Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-166/2025 04.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, İnzibati xəta haqqında iş üzrə şikayət verən X3 iştirakı ilə, X3 YPX X9 X1 tərəfindən qəbul edilmiş TP seriyalı ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 YPX X9 X1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, “HYUNDAİ ACCENT” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini etibarnamə ilə idarə edir. O, bu avtomobillə xx.xx.2024-cü il tarixdə, saat 17:00-17:30 radələrində Şəmkir rayonundan Qazax rayonu istiqamətində hərəkətdə olmuşdur. Bu zaman qərb istiqamətində hərəkət etdiyi üçün gün işıqları təbii olaraq tam maşının ön şüşəsinə vurmuşdur. O, Şəmkirdən Qazaxa gedən istiqamətdə uzun zamandan sonra ilk dəfə idi ki, getmişdir. Burada yeni yolun çəkildiyini və əvvəlki yolun da köməkçi yol kimi istifadə edildiyini də yeni öyrənmişdir. Bu yolda yeni qoyulmuş işarələri də yeni görmüş və buna görə maşını daha diqqətlə idarə etmişdir. Bu yolla hərəkət edərkən onun barəsində protokolun tərtib edildiyi ərazidən təxminən 1,5-2 km əvvəldə “90” işarəsini gördüyü üçün o da 90 km/saat sürətlə hərəkət etmişdir. Bu zaman yolu tanımadığı üçün sadəcə işarələrə baxaraq qaydalara uyğun maşın sürməyə çalışmışdır. Daha sonra qarşısına Qazaxa - düz, Bakıya - sağa hərəkət və ötmək olmaz işarələri də çıxmışdır. O, da Qazax istiqamətinə getmək istədiyi üçün sürətini dəyişmədən düz hərəkət etməyi qərarlaşdırmışdır. Təxminən 100-200 metr məsafə qət etdikdən sonra qarşısına yerdə yarı-silinmiş dairəvi yol və düz istiqamətə irəliləmək olmaz işarəsi çıxmışdır. Lakin, bu işarəni və yerdəki dairəvi yolu uzaqdan görmək mümkün olmamışdır. O, bunları yalnız həmin yerə çatdıqda görmüşdür. Buna düz onun istiqamətinə düşən gün şüaları da təsir etmişdir. Onun sürəti 90 km/saat olduğu üçün maşını işarələri gördüyü anda dayandıra bilməmişdir. Nəticədə o, məcburən 7-8 metr məsafə artıq getmişdir. Lakin bu onun səhvinə görə olmamışdır. Çünki sürət həddi 90 km/saat olmuş və o da bu sürətlə, qoyulan işarələrlə Qazaxa - düz istiqamətdə hərəkət etmişdir Sonradan qarşısına çıxan düz getmək olmaz işarəsi və yerdə çəkilən dairəvi yolu uzaqdan görə bilməyi mümkün deyildi. Belə ki, yerdə çəkilmiş dairəvi yol demək olar ki silinmişdi, qoyulan işarə isə əvvəlki işarəyə uyğun deyildi. Çünki o, Qazax istiqamətində hərəkət etmək üçün düz getməli idi. Lakin, düz getdikdə hərəkət qadağandır işarəsinin olması çaşqınlıq yaratmışdır. Üstəlik gün işıqları da onun bu işarələri daha tez görməyinə mane olmuşdur. Bütün bildirdiyi faktlar onun protokolun yazılmasından 1 gün sonra həmin ərazidə çəkdiyi videodan da açıq şəkildə görünür. Nəticədə o, özündən asılı olmayan səbəblərə görə girişin qadağan olduğu yolda 7-8 metr hərəkət etməli olmuşdur. 90 km/saat sürətlə hərəkət olduğu üçün dayana bildiyi anadək bunu etməyə məcbur olmuşdur. Lakin, yenə də qarşı yola əks tərəfdən girməmiş və həmin yolu işarə edən düz xəttə belə toxunmamışdır. Sadəcə maşını qıraqda saxlayaraq geriyə getməyə çalışmışdır. Yenidən yola girdikdə arxadan yol polisi əməkdaşının ona yaxınlaşdığını görmüşdür. Polis əməkdaşı onun yol hərəkəti qaydalarını pozduğunu və onun 80 manat cərimə ödəməli olduğunu bildirmişdir. O, məsələni izah etmiş və yolda olan işarələrə uyğun hərəkət etdiyini bildirmişdir. Yol polisi isə onun bu dediklərini nəzərə almamış və ona “şikayətini Məhkəməyə edərsən” deyərək onun barəsində protokol tərtib etmişdir. Nəticədə onun barəsində İXP6347571 nömrəli, 21 iyun 2024-cü il tarixli inzibati tənbeh vermə barədə Protokol tərtib olunmuşdur. Bu protokol tamamilə qanunsuz və əsassız şəkildə tərtib edilmişdir. Belə ki qeyd etdiyi kimi o, bu yolu tanımamış və sadəcə yolda olan işarələrə uyğun hərəkət etmişdir. Qazaxa getmək istədiyi üçün əvvəldən gördüyü işarəyə uyğun olaraq düz yolla hərəkət etməli olduğuu düşünmüşdür. Sürət həddi isə “90” kimi qeyd edilmiş və bu işarədən sonra sürət həddi ilə bağlı hər hansısa işarə də olmamışdır. Buna görə də o, sözügedən yolda hərəkət qadağandır işarəsini gördükdən sonra dayanmalı olmuşdur. Nəticədə onun səhvi olmadan məcburi olaraq yol hərəkət qaydalarını pozmalı olmuşdur. Lakin, hərəkət etdiyi istiqamətdə qeyd etdiyi yol nişanlarından başqa heç bir yol nişanı olmamışdır. Bu isə özü də yolda olan nişanların bir-biri ilə toqquşduğunun və qanunsuzluğun göstəricisidir. Abşeron Rayon Məhkəməsinin 3(012)-1555/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin YPX İnzibati Qrupun polis X1 tərəfindən qəbul edilmiş 01 iyul 2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılması qərara alınmışdır. Bu qərarın qəbulundan sonra səlahiyyətli orqan araşdırma aparmalı olsa da, uzun müddət ona heç bir xəbər verilməmişdir. Nəticədə onun barəsində hesablanmış cərimə əsassız olaraq silinməmişdir. Lakin, ən sonda özü səlahiyyətli orqana müraciət edərək, Qərar qəbul etməli olduqlarını tələb etmişdir. Nəticədə isə heç bir araşdırma aparmadan və Məhkəmə Qərarına nəzər yetirmədən onun barəsində eyni məzmunlu qərar qəbul edilmişdir. Baş Dövlət Yol Polis İdarəsi YPX X9 X1 tərəfindən qəbul edilmiş ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qrar tamamilə qanunsuz və əsassızdır. Çünki inzibati tənbeh ilkin olaraq qanunsuz əsaslarla verilməklə yanaşı, ikinci dəfə də səlahiyyətli şəxs tərəfindən heç bir araşdırma aparılmadan qərar qəbul edilmişdir. Yuxarıdakı müddəalardan da görünür ki, inzibati xəta hadisəsi olmadıqda, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Burada da görünür ki, heç bir inzibati xətadan söhbət belə gedə bilməz. Çünki o, yolda qoyulmuş nişanlara uyğun hərəkət etmiş və bu nişanların bir-biri ilə uyğunsuzluq yaratması onun səhvi deyildir. Bu əsasla onun barəsində protokol tərtib edilə bilməz. Onun qeyd etdiyi hallara uyğun sübutu da vardır. Qeyd olunanları nəzərə alaraq, YPX X9 X1 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* saylı qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X6 şikayətin məzmununa uyğun çıxış edərək məhkəmədən şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, “İnzibati tənbeh vermə haqqında” qərarı qəbul etmiş AR DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə “İnzibati tənbeh vermə haqqında” qərarı qəbul etmiş AR DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayəti və işdə olan materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməli, YPX X9 X1 tərəfindən qəbul edilmiş TP seriyalı ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş: YPX X9 X1 tərəfindən qəbul edilmiş TP seriyalı ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 xx.xx.2024-cü il tarixində, saat 17:37 radələrində Bakı Qazax yolunun 408-ci km-də “X10” markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 80 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə görə, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. İş materiallarından müəyyən edilmişdir ki, YPX X9 X1 tərəfindən baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən X3 qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Habelə iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən X6 barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Səlahiyyətli orqan tərəfindən isə qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırmanın aparılmamış olması və araşdırma zamanı şəxsin hüquqlarının təmin edilməməsi, eləcə də X3 izahatında göstərdiyi dəlilər məhkəmədə sonuncunun əməlində sözügedən inzibati xətanın tərkib əlamətlərinin olmasına şübhə yaradır. Bundan başqa, qeyd edilməlidir ki, iş üzrə toplanmış zəruri sübutların təqdim edilməsi və məhkəmə iclasının vaxtı və yeri barədə üstəlik qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə səlahiyyətli orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlir ki, X6 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələri təsdiq edən hər hansı sübutu qəraraında qeyd etməmişdir.Məhkəmə iclasında şikayət verənin izahatından isə göründüyü kimi, eyni zamanda onun özünün məhkəməyə təqdim etdiyi videogörüntüdən görüntüyü kimi X2 yolda hərəkət qadağandır işarəsini gördükdən sonra dayanmalı olmuşdur. Nəticədə onun səhvi olmadan məcburi olaraq yol hərəkət qaydalarını pozmalı olmuşdur. Lakin, hərəkət etdiyi istiqamətdə qeyd etdiyi yol nişanlarından başqa heç bir yol nişanı olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasıdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Məhkəmə belə hesab edir ki, şikayət təmin edilməli, YPX X9 X1 tərəfindən qəbul edilmiş TP seriyalı ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 134.1 və 134.1.4 və- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. YPX X9 X1 tərəfindən qəbul edilmiş TP seriyalı ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-166/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-166/2025
04.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver