Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1658/2021 10.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi ilə X1 iştirakı ilə, X3 Baş Dövlət Yol Polis İdarəsi Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti inspektoru polis serjantı X4 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, 19.10.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi və iş üzrə icraata xitam verilməsinə dair şikayətinə baxaraq, MÜƏYYƏN ETDİM : X5 şikayətlə məhkəməyə müraciət edərək, Baş Dövlət Yol Polis İdarəsi Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti inspektoru polis serjantı X4 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, 19.10.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət verən X5 bildirdi ki, 19.10.2021-ci il tarixdə saat 14:51 radələrində idarə etdiyi “Ford Transif’ minik markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu ərazisində yerləşən Ekologiya postunun yaxınlığında hərəkətdə olarkən Baş Dövlət Yol Polis İdarəsinin Ekoloji Nəzarət üzrə Yol-patrul xidməti inspektoru, polis baş serjantı X4 tərəfindən ona saxla işarəsi verilmiş və onun idarə etdiyi avtomobili saxlamışdır. Həmin vaxt V.Orucov ona idarə etdiyi avtomobilin mühərrikinin nasaz olduğunu və ekoloji vəziyyətə uyğun olmayan miqdarda qara tüstü buraxdığını bildirmişdir. O, V.Orucova avtomobilinin texniki baxışdan keçdiyini və texniki baxış zamanı avtomobilində heç bir nasazlığın olmadığını bildirsə də, yol-patrul xidməti inspektoru onun sözlərinə əhəmiyyət verməyərək müvafiq sənədləri olmayan aparatla avtomobilin tüstü həcmini yoxlamış və ona bildirmişdir ki, avtomobil texniki cəhətdən nasazdır. Bundan sonra Baş Dövlət Yol Polis İdarəsinin Ekoloji Nəzarət üzrə Yol-patrul xidməti inspektoru, polis baş serjantı X4 inzibati xəta haqqında qərar qəbul edilmiş və o, Azərbaycan Respublikasının İXM-nin 342.5-ci maddəsi ilə (Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşə yuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı) təqsirli bilinərək 50 (əlli) manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, həmin qərar qanunsuz və əsassız olduğundan ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, qeyd etmək istəyir ki, Baş Dövlət Yol Polis İdarəsinin Ekoloji Nəzarət üzrə Yol-patrul xidməti inspektoru, polis baş serjantı X4 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolda və qəbul edilmiş qərarda heç bir əsaslı səbəb göstərilməmiş, müvafiq sənədləri olmayan aparatla onun avtomobilinin mühərriki yoxlanılmış və idarə etdiyi avtomobilin guya normadan artıq tüstü buraxdığı göstərilmişdir. Qeyd edir ki, mülkiyyətində olan və idarə etdiyi “Ford Transit" minik markalı. **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobil Baş Dövlət Yol Polis İdarəsində texniki baxışdan keçmiş, avtomobilində heç bir texniki nasazlığın olmadığı müəyyən edilmiş və buna görə də avtomobilinin istismara yararlı olması barədə yekun rəy verilmişdir. Buna baxmayaraq Baş Dövlət Yol Polis İdarəsinin Ekoloji Nəzarət üzrə Yol-patrul xidməti inspektoru, polis baş serjantı X4 tərəfindən guya onun avtomobilinin texniki cəhətdən nasaz olması barədə qərar qəbul edilməsi qanunsuz və əsassızdır. Əgər ona məxsus “Ford Transit“ minik markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobil texniki cəhətdən nasaz idisə, texniki baxışdan necə keçmiş və istismarına icazə verilmişdir?. V.Orucov ona məxsus avtomobilin mühərrikinin tüstü buraxma həcmini yoxlayarkən ondan normativləri istəsə də, o, həmin normativlərin təqdim edilməsindən imtina etmişdir. Həmin vaxt mən 902 xidməti ilə əlaqə saxladı və oradan bildirdilər ki, ekologiya postunda həmin normativlər mövcuddur. Buna baxmayaraq V.Orucov yenə də həmin normativləri təqdim etmədi. Baş Dövlət Yol Polis İdarəsinin Ekoloji Nəzarət üzrə Yol-patrul xidməti inspektoru, polis baş serjantı X4 avtomobilinin texniki vəziyyətini düzgün yoxlamamış və heç bir əsaslı səbəb olmadan onu inzibati xəta törətməkdə təqsirli bilmişdir. Məhkəmədən TP seriyalı ******* nömrəli, 19.10.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi və iş üzrə icraata xitam verilməsini xahiş etdi. İlkin məhkəmədə iştirak edən barəsində şikayət verilən Baş Dövlət Yol Polis İdarəsi Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti inspektoru polis serjantı X4 bildirdi ki, uzun müddət keçdiyindən hadisəni xatırlamır və inzibati xətanın olmasını təsdiq edən sənədləri növbəti prosesdə məhkəməyə təqdim edəcəkdir. İş materiallarında olan TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 19.10.2021-ci il tarixli İXP ******* nömrəli protokola əsasən vətəndaş X5 Azərbaycan Respublikası İXM-in 342.5-ci maddəsinə əsasən qərar qəbul olunmuşdur. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət qismən əsaslı olduğuna görə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 115.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsinə əsasən arici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə, məsuliyyəti nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmədə müəyyən edilmişdir ki, 19.10.2021-ci il tarixli İXP ******* nömrəli protokola əsasən X5 barəsində Azərbaycan Respublikası İXM-in 342.5-ci maddəsinə əsasən TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Məhkəmədə inzibati qərarın qəbul olunmasına əsas olan sənədlər qərarı qəbul edən şəxsə kifayət qədər vaxt verilsə də təqdim olunmamışdır. Ona görə də şikayətin dəlillərinin araşdırılması məhkəmədə mümkün olmamışdır. Məhkəmə şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməli, qərar ləğv edilməli və baxılması üçün X9 Xidmətinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 48-ci maddəsinə əsasən inzibati xəta haqqında hər bir işin hallarının vaxtında, hərtərəfli, tam və obyektiv surətdə araşdırılması inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələrinə aid edilmişdir. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsi). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli, X3 Azərbaycan Respublikası İXM-in 342.5ci maddəsi ilə təqsirli bilinib, 50 manat inzibati cərimə tətbiq edilməsinə dair Ekologiya və Yol Patrul Xidməti inspektoru polis baş serjantı X2 19.10.2021-ci il tarixli, TP ******* saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün aidiyyəti üzrə səlahiyyətli orqana göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti qismən təmin edilsin. X3 Azərbaycan Respublikası İXM-in 342.5-ci maddəsi ilə təqsirli bilinib, 50 manat inzibati cərimə tətbiq edilməsinə dair Ekologiya və Yol Patrul Xidməti inspektoru polis baş serjantı X2 19.10.2021-ci il tarixli, TP ******* saylı qərarı ləğv edilsin və və inzibati xəta haqqında iş yenidən baxılması üçün aidiyyəti üzrə Ekologiya və Yol Patrul Xidmətinə göndərilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-1658/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1658/2021
10.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver