Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1663/2022 10.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, X8 katibliyi ilə, Şikayətçi "xxxx" MMC-nin direktoru X4 və inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxs Azərbaycan Respublikası ƏƏSMN yanında X7 Xidmətinin Abşeron X9 baş əmək müfəttişi X5 iştirakları ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs "xxxx" MMC-nin direktoru X4 Azərbaycan Respublikası ƏƏSMN yanında X7 Xidmətinin Abşeron X9 rəisi Aqşin Əhədov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğvi barədə şikayətinə Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: "xxxx" MMC-nin direktoru X10 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası ƏƏSMN yanında X7 Xidmətinin Abşeron X9 rəisi Aqşin Əhədov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. "xxxx" MMC-nin direktoru X10 şikayətini onunla əsaslandırdı ki, X7 Xidmətinin X3 rəisinin 03 iyun 2022-ci il tarixli MN № ******* saylı Qərarı ilə "xxxx" MMC-nin direktoru olaraq, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması təmin edilmədiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə əsasən 1 500 ( bir min beş yüz ) manat məbləğində cərimə edilmişdir. Belə ki, rəhbəri olduğu müəssisə 2000-ci ildən etibarən fəaliyyət göstərir və əsasən də dərinin emalı konfeksiyası üzrə ixtisaslaşdırılmışdır. Ötən on dörd il müddətində AR Silahlı Qüvvələrinin əşya satınalması üzrə keçirdiyi tenderlərin öz sahəsi üzrə müstəsna ixtisaslı qalibi olaraq fəaliyyət göstərmişdir. Son beş ildə müəssisə yenidən qurularaq ən müasir avadanlıqlarla təmin edilmiş və 2020-ci ilə qədər yenidənqurma işləri başa çatdırılaraq, müəssisənin bərpa edilməsi planlaşdırılmışdır. Bunun üçün ilkin məhsul nümunələri hazırlanmış, müəssisəyə yeni işçilər qəbul edilməsi üçün elanlar verilmişdir. Lakin dünyada tüğyan edən COVİD-19 pandemiyası ilə əlaqədar qonşu ölkələrlə quru sərhədlər bağlandığı üçün ilk sifarişlər pandemiyanın sona yetməsini məsləhət görüb, alışları dayandırmalı oldular. Həmin vaxtlar müvafiq əmək müqavilələrinə əsasən altı nəfər idarə heyətinə və on beş nəfər isə dərzi peşəsinə işə götürülsələr də, sifarişlər olmadığı üçün tikiş maşınlarının start düymələri belə basılmadan işçiləri öz hesablarına pandemiyanın sonuna kimi məzuniyyətə buraxmaq məcburiyyətində qalmışlar. Həmin vaxtdan xeyli bir müddət keçəndən sonra, 19 may 2022ci il tarixdə Dövlət Əmlak Müfətişliyi Xidmətinin Sumqayıt Regional ərazi şöbəsindən bizim müəssisəyə xəbərdarlıq olunmadan cərimə tətbiq edilmişdir. Buna görə də müəssisənin rəhbəri kimi həmin şöbəyə dəvət edilmişdir. Odur ki, may ayın 25-də dəvət üzrə Sumqayıt şəhərində yerləşən regional ərazi şöbəsində olaraq, şöbə əməkdaşı və rəhbərliklə görüşüb, onlara irad tutulan məsələyə — işçilərin sığorta olunmadıqlarına aydınlıq gətirərək bildirdim ki, ötən müddət ərzində və xüsusən pandemiya dövründə işçilərdən bir nəfər də olsun faktiki olaraq işləməmiş və əmək haqqı almamışdır. Həmin fakt son beş ilin vergi hesabatları ilə də bir daha təsdiq olunur. Yuxarıda qeyd olunanlara baxmayaraq həmin vaxtı ona ona bildirildi ki, yol verilmiş qanun pozğunluğuna dair artıq mərkəzi elektron informasiya sistemində müvafiq inzibati protokol tərtib edilərək, müəssisənin və müəssisə rəhbərinin cərimə olunması nəzərdə tutulmuşdur. Bir müddət keçəndən sonra ona məlum oldu ki, X7 Xidmətinin X2 03 iyun 2022-ci il tarixli MN № ******* saylı qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə əsasən müəssisənin vəzifəli şəxsi kimi 1500 ( bir min beş yüz ) manat məbləğində cərimə edilmiş və həmin qərar icra edilməsi üçün ərazi aidiyyatı üzrə Abşeron rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Lakin yuxarıda şərh olunanlara əsasən hesab edir ki, həmin Qərar qanun pozğunluğu ilə əməlimdə inzibati xəta tərkibi olmadığı halda qəbul edildiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.02-ci maddəsinə əsasən həmin qərara xitam edilməlidir. Təkrar da olsa bir daha onu qeyd etmək istəyirəm ki, son beş ildə müəssisənin əməkdaşları obyektiv səbəblər üzündən bir gün də olsun əmək fəaliyyətlərini davam etdirə bilməmişlər və öz hesablarına məzuniyyətdə olmuşlar. Müəssisənin fəaliyyətdə olmaması şikayətə əlavə edilən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Şəxsi hesab vərəqəsi ilə bir daha təsdiq olunur. Hazırda mübahisələndirdiyi inzibati tənbeh haqqında Qarardan qanunla müəyyən edilmiş müddətdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edilmiş, lakin məhkəmə xx.xx.2022-ci il tarixli qərarı ilə bizim müraciətimizi mümkün saymamış və aidiyyatı üzrə müraciət olunması həmin qərardadla bizə izah edilmişdir. Həmin qərardadın surəti xx.xx.2022-ci il tarixdə şəxsən mənə təqdim edilmişdir. Buna görə də qanunla müəyyən edilmiş on günün müddətində aidiyyatı üzrə Abşeron Rayon Məhkəməsinə müraciət etməli oldum. Sonda o, Azərbaycan Respublikası ƏƏSMN yanında X7 Xidmətinin Abşeron X9 rəisi Aqşin Əhədov tərəfindən qəbul edilmiş xx.xx.2022ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə qərarının ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxs Azərbaycan Respublikası ƏƏSMN yanında X7 Xidmətinin Abşeron X9 baş əmək müfəttişi X11 bildirdi ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən "xxxx" MMC-nin işçiləri istehsalatda bədbəxt hadisələr və peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etmədiyi müvafiq dövlət orqanlarının elektron informasiya sistemləri ilə ’’Əmək müqaviləsi bildirişi” altsisteminin müqayisəli təhlilləri nəticəsində müəyyən olunmuş və nəticədə tərəfimizdən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə hüquqi şəxs kimi "xxxx" MMC barəsində 25 may 2022-ci il tarixli MN ******* nömrəli və vəzifəli şəxs kimi "xxxx" MMC-nin direktoru X10 barəsində İXMnin 469.2-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında Protokollar tərtib edilmişdir. İnzibati xətanın ünvan 1 ünvanında törədildiyini və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbehin yalnız hakim tərəfindən tətbiq edildiyini nəzərə alaraq "xxxx" MMC barəsində tərtib olunmuş 25 may 2022-ci il tarixli MN ******* nömrəli nömrəli inzibati xəta haqqında Protokol aidiyyəti üzrə baxılmaq üçün Abşeron rayon Məhkəməsinə göndərilmişdir. Bildiririk ki, tərəfimizdən "xxxx" MMC-nin rəhbərliyinə xx.xx.2022-ci il tarixində **********7 nömrəli (SS780813447AZ) sifarişli məktubla inzibati xəta haqqında iş üzrə icraatın başlanması tarixi, yeri, vaxtı qeyd edilməklə və səlahiyyətli nümayəndənin iştirakının təmin olunması, inzibati xəta əlamətlərinin, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların, eləcə də inzibati xətanın törədilməsi faktının olub-olmamasının araşdırılması ilə bağlı rəsmi müraciət olunmuşdur. xx.xx.2022-ci il tarixli **********7 nömrəli (SS780813447AZ) rəsmi müraciət məktubu xx.xx.2022-ci il "xxxx" MMC-nə çatdırılmışdır. Lakin tərəfimizdən "xxxx" MMC barəsində inzibati xəta haqqında 25 may 2022-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilərkən "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi iştirak etməmişdir. "xxxx" MMC barəsində inzibati xəta haqqında 25 may 2022-ci il tarixli MN ******* nömrəli protokol tərtib olunarkən cəmiyyətin səlahiyyətli nümayəndəsi iştirak etmədiyi üçün bu protokolu imzalamamış, izahatlar və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etməmiş, protokolda müvafiq qeydlər aparılmamış, protokolu imzalamaqdan imtina edilməsinin səbəbləri göstərilməmişdir. Bu səbəbdən İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən "xxxx" MMC-nin işinə səlahiyyətli nümayəndənin iştirakı olmadan baxılmışdır. "Azdersan” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə tərtib olunmuş 25 may 2022-ci il tarixli MN ******* nömrəli İnzibati xəta haqqında Protokolun surəti tərəfimizdən "xxxx" MMC- nə göndərilmişdir. Abşeron rayon Məhkəməsinin İş № 3(012)-1174/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarına əsasən "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 5000 (beş min) manat məbləğində cərimə olunmuşdur. "xxxx" MMC-nin direktoru X1 rayon Məhkəməsinin iş № 3(012)-1174/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarından apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin İş № 3(105)-583/2022 saylı xx.xx.2022- ci il tarixli Qərarına əsasən apellyasiya şikayəti təmin edilməmiş, Abşeron rayon Məhkəməsinin İş № 3(012)-1174/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarı dəyişdirilmədən saxlanmışdır. Eyni zamanda DƏMX-nin X3si tərəfindən "xxxx" MMC-nin direktoru X10 barəsində İXM-nin 469.2-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və İXM-nin 469.2-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunaraq 1500 (bir min beş yüz) manat məbləğində cərimə olunmuşdur. Qərarda göstərilən cərimə məbləği ödənilmədiyindən Qərar icra olunması üçün Abşeron rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Hesab edirik ki, DƏMX-nin X3si tərəfindən "xxxx" MMCnin direktoru X10 barəsində İXM-nin 469.2-ci maddəsinə əsasən tərtib olunmuş xx.xx.2022ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və İXM-nin 469.2-ci maddəsinə əsasən qəbul olunmuş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tam qanunidir və əsaslıdır. Sonda o, Azərbaycan Respublikası ƏƏSMN yanında X7 Xidmətinin Abşeron X9 rəisi Aqşin Əhədov tərəfindən qəbul edilmiş xx.xx.2022ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətin təmin edilməməsini xahiş etdi. Qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq hesab edirəm ki, şikayətin təmin edilməməsi haqqında qərar qəbul edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC-nin direktoru X4 Azərbaycan Respublikası ƏƏSMN yanında X7 Xidmətinin Abşeron X9 rəisi Aqşin Əhədov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə 1500 (min beş yüz) manat məbləğində cərimə olunmuşdur. Məhkəmə işin obyektiv araşdırılması üçün xx.xx.2022-ci il tarixli məktubla Azərbaycan Respublikası ƏƏSMN yanında X7 Xidməti Sumqayıt regional ərazi şöbəsinə müraciət edərək MN seriyalı ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın tərtib olunmasına əsas olan sənədlərin məhkəməyə göndərilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə olunmuş: Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, "xxxx" MMC-nin direktoru X10 tərəfindən Abşeron RM-nin xx.xx.2022-ci il tarixli qərarından verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. İşin müəyyən edilmiş hallarından da görünür ki, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs "xxxx" MMC-nin direktoru X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinin tələblərini pozmaqla inzibati məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, məhkəmə zamanı müəyyən edildi ki, Azərbaycan Respublikası ƏƏSMN yanında X7 Xidmətinin Abşeron X14si Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən "xxxx" MMC-nin işçiləri istehsalatda bədbəxt hadisələr və peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etmədiyi müvafiq dövlət orqanlarının elektron informasiya sistemləri ilə ’’Əmək müqaviləsi bildirişi” altsisteminin müqayisəli təhlilləri nəticəsində müəyyən olunmuş və nəticədə Azərbaycan Respublikası ƏƏSMN yanında X7 Xidmətinin Abşeron X9 əməkdaşı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə hüquqi şəxs kimi "xxxx" MMC barəsində 25 may 2022-ci il tarixli MN ******* nömrəli və vəzifəli şəxs kimi "xxxx" MMC-nin direktoru X10 barəsində İXM-nin 469.2-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında Protokollar tərtib edilmişdir. Həmin Məcəllənin 469.2-ci maddəsinə əsasən ““İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə -fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yenə həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 115.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-in 134.1 və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxıldıqda qərarın dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, istinad olunan maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, "xxxx" MMC-nin direktoru X4 Azərbaycan Respublikası ƏƏSMN yanında X7 Xidmətinin Abşeron X9 rəisi Aqşin Əhədov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: "xxxx" MMC-nin direktoru X4 Azərbaycan Respublikası ƏƏSMN yanında X7 Xidmətinin Abşeron X9 rəisi Aqşin Əhədov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-1663/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1663/2022
10.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver