Məhkəmə qərarları › İş №3(012)-1668/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1668/2024

28.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1668/2024 28.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusıət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Barəsində inzibati icraat aparılan şəxs:Şəxs iştirakı ilə xx.xx.1985-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində X7 məxsus olmaqla etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “DAF FTXF 105” markalı **- GX-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Abşeron rayonu, Bakı-Sumqayıt şossesində yerləşən “166 Yükdaşıma” şirkətinin qarajından baş yola çıxarkən manevr etmə qaydalarını pozub həmin yolla üzü Sumqayıt şəhəri istiqamətində hərəkət edən X4 X8 məxsus olmaqla etibarnamə əsasında idarə etdiyi “Toyota-Prius” markalı 77-XU- 972 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində ehtiyatsızlıqdan həmin avtomobildə olan sərnişinlər X5 qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, alın sümüyünün burun çıxıntısının, hər iki almacıq sümüyünün alın çıxıntısının, sol əng sümüyünün almacıq çıxıntısının, sağ əng sümüyünün cisminin, burun sümüklərinin yerdəyişən sınıqları, sağ tərəfli Vİİ, Vİİİ qabırğaların sınıqları, burun və sağ qaş nahiyəsinin əzilmiş-cırılmış yaraları, hər iki gözün qapaqlarının, hər iki gözaltı almacıq nahiyəsinin və döş qəfəsinin qançırları kimi sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarəti, X2 üst çənənin sınığı, üst çənədə soldan İ, İİ sağdan İ, İİ, İİİ, İV, V dişlərin travmatik çıxığı, üst dodağın əzilmiş-cırılmış yaraları kimi sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarəti, X1 ayaq, boyun döş qəfəsinin yumşaq toxumalarının əziyi, sol baldırın hərəkət məhdudluğu ilə geniş sahəli qançırı kimi sağlamlığına yüngül zərər vurmaya aid bədən xəsarəti, X3 döş qəfəsi, bel və sağ bazu nahiyələrinin qançırları kimi dərəcəsi təyin edilməyən bədən xəsarəti alması və X9 burun və sağ baldır nahiyələrinin qançırları, sol said nahiyəsinin sıyrığı kimi dərəcəsi təyin edilməyən bədən xəsarəti alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin Təhqiqat şöbəsində araşdırma aparılmış və şöbənin təhqiqatçısı, polis mayoru Fərid Şirinov tərəfindən xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd olunmuşdur. Bundan sonra Şəxs barəsində Abşeron rayon Polis İdarəsinin tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, 2016-cı ildən “166” yükdaşıma şirkətində sürücü işləyir və 2021-ci ildən “DAF” markalı **-GX-*** dövlət qeydiyyat nişanlı narıncı rəngli “TİR” tipli və “Krone” markalı **-ZK-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunu etibarnamə və yol vərəqəsi əsasında adına olan «B CE» kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə edir. Hadisə xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində etibarnamə əsasında idarə etdiyi “DAF FTXF 105” markalı **-GX-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Abşeron rayonu, Bakı-Sumqayıt şossesində yerləşən “166 Yükdaşıma” şirkətinin qarajından baş yola çıxarkən manevr etmə qaydalarını pozub, həmin yolla üzü Sumqayıt şəhəri istiqamətində hərəkət edən “Toyota-Prius” markalı **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobilllə toqquşması nəticəsində baş vermişdir. Baş vermiş hadisədə avtomobildə olan şəxslər müxtəlif xəsarətlər almlşlar. O, əməlindən peşman olmasını, zərər çəkmiş şəxslərlə barışaraq, dəymiş ziyanı ödədiyini bildirərək, barəsində yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:  17 oktyabr 2014-cü il tarixli, AE seriyalı, 213569 saylı sürücülük vəsiqəsinə əsasən Şəxs «B1, C» kateqoriyası üzrə nəqliyyat vasitəsini idarə etmək hüququna malikdir;  Abşeron rayon Polis İdarəsi Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru X11 tərəfindən qəbul edilmiş 14 avqust 2023-cü il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərara əsasən toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, hadisənin baş verməsində təqsirkar Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.1 və 327.8-ci maddələrinə əsasən inzibati tənbeh tədbirlərinin görülməsi üçün Abşeron RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol və digər sübutlarla tam sübuta yetirilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, lakin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın: 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən gecidörday keçənədək verilə bilər.Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları,xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları,qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları,eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habeləqanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa,hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə,hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında,qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmişpul vəsaitlərinin və ya digərəmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqındaqanunvericiliyin,əmək qanunvericiliyinin,habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsiqaydasınınpozulmasına, xırda talamayagörəinzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətləruzananinzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Belə ki, Şəxs X7 məxsus olmaqla etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “DAF FTXF 105” markalı **-GX-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində Abşeron rayonu, Bakı-Sumqayıt şossesində yerləşən “166 Yükdaşıma” şirkətinin qarajından baş yola çıxarkən manevr etmə qaydalarını pozub həmin yolla üzü Sumqayıt şəhəri istiqamətində hərəkət edən X4 X8 məxsus olmaqla etibarnamə əsasında idarə etdiyi “Toyota-Prius” markalı 77-XU- 972 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində ehtiyatsızlıqdan həmin avtomobildə olan sərnişinlər X5 qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, alın sümüyünün burun çıxıntısının, hər iki almacıq sümüyünün alın çıxıntısının, sol əng sümüyünün almacıq çıxıntısının, sağ əng sümüyünün cisminin, burun sümüklərinin yerdəyişən sınıqları, sağ tərəfli Vİİ, Vİİİ qabırğaların sınıqları, burun və sağ qaş nahiyəsinin əzilmiş-cırılmış yaraları, hər iki gözün qapaqlarının, hər iki gözaltı almacıq nahiyəsinin və döş qəfəsinin qançırları kimi sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarəti, X2 üst çənənin sınığı, üst çənədə soldan İ, İİ sağdan İ, İİ, İİİ, İV, V dişlərin travmatik çıxığı, üst dodağın əzilmiş-cırılmış yaraları kimi sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarəti, X1 ayaq, boyun döş qəfəsinin yumşaq toxumalarının əziyi, sol baldırın hərəkət məhdudluğu ilə geniş sahəli qançırı kimi sağlamlığına yüngül zərər vurmaya aid bədən xəsarəti, X3 döş qəfəsi, bel və sağ bazu nahiyələrinin qançırları kimi dərəcəsi təyin edilməyən bədən xəsarəti alması və X9 burun və sağ baldır nahiyələrinin qançırları, sol said nahiyəsinin sıyrığı kimi dərəcəsi təyin edilməyən bədən xəsarəti alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Yol nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuş sürücü Şəxs hərəkətlərində cinayət tərkibinin əlamətlərinin olmadığı müəyyən edildiyindən toplanmış material üzrə cinayət işinin başlanması 14 avqust 2023cü il tarixli qərar əsasında rədd edilmişdir. Araşdırma zamanı Şəxs yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydasını pozaraq ehtiyyatsızlıqla zərərçəkmiş şəxslərin sağlamlığına yüngül bədən xəsarəti yetirdiyinə görə onun hərəkətlərində İXM-nin 327.8-ci maddəsinin tərkibi olduğu müəyyən edilmiş və bu barədə xx.xx.2023-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 9 mart 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, inzibati məsuliyyətə cəlbetmə müddəti elə bir müddətdir ki, onun ərzində şəxs, hüquqpozmaya yol verdiyinə görə inzibati tənbehə məruz qala bilər. İnzibati məsuliyyətə cəlbetmə müddətinin bitməsi inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılmasını istisna edən, başlanmış icraata isə xitam verilməsinə səbəb olan hallardan biridir (İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsi). Bu cür müddətləri nəzərdə tutarkən və onların hesablanması qaydalarını müəyyən edərkən qanunverici Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsindən irəli gələn insan və vətəndaş hüquq və azadlıqlarının hüquqi tənzimlənməsi zamanı şəxsi və publik maraqlar arasındakı tarazlığın gözlənilməsi tələbini rəhbər tutaraq inzibati məsuliyyətin qaçılmazlığının təmin olunması üçün şərait yaratmaqla yanaşı, eyni zamanda inzibati xəta törətmiş şəxslərin əsassız olaraq uzun müddətə inzibati təqib və inzibati tənbehin tətbiqi təhlükəsi altında qalmasının qarşısını almaq məqsədini güdmüşdür. Həmçinin həmin qərarda qeyd olunmuşdur ki, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilməlidir. Lakin belə olan hallarda inzibati tənbeh inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən ən geci bir il keçənədək verilə bilər. Beləliklə, məhkəmə qeyd edir ki, hazırkı iş üzrə təhqiqat orqanı tərəfindən aparılan araşdırma zamanı şəxsin əməlində cinayət tərkibinin olmaması, lakin inzibati xəta tərkibinin bütün əlamətlərinin olması müəyyən edilərək, 14 avqust 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd olunmasına dair qərar qəbul edildikdən sonra inzibati tənbeh edilməsinə imkan verən üç aylıq müddət ərzində, yəni 28 oktyabr 2023-cü il tarixdə protokol tərtib edilsə də, inzibati xətanın törədildiyi gündən hazırki vaxtadək 01 ildən artıq müddət keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın: 53.1.6-cı maddəsinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinməli və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh tədbiri tətbiq etmə müddəti keçdiyinə görə xitam verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53, 105 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinsin və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh tətbiq etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar