Məhkəmə qərarları › İş №3(012)-166/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-166/2021

25.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-166/2021 25.01.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Nəcəfova Şövkət Hüseyn qızı, X1 Azərbaycan Respublikası DİN Bakı şəhər X4 İdarəsinin TP ******* saylı, 14. 01.2021-ci il tarixli qərarının ləğv edilməsinə dair şikayət ərizəsinə 25.01.2021-ci il tarixdə, Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Zeytun sovxozu, ev 31v ünvanında yaşayan X2 Azərbaycan Respublikası DİN Bakı şəhər X4 İdarəsinin TP ******* saylı, 14. 01.2021-ci il tarixli qərarının ləğv edilməsinə dair şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və təqdim edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayətə baxılması qeyri-mümkündür, aidiyyət pozulduğuna görə geri qaytarılmalıdır. Azərbaycan Respublikası DİN Bakı şəhər X4 İdarəsinin TP ******* saylı, 14. 01.2021-ci il tarixli qərarında X1 yaşayış ünvanı ünvan 2kayət ərizəsində isə o, ünvanını ünvan 4miş, lakin onun orada yaşamasını təsdiq edən sənədi əlavə etməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cı maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Hesab edirəm ki, hazırkı vəziyyətdə şikayətin qəbul edilməsi aidiyyət pozulduğuna görə istisna edilir. Ona görə də şikayət geri qaytarılmalıdır. X2 şikayəti yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilməlidir. Onun yaşayış yeri isə qeydiyyatda olduğu yer sayılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Azərbaycan Respublikası DİN Bakı şəhər X4 İdarəsinin TP ******* saylı, 14. 01.2021-ci il tarixli qərarının ləğv edilməsinə dair şikayəti geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar