Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1657/2024 28.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusıət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Zərərçəkmiş şəxs: X1 iştirakı ilə xx.xx.2000-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Laçın rayonu, Laçın şəhəri, N.Nərimanov küçəsi, ev 64 ünvaında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində “Hyundai Tukson” markalı, **- BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan X1 idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Volsvagen Passat” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və toqquşma nəticəsinə sonuncuya yüngül bədən xəsarətlərinin yetirilməsi ilə əlaqədar yüngül dərəcəli bədən xəsarəti yetirərək yol nəqliyyat hadisəsi törətmişdir. Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin Təhqiqat şöbəsində araşdırma aparılmış və şöbənin baş təhqiqatçısı, polis polkovnik-leytenantı Ruslan Əsgərov tərəfindən xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd olunmuşdur. Bundan sonra Şəxs barəsində Abşeron rayon Polis İdarəsinin tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs X3 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 20:00 özünə məxsus “Volsvagen Passat” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Abşeron rayonu, Novxanı kəndində, H.Əliyev küçəsində üzü Bakı şəhəri istiqamətində iki zolaqlı yolun sağ zolağı ilə saatda 50-60 km surət ilə hərəkətdə olan zaman “Atlas” mağazasının qarşısında “Hyundai Tukson” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil əks istiqamətli yola çıxaraq, onun idarə etdiyi avtomobil ilə toqquşmuş və nəticədə o, bədən xəsarəti almışdır. Hadisədən sonra “Hyundai Tukson” markalı avtomobilin sürücüsü Şəxs ona dəymiş ziyanı ödədiyindən sonuncuya qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi və barəsində icraat aparılan şəxs məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 06 iyul 2019-cu il tarixli, AC seriyalı, 048783 saylı sürücülük vəsiqəsinə əsasən Şəxs «B1, C» kateqoriyası üzrə nəqliyyat vasitəsini idarə etmək hüququna malikdir; “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə” sxemə əsasən hadisə Abşeron rayonu, Novxanı kəndində baş vermişdir. xx.xx.2023-cü il tarixdə, saat 20:00 radələrində “Hyundai Tukson” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonu, Novxanı kəndi, H.Əliyev küçəsi ilə hərəkətdə olan zaman ehtiyatsızlıqdan idarəetməni itirməsi nəticəsində əks istiqamətli hərəkət zolağına çıxaraq, qarşı hərəkət zolağında hərəkətdə olan X1idarı etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Volsvagen Passat” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X6 Abşderon rayon şöbəsinin 08 sentyabr 2023-cü il tarixli, 1934 saylı rəyinə əsasən X1 bədəni üzərində aşkar edilmiş xəsarətlər – döş qəfəsinin ön səthində yumşaq toxumaların əziyi, geniş sahəli qançırı, burun nahiyəsinin sıyrığı, sağ əlin (əşyaların) arxa səthinin əzillmiş yarası, sol əlin İV barmağının qançır şişkinliyi bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl törənmişdirlər, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər, vətəndaş E.F.Namazovun bədəni üzərində aşkar edilmiş xəsarətlər qərarın təsvir hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. Abşeron rayon Polis İdarəsi Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru polkovnik-leytenantı X4 tərəfindən qəbul edilmiş 21 sentyabr 2023-cü il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərara əsasən toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, hadisənin baş verməsində təqsirkar Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən inzibati tənbeh tədbirlərinin görülməsi üçün Abşeron RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokolla, zərərçəkmiş şəxsin məhkəmə iclasında verdiyi izahatı, həmçinin müvafiq ekspert rəyi və inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilmişdir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın: 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üçyüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququаltı аydаnbir ilədək müddətə məhdudlaşdırılır. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarınavə inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinəuyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar,onun təqsirinin dərəcəsi,əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32-ci maddəsinə Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini və zərər çəkmiş şəxsə vurulmuş zərəri ödəməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi qəbul edir. 33-cü maddəsində göstərilən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsini, eyni zamanda məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53, 105 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-1657/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1657/2024
28.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver