Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-166/2024 01.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, İnzibati xəta haqqında iş üzrə qərar qəbul etmiş orqanın nümayəndəsi: Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayət vermiş X6 iştirakı ilə, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən inzibati təneh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X6 verdiyi şikayətə Abşeron rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Qida X3-X13 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN № ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdi X9 ünvanlamış olduğu şikayət ərizəsini keçirilən məhkəmə iclasında müdafiə edib, bildirmişdir ki, onun icarə əsasında işlətdiyi “Gold City” kafesində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlam aparılmış və o Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsinə əsasən 1500 manat məbləğində cərimə edilmişdir. O, həmin cəza ilə razılaşmır. Belə ki, yol vermiş olduğu əməlin inzibati xəta kimi nəzərdə tutulduğunu bilməmiş, standartlar barədə heç kəs onu əvvəlcədən təlimatlandırmamışdır. Həmçinin cərimə məbləği yüksəkdir. Qeyd olunanlara əsasən barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib edən orqan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi Röyal Mirəzizli izahatında göstərdi ki, X8 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən qayda pozuntusunu etdiyinə görə inzibati qaydada 1500 manat məbləğində cərimə edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış xx.xx.2023-cü il tarixli, KY232061517 nömrəlli çıxarışına və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyinin X2 xx.xx.2023-cü il tarixdə YQ-0454 nömrəli yoxlamanın aparılması haqqında qərara əsasən həmin tarixdə ünvan 1 ünvanda fəaliyyət göstərən X7 məxsus “Gold City” kafesində yoxlama keçirilmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş yoxlamanın nəticələri üzrə qərara əsasən kafedə üzərində etiket məlumatları olmayan 1 ədəd 50 lt çəkidə olan çəllək pivəsi aşkarlanmışdır. Bununla da sahibkar Azərbaycan Respublikası Qida X1 19 saylı qərarı ilə təsdiq edilmiş “Qida Məhsulları üzrə gigiyena tələblərinə dair Qaydaların 2 nömrəli əlavəsinin 7.1-ci bəndinin tələblərini pozmuşdur. Protokola baxlması ilə əlaqədar X7 bildiriş göndərilmiş, onun iştirakı ilə 08 dekabr 2023-cü il tarixdə tərtib edilmiş MN ******* saylı inzibati xəta haqqında qərar qəbul edilmişdir. O, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsi ilə 1500 manat məbləğində cərimə edilmişdir. Protokola baxılan zaman X8 bildirmişdir ki, qeyd olunan nöqsanlarla tam razıdır, lakin həmin nöqsanların hüquqi nəticələrə səbəb olacağından məlumatsız olmuşdur. Onun hazırda məhkəməyə ünvanlamış olduğu şikayəti əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən inzibati təneh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN № ******* saylı qərardan görünür ki, “Gold City” kafedə yoxlama zamanı 1 ədəd 50 lt çəlləkdə olan üzərində etiket malları qeyd olunmayan pivə aşkar edildiyindən X8 Azərbaycan Respublikasınınnın İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsində nəzərdə tutulan xətanı törətməkdə təqsirli bilinərək vəzifəli şəxs qismində onun barəsində 1500 manat cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X2 YA-0454 saylı xx.xx.2023-cü il tarixli Yoxlama aktından görünür ki, yoxlama zamanı ünvan 1 ünvanda fəaliyyət göstərən X7 məxsus “Gold City” kafesində üzərində etiket məlumatları olmayan 1 ədəd 50 lt çəkidə olan çəllək pivəsi aşkarlanmışdır. Bununla da sahibkar Azərbaycan Respublikası Qida X1 19 saylı qərarı ilə təsdiq edilmiş “Qida Məhsulları üzrə gigiyena tələblərinə dair Qaydaların 2 nömrəli əlavəsinin 7.1-ci bəndinin tələblərini pozmuşdur. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, şikayət vermiş şəxsi və inzibati xəta haqqında qərar qəbul etmiş orqanın nümayəndəsini dinləyərək və işdə olan sübutları müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli və mübahisələndirilən inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanmalıdır Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 447.0.3-cü maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulmasına, yəni standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə - fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Qida X1 03 noyabr 2020-ci il tarixli 19 nömrəli Qərarının 7.1-ci maddəsinə əsasən alıcıya qida məhsullarının adı, növü, qida və enerji dəyəri, tərkibi, miqdarı (çəkisi), keyfiyyət göstəriciləri, istehsal tarixi, yararlılıq müddəti, saxlanma şəraiti, tərkibindəki allergenlər, mənşəyi, istehsal üsulu və istifadə qaydaları barədə dolğun məlumatlar verilməlidir. İstehsal tarixi ilə yararlılıq müddətləri eyni yerdə göstərilməlidir. 7.2-ci maddəsinə əsasən məhsulların etiketlənməsi dəqiq, aydın və istehlakçılar üçün tam başa düşülən və oxunaqlı olan tərzdə həyata keçirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 2 ünvanda fəaliyyət göstərən X8 tərəfindən icarə əsasında işlədilən “Gold City” kafesində yuxarıda göstərilən qaydaların tələblərinə riayət edilmədən 1 ədəd 50 lt çəkidə olan çəllək pivəsi aşkarlanmışdır. Şikayət vermiş şəxs qanunu bilmədiyini və barəsində protokol tərtib edən orqan tərəfindən təlimatlandırılmadığını, yol verdiyi əməllərin inzibati xəta yaratmasından məlumatsız olduğunu və xəbərdarlıq edilmədən 1500 manat məbləğində cərimə olunması ilə bağlı məhkəmə diqqətə çatdırır ki, qanunu bilməmək məsuliyyətdən azad etməməklə yanaşı bu cür təlimatlandırılma müvafiq orqana həvalə edilməmiş, həmçinin qeyd olunan maddənin sanksiyasında xəbərdarlıq növündə tənbeh tətbiq edilməsi nəzərdə tutulmamışdır. Belə olan halda məhkəmə şikayətçinin göstərdiyi dəlillərlə razılaşmayaraq, hesab edir ki, şikayətçi X6 inzibati xətanı törətməməsi ilə bağlı şikayəti əsassızdır və işin faktiki hallarını əks etdirmir. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin: 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanuni, işin faktiki hallarına uyğun və iş üçün əhəmiyyətli hallarla sübuta yetirildiyindən X6 verdiyi şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X8 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-166/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-166/2024
01.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver