Məhkəmə qərarları › İş №3(012)-1665/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1665/2025

21.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1665/2025 21.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X10 Ənvər qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, protokolu tərtib edən şəxs Abşeron Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5, zərərçəkmiş Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Füzuli rayonu, Xələfşə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum olmayan, Füzuli rayonu, Cuvarlı ərazi dairəsi, Xələfşə kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Hökməli qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Abşeron Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddələri ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Abşeron Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 tərəfindən MN № ******* saylı protokol tərtib edilmiş və protokola əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Protokoldan və onlara əlavə olunmuş sənədlərdən görünür ki, Abşeron Rayon Məhkəməsinin e-2(012)-161/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanda yerləşən və ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli reyestrdən çıxarışla Zərərçəkmiş şəxs məxsus olan 0,0350 ha torpaq sahəsində X6 və Şəxs tərəfindən inşa edilmiş tikililər onların öz hesabına sökülməli və həmin torpaq sahəsi cavabdehlərn qanunsuz sahibliyindən geri alınaraq Zərərçəkmiş şəxs təhvil verilməlidir. Bu fakt protokola əlavə edilmiş materiallar ilə təsdiq edilir. Məhkəmə iclasında Abşeron Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 protokola uyğun izahat verməklə onun Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Zərərçəkmiş şəxs tanımır, torpaq sahəsini X3 almışdır. X8 torpağı öz adından satmışdır. Orada ev tikmişdir. Həmin şəxs barəsində də dələduzluqla bağlı hazırda cinayət işi vardır, həmin cinayət işi üzrə zərərçəkmiş şəxsdir. Həmçinin mülki iddiası da vardır. Fəridə xanım birinci polis bölməsində X3 şikayət vermişdir. Fəridə xanıma 20000 manat vermişdir. Digər iş üzrə yekun məhkəmə aktı çıxarılanadək vaxt verilməsini xahiş etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, 2015-ci ildə həmin torpaq sahəsini almışdır. Həmin şəxslərlə 36000-37500 manata razılığa gəlmişdi. Banka gələndə ona 20000 manat verdilər. Pulun qalan hissəsini ödəmədilər. Onlar öz aralarında razılığa gəlməyiblər ki, torpaq kimindir. Qalan pulu da istəmir. 20000 manatı qaytarmağa hazırdır. Şəxs şəxsən ona pul verməmişdir. Məhkəmədən protokolun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 izahatında bildirdi ki, Şəxs vaxt verilməsini xahiş etdi. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin e-2(012)-161/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, iddia təmin edilmiş, Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanda yerləşən və ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli reyestrdın çıxarışla Zərərçəkmiş şəxs məxsus olan 0,0350 ha torpaq sahəsində X6 və Şəxs tərəfindən inşa edilmiş tikililər onların öz hesabına sökülməsi və həmin torpaq sahəsi cavabdehlərn qanunsuz sahibliyindən geri alınaraq Zərərçəkmiş şəxs təhvil verilməsi, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi və mütəxəssis rəyinə görə ödənilmiş 406 manatpul cavabdehlərdən müştərək qaydada tutularaq Zərərçəkmiş şəxs qaytarılması qət edilmişdir. İş materiallarında olan Abşeron rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarxili “icraata başlamaq haqqında” qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin e-2(012)-161/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır və həmin tarixdə borclu şəxsə “tələbin könüllü icrası haqqında” bildiriş göndərilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə növündə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, tərəflərin izahatlarından müəyyən edildi ki, borclu borcunu ödəməkdən yayınır, icra məmurunun qanuni tələblərini yerinə yetirmir, məhkəmə qətnaməsini icra etmir. Məhkəmə hesab edir ki, hazırda ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati qaydada cərimə edilməsi daha məqsədəuyğundur və onun həbs edilmədən də islah edilməsi mümkündür. İnzibati xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 müvafiq olaraq 33 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 müvafiq olaraq 33 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X12

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar