlər. Şamil Kərimli tərəfindən təqdim edilən narkotik vasitəyə bənzər kütləni haradan əldə etməsi barədə onda hər hansı məlumat yoxdur. O və digər tanışları saxlanılarkən və ya polis bölməsinə gətirilərkən polis əməkdaşları tərəfindən onlara qarşı heç-bir fiziki zor və təzyiq olmamışdır. Onun həm Şamilin, həm də Cahidin narkotik vasitələrdən istifadə etməsi barədə məlumat olmuşdur. O, əməlindən peşman olmasını bildirərək, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsi Ambulator X1 09 iyul 2025-ci il tarixli, 4040 №-li rəyində qeyd edilmişdir ki, müayinə zamanı Şəxs kannabionidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkamaniya xəstəliyi) aşkar olunur. Narkamaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür;

2. “Cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında 17 iyul 2025-ci il tarixli qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, X7, Şəxs və X8 barələrində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın açılması üçün qərarın surəti Zəngilan RPŞ-nin X2 göndərilməsi. qəbul edilmiş qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Zəngilan rayon prokuroruna və X4, Şəxs və X5 göndərilməklə, sonunculara qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Zəngilan rayon prokuroruna, yuxarı prokurora, yaxud məhkəməyə şikayət etmək hüquqlarının olmasının izah edilmişdir;

3. “İnzibati xəta haqqında” 21 iyul 2025-ci il tarixli MN seriyalı ******* nömrəli protokolda göstərilmişdir ki, Şəxs 09 iyul 2025-ci il tarixdə, Zəngilan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış, həkim müayinəsindən keçirilərkən sidik nümunəsində THC (+) aşkar olunmuşdur.

Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 206-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. 33-cü maddəsində göstərilən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini, təqsir dərəcəsini, əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların aşkar edilməməsini, eləcə də tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, həmçinin onun cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı:

Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 300 (üç yüz) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Qərarın icrası Zəngilan rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar