Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1664/2023 29.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, qərardan şikayət vermiş X3 və inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 iştirakları ilə X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta üzrə işin icraatına xitam verilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta üzrə işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycanın Respublikası İnzibati Xətalar Məcəlləsinin 237.1 və 233.1-cı maddələri ilə nəzərədə tutulmuş əməli törətməyə görə inzibati qaydada 2500 manat məbləğində cərimə olunmuşdur. Qeyd olunan qəran qanunsuz və əsassız hesab edir. Belə ki, o sahibkarlıq fəaliyyəti ilə maşğul olur. ünvan 1 ünvanında “X14" adında restoran fəaliyyət göstərir. Restoranda pizzaların hazırlanması üçün odun sobasından istifadə edilir. Odun sobasının və onun tüstü xaricetmə qurğuları standartlara uvğun olaraq quraşdulmışdır. Tüstü xaricetmə borusunda qanunauyğun olaraq, filter qurğusu quraşdırılmışdır. Cari ilin aprel ayında 11 saylı RETSİ-nin əməkdaşları tərəfindən rəhbəri olduğu obyektə baxış keçirilmişdir. Baxış zamanı səs və titrəyiş ölçən, eləcə də atmosferə tüstünün buraxılmasını ölçən cihazlardan da istifadə edilmişdir. Nəticədə, baxışı keçirən şəxslər tərəfindən ona bildirilmişdir ki, səs, titrəyiş və atmosferə buraxılan tüstü miqdarı ilə bağlı bütün göstəricilər norma daxilindədir. Bütün bunlardan başqa, hansı qayda pozuntusu barədə ona heç bir məlumat bildirilməmişdir. Hesab edir ki, qərar tamamilə qanunsuz və əsassızdır, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X9 şikayətin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X8 şikayətin dəlillərini qəbul etməyərək şikayətinin təmin edilməməsini və xx.xx.2023-cü il tarixli MN seriyalı ******* saylı qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş edərək əlavə olaraq onu da vurğuladı ki, tərəflərindən müvafiq sənədlər əsasında həmin "“X14" adında restoran yoxlama həyata keçirmişdir. Həmin restoranda keçirilən yoxlama zamanı qoxudan dayanmaq mümkün olmamışdır. Restoranda ölçmə işləri “X14" adında restoranın nümayəndəsinin iştirakı ilə aparılmış və ətraf mühitə atılan zərərli maddələrin həcmi normadan yüksək olmuşdur. Bütün ərazidə yayılan zərərli qaz birləşmələri və tozlar insan sağlamlığı üçün ciddi problemlər yaradır. Buna görə də qərar qəbul edilərək X7 barəsində inzibati cərimə tətbiq edilmişdir. Hesab edir ki, qərar qanunidir, ləğv olunması üçün əsas yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “X14" adında restoran ətraf mühitə atılan tullantıların qarşısının alınması üçün təmizləyici qurğuların olmadığı və atmosfer havasına atılan tullantıların miqdarının yol verilə bilən normativlərdən artıq olduğu müəyyən edilmişdir. - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “X14" adında restoran ətraf mühitə atılan tullantıların qarşısının alınması üçün təmizləyici qurğuların olmadığı və atmosfer havasına atılan tullantıların miqdarının yol verilə bilən normativlərdən artıq olduğu müəyyən edilmiş, X2 Azərbaycan Respublikası İXM-nin 233.1 və 237.1-ci maddələri ilə 2500 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayətlə əlaqədar inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “Ətraf mühitin mühafizəsi haqqında” qanunun 41-ci maddəsinə əsasən müəssisələrin, qurğuların və başqa obyektlərin istismarı ətraf mühitin mühafizəsi üzrə layihədə göstərilmiş bütün ekoloji tələblərin tam həcmdə yerinə yetirilməsi şərti ilə həyata keçirilir. Son hədləri yol verilən normativlər səviyyəsində zərərli maddələrin və tullantıların zərərsizləşdiriləsi və istifadə edilməsi üzrə təmizləyici qurğularla və avadanlıqlarla təmin edilməyən, təbii resursların səmərəli istifadəsi, bərpası və torpaqların rekultivasiyası üzrə layihələşdirmə işləri başa çatdırılmadıqda müəssisələrin, qurğuların və başqa obyektlərin istismara verilməsi qadağan edilir. “Atmosfer havasının mühafizəsi haqqında” qanunun 14.1-ci maddəsinə əsaasən təsərrüfat obyektlərinin layihələşdirilməsi, yerləşdirilməsi, tikintisi, yenidən qurulması və istismarı zamanı atmosfer havasının keyfiyyətinin gigiyenik və ekoloji normativlərinə riayət edilməsinə dair tələblər təmin olunmalıdır. Həmin qanunun 27.1.7-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər atmosfer havasına zərərli maddələrin atılmasına nəzarəti və onların zərərsizləşdirilməsi üçün nəzərdə tutulmuş tikililərin, qurğuların və cihazların quraşdırılmasını həyata keçirmək, onların istismar qaydalarına əməl etmək və atmosfer havasının mühafizəsinə dair müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilmiş digər tələblərə əməl etməyə borcludurlar. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, “X14" adında restoranda aparılan yoxlamalar zamanı ətraf mühitə atılan zərərli maddələrin miqdarı yol verilən normadan artıq olmuşdur, bu kalibrləmə sertifikatı verilmiş cihazla yoxlanılmış və Dövlət Ekoloji ekspertizanın rəyi olmadan fəaliyyət göstərdiyi müəyyən edilmişdir. Bununla bağlı kifayət qədər mötəbər sübutlar var, bunu şikayətçi təkzib etsə də məhkəməyə həmin sübutları şübhə altına ala biləcək heç bir sübut təqdim etməmişdir. Şikayətçinin özünün göstərdiyi hallar da inzibati xəta hadisəsinin baş verməsini təsdiq edir. Müqaviləyə əsasən tüstü bacası quraşdırılması, bacanın təmizlənməsi, avadanlığın işlək vəziyyətdə olması inzibati xətanı istisna etmir. Monitorinq aparılan vaxt pozuntu müəyyən edilmişdir. Məhkəmə tərəfindən şikayətdə göstərilən bütün hallar yoxlanılaraq müəyyən olunmuşdur ki, işə baxılarkən Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilmiş, əsaslı və qanuni qərar qəbul edilmişdir. Səlahiyyətli orqanın qərəzli olması barədə də məhkəməyə sübut təqdim edilməmişdir. Həmin orqanın öz səlahiyyəti daxilində fəaliyyət göstərərək inzibati xəta hadisələrini qeydə alması qərəz kimi qəbul edilə bilməz. Ona görə də, məhkəmə hesab edir ki, vəzifəli şəxs X5 inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi üçün qanuni əsaslar yoxdur. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilibedilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Azərbaycan Respublikası İXM-nin İXM-nin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 237.1-ci maddəsinə əsasən yol verilə bilən son hədlərin normativləri səviyyəsində zərərli maddələrin və tullantıların zərərsizləşdirilməsi və istifadə edilməsi üzrə təmizləyici qurğularla və avadanlıqla təmin edilməyən, yaxud təbii resursların səmərəli istifadəsi, bərpası və torpaqların rekultivasiyası üzrə layihələşdirmə işləri başa çatdırılmadan müəssisələrin, qurğuların və başqa obyektlərin istismara verilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hüquqi şəxs şikayətçinin hazırda irəli sürdüyü dəlillərlə bağlı qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 99.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər aşağıdakılardır: inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud mediarındə dərc olunmuş məlumatlar. Həmin Məcəllənin 99.2 və 99.3-cü maddələrinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 1 ünvanında “X14" adında restoranın fəaliyyəti zamanı ətraf mühitə səs-küy səviyyəsinin normadan artıq olması, atmosfer havasına atılan zərərli maddələrin miqdarının normadan artıq olması, Dövlət Ekoloji ekspertizanın rəyi olmadan fəaliyyət göstərdiyi faktları yerində, hüquqi şəxsi təmsil edən vəzifəli şəxsin iştirakı ilə müəyyən edilmişdir. X2 vəzifəli şəxs kimi Azərbaycan Respublikası İXM-nin 233.1 və 237.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 2500 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. X1 Azərbaycan Respublikası İXM-nin 233.1 və 237.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə iclasında qeyd edilən qərarın qanunsuz hesab olunaraq ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Məhkəmə şikayətin dəlilləri ilə əlaqədar əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsi tərəfindən qərar qəbul edilərkən qanunvericiliyin tələblərinə əməl olunmuş, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati tənbeh etməkdə düzgün nəticəyə gəlmişdir. Hazırkı halda, müvafiq fiziki şəxslərin ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, yerüstü təbii sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və digər bu kimi sahələrdə dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müvafiq qaydada daxil olmuş müraciətləri qəbul olunaraq icrası aidiyyəti üzrə həvalə edilmişdir. Müraciətlərin yerində yoxlanılması zamanı isə məlumatların həqiqiliyi, inzibati xətaların əlamətlərinin olması müəyyən edilmiş və inzibati araşdırma başlanılmışdır. Yoxlamanın keçirilməsi barədə qərar, qərarın yoxlamaların vahid məlumat reyestrində qeydə alınması barədə çıxarış, yoxlama suallarının siyahısı və digər sənədlər hüquqi şəxsin rəhbərliyinə rəsmi qaydada təqdim edilmiş, ölçü işləri sertifikatı olan ölçmə vasitələri ilə, hüquqi şəxsin nümayəndəsinin iştirakı ilə həyata keçirilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin” Siyahısının 19 və 22-ci hissələrinə əsasən baxılan işlə bağlı inzibati xətalar haqqında işlər üzrə protokolun Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi adından digər şəxslərlə yanaşı, aparıcı məsləhətçi tərəfindən tərtib olunması təsbit edilmişdir. Ümumilikdə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsi təmsil edən şəxslər tərəfindən irəli sürülən dəlillərin işin icraatını istisna edən hal, sübut qismində qəbul edilməsi üçün əsaslar yoxdur, hüquqi şəxsi məsuliyyətdən yayındırmağa xidmət edir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X3 Azərbaycan Respublikası İXM-nin 447.0.1 və 445.1-ci maddələri ilə inzibati qaydada tənbeh edilməsi barədə xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X3 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1664/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1664/2023
29.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver