Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1657/2025 11.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X7 Ənvər qızının sədrliyi ilə Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Gədəbəy rayonu, Düzrəsullu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiiyatda olan Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi polis kapitanı X3 tərəfindən MN № ******* saylı protokol tərtib edilmiş və protokola əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Protokoldan və onlara əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci ildə Zərərçəkmiş şəxs Samsung A 25 markalı telefonunu sındıraraq ona 600 manat maddi ziyan vurmuşdur. Nəticədə Şəxs tərəfindən AR İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu Şəxs izahatı ilə təsdiq edilir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron Rayon Polis İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişvə gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati xəta törədilməsi haqqında işə Abşeron Rayon Polis İdarəsinun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdki ki, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir. 900 manat ödəməsi barədə qəbzləri təqdim edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2 bildirdi ki, hadisə sübut olunmur, Vasifin dediklərinə görə hadisə ehtiyatsızlıqdan baş vermişdir, qəsd yoxdur. Həmçinin Vasif 900 manat ödəyib ona. İnzibati xəta haqqında protokola xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, həyat yoldaşı Şəxs tərəfindən şəxsi mobil telefonu qəsdən sındırılmış, nəticədə maddi ziyana uğramışdır. Həmin telefon onun tərəfindən alınmamış, bacısı tərəfindən şəxsi istifadəsi üçün hədiyyə edilmişdir. Tekefonun qiyməti 579 manat olmuşdur. Lakin kreditlə alındığı üçün qiymətindən daha bahalı olmuşdur. Keçən ilin sentyabrında həmin telefon alınmışdır. Telefon işi üçün əsas iş vasitəsidir. Övladarından biri 1-ci qrup əlildir. Telefonun sıradan çıxması nəticəsində həm maddi zərər, həm də gəlir itkisi ilə üzləşmişdir. Şəxs guya telefonun pulunu ödədiyini iddia etsə də, faktiki olaraq yalnız iki dəfə ayrı-ayrı vaxtlarda 400 manat olmaqla cəmi 800 manat ödəniş etmişdir. Bu məbləğ telefonun dəyərini ödəmək məqsədilə deyil, uşaqların gündəlik xərclərinə görə ödənilmişdir. Sübut olaraq bank köçürmələri, qəbzlər və yazışma sübutları vardır. Məhkəmədən dəymiş maddi ziyanın ödənilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İş materiallarında olan 2025-ci ilin may ayı tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə növündə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, iş materiallarında olan Cinayət işinin başlanması haqqında qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə vətəndaş Zərərçəkmiş şəxs ilə həyat yoldaşı Şəxs arasında baş vermiş ailədaxili mübahisə zamanı sonuncu Zərərçəkmiş şəxs hər hansı xəsarət və ya fiziki ağrı yetirməmişdir. Bu xüsusat ekspert rəyində də təsdiqini tapmışdır. Həmçinin Şəxs Zərərçəkmiş şəxs məxsus Samsung A 25 markalı 600 manat dəyərində mobil telefonunu zədələdiyi üçün sonuncuya 600 manat dəyərində maddi ziyan dıymişdir. İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən, özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Qeyd: Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati xəta nəticəsində vurulmuş ziyanın 1 misli qədər, yəni 600 (altı yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X8
Məhkəmə qərarları › İş №3(012)-1657/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1657/2025
11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver