Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1664/2022 21.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-in vəkili Vəkil və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Abşeron Xızı regional şöbəsinin etibarnamə üzrə nümayəndələri X16 və X6 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin (bundan sonra İXM) 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Abşeron Xızı regional Ərazi şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Abşeron Xızı regional Ərazi şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən hüquqi ünvanı ünvan 1 (VOEN: **********) Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin tələbləri pozularaq X4, X10, X2, X13 və X15 xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Abşeron Xızı regional şöbəsinin etibarnamə üzrə nümayəndələri X16 izahatında göstərdi ki, vətəndaşlar X4, X10, X2, X13 və X9 Şəxsndə əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “142 Çağrı Mərkəzi”nə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinə ünvanladığı müraciətlərinə X14 Xidmətinin Abşeron-Xızı regional şöbəsində baxılmış və X4, X10, X2, X13 və X9 Şəxsndə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən hər hansı iş və ya xidmətlərin yerinə yetirilməsinə cəlb edilmələri müəyyən olunmuşdur. Nəticədə hüquqi şəxs kimi Şəxs (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1 -ci maddəsi ilə xx.xx.2022- ci il tarixli MN ******* nömrəli İnzibati Xəta haqqında Protokol tərtib edilmişdir. Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Abşeron Xızı regional şöbəsinin etibarnamə üzrə nümayəndələri X16 izahatında göstərdi ki, tərəfimizdən Şəxs MTK-ya xx.xx.2022-ci il tarixli **********8 nömrəli (SS799566190AZ) məktubla inzibati xəta haqqında iş üzrə icraatın başlanması tarixi, yeri, vaxtı qeyd edilməklə və səlahiyyətli nümayəndənin iştirakının təmin olunması ilə bağlı rəsmi müraciət olunmuş, rəsmi müraciət məktubu xx.xx.2022-ci il tarixində Şəxs MTK-ya çatdırılmış, lakin tərəfimizdən inzibati xəta haqqında protokol tərtib olunarkən iştirak edən olmamışdır. Bu səbəbdən İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən Şəxs MTK-nın işinə səlahiyyətli nümayəndənin iştirakı olmadan baxılmışdır. Şəxs (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1 -ci maddəsi ilə tərtib olunmuş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli İnzibati Xəta haqqında Protokol və İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə xx.xx.2022-ci il tarixli MN ******* nömrəli Qərardad xx.xx.2022-ci il tarixli **********2 nömrəli məktubla Şəxsnə məlumat üçün göndərilmişdir. Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin vəkili Vəkil izahatında göstərdi ki, şikayətçilər X4, X10, X2, X13 və X15 şirkətdə qəlibçi kimi çalışıblar. Onların işləri mövsümi olduğu üçün şirkətlə əmək müqaviləsi bağlanmamışdır. Şirkətdə briqadir vəzifəsində çalışan X1 şikayət etmiş şəxslərin xidmət haqları ödənilmişdir. Lakin onun ailə üzvlərinin birinin səhhətində problem olduğu üçün şikayətçilərə xidmət haqqını vaxtında çatdırmamışdır. Daha sonra onların xidmət haqları ödənilmışdır. Buna görə də X4, X10, X2, X13 və X15 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət etmişdir. Qeyd olunanları nəzərə alaraq, müddətin keçməsi ilə əlaqədar işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin vəkili Vəkil vəsatəti əsasında izahat vermiş şahid X4 bildirdi ki, Şəxs MMC tərəfindən tikilən tikintilərdə digər şikayətçilərlə birlikdə qəlibçi kimi fasilələrlə cəmi 2 (iki) ay çalışmışlar. Şirkət tərəfindən onların işinin davamlı olmadığı əsas gətirələrək aralarında əmək müqaviləsi bağlanmamışdır. Onlar əvvəlcə 100 (yüz) manat xidmət haqqı almışlar. Daha sonra onlar pulu şirkətdən istəmişlər. Şirkət onların xidmət haqlarını Qənimət Hüseynova verdikləri barədə məlumat vermişlər. Buna görə də onlar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət etmişlər. Daha sonra şirkətin işçisi Elvin adlı şəxs tərəfindən tam şəkildə onun və digər şikayətçilərin xidmət haqları ödənilmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin vəkili Vəkil vəsatəti əsasında izahat vermiş şahid X3 bildirdi ki, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək müxtəlif vaxtlarda “Eko Park” Xırdalan filialında qeyri-rəsmi əmək müqaviləsi rəsmiləşdirilmədən əməyə cəlb edilmişlər. Onlar əmək müqaviləsinin bağlanmasını tələb etmişlər. Onlar xx.xx.2022xx.xx.2022-ci il tarixlərində fasilələrlə tikintinin mərtəbələrinə qəliblər tökmüşlər. Sonradan bilmişdir ki, onların əmək haqları MMC-də işləyən Q.Hüseynova verilmişdir.Onun ailə problemləri ilə bağlı onların almalı olduqları pulu verə bilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Şəxs MMC-nin direktoru Elxan Rəhimov tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Abşeron Xızı regional Ərazi şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, X5 və onunla eyni işi görən X10,. X2, X13, X15 Şəxs MTK-nm X22 filialında əmək müqaviləsi bağlanılmadan müvəqqəti olaraq mövsümi işlərlə (qəlibçi) məşğul olmuşdurlar.Belə ki, onlar xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixədək davamlı deyil, fasilə ilə işləyiblər. Daha doğrusu onlar bir mərtəbənin qəlibini bir neçə günə qurub getmişlər, təxminən bir aydan sonra digər mərtəbənin qəlibini quraşdırıblar.Həmçinin tərəfinizdən bizə ünvanlanmış məktubu aldıqdan sonra məsələni araşdırmaq üçün X5 və onunla eyni işi görən digər şəxslərlə görüşən zaman bildirdilər ki, hazırda MTK-ya qarşı heç bir şikayət və tələbləri yoxdur. Şikayət anlaşılmazlıqdan edilmiş, daha doğrusu onların əmək haqlarmı MTK-da işləyən Qənimət Hüseynov almış və şəxsi problemləri olduğu üçün pulu onlara dərhal deyil, bir müddət sonra çatdırmışdır. Bundan başqa onu da qeyd edirik ki, qəliblərinin quraşdırılması daimi deyil, müəyyən qısa müddət ərzində həyata keçirilir. Ona görə də, bu işlərə günəmuzd işçilərin cəlb edilməsi iqtisadi baxımdan daha əlverişlidir. Həmçinin nəzərə almaq lazımdır ki, günəmuzd işçilər həmin işləri gördüyü vaxt faktiki olaraq podrat işlərini yerinə yetirirlər. Mülki Məcəllənin podratla bağlı müddəalarında isə podrat müqaviləsinin yazılı qaydada bağlanmasını müəyyən edən müddəa mövcüd deyilvə bu növ müqavilələr şifahi qaydada da bağlanıla bilər. İş materialalrından görünür ki, X4 xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “142 Çağrı Mərkəzi”nə müraciət edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək X22 filialında qeyri-rəsmi əmək müqaviləsi rəsmiləşdirilmədən əməyə cəlb edilmişdir. Əmək müqaviləsinin bağlanılmasını tələb etsə də, işəgötürən müqavilə imzalamamışdır. Həmçinin, çalışdığı müddət üçün əmək haqqı ödənişi ödənilməmişdir. Vətəndaş bu halın araşdırılmasını və ona bu barədə ətraflı məlumat verilməsini xahiş edir. X4, X10, X2, X13 və X15 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Abşeron Xızı regional Ərazi şöbəsinə ərizə ünvanlayaraq bildirmişlər ki, xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək X22 filialında qeyri-rəsmi əmək müqaviləsi rəsmiləşdirilmədən əməyə cəlb edilmişlər. Onlar əmək müqaviləsinin bağlanmasını tələb etmişlər. Onlar xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində fasilələrlə tikintinin mərtəbələrinə qəliblər tökmüşlər. Onların əmək haqları MMC-də işləyən Q.Hüseynova verilmişdir.Onun ailə problemləri ilə bağlı onların almalı olduqları pulu verə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin məzmununa görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin tələblərinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yananıq Əmək Məcəlləsinin 49-cu maddəsinin birinci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri istisna olmaqla, digər vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməlidir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edib hüquqi qiymət verərək hesab edir ki, inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğun olmadığından və "SAS İNŞAAT” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1 -ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi əsası ilə inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, İXM-nin 38.1 -ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 mart 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsində əks olunmuş mütənasiblik prinsipinə uyğun olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində göstərilən hallarda inzibati məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 38.1 və 38.2ci maddələrinin müddəaları nəzərə alınmaqla müəyyən edilməli və inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən bir ildən artıq olmamalıdır. İnzibati orqan tərəfindən inzibati xəta haqqında araşdırılma aparılmasını təmin edərkən həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 mart 2022-ci il tarixli qərarında göstərilənlərə diqqət yetirməlidir. Hazırki halda inzibati xətanın törədilməsi xx.xx.2022-xx.xx.2022-ci il tarixlərə düşür. Göründüyü kimi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Abşeron Xızı regional Ərazi şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə Şəxs MMC tərəfindən törədilən inzibati xətanın qanunla müəyyən edilmiş müddəti keçmişdir. Ona görə də hazırkı iş üzrə müvafiq qərar qəbul edilərkən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən, şəxsə inzibati tənbeh tədbiri tətbiq edilə bilməz Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 38, 53 və 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti Abşeron Xızı regional Ərazi şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-1664/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1664/2022
21.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver