Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1669/2021 29.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızı şikayətçi X1 Azərbaycan Respublikası DİN Baş DYPİ-nin 24.09.2021-ci il tarixli EQ 7864948, EQ 7864946, EQ 7864947, EQ 7864949, EQ 7864945, EQ 786 4944, EQ 7864942, EQ 7864941, EQ 7864940, EQ 7864939, EQ 7864938, EQ 7864937, EQ 7864936, EQ 7864935, EQ 7864934, EQ 7864932, EQ 7864933, EQ 7864931, EQ 7864930; 24.05.2021-ci il tarixli BNA 1507928, BNA 1507927, 15.07.20121-ci il tarixli BNA 1607310, 23.07.2021-ci il tarixli BNA 1619220, 30.07.2021-ci il tarixli BNA ******* saylı inzibati tənbehvermə haqqında qərarlarından şikayətinə və ona əlavə olunmuş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: X2 Azərbaycan Respublikası DİN Baş DYPİ-nin 24 sayda qərarlarından şikayət verərək həmin 24.09.2021-ci il tarixli EQ 7864948, EQ 7864946, EQ 7864947, EQ 7864949, EQ 7864945, EQ 786 4944, EQ 7864942, EQ 7864941, EQ 7864940, EQ 7864939, EQ 7864938, EQ 7864937, EQ 7864936, EQ 7864935, EQ 7864934, EQ 7864932, EQ 7864933, EQ 7864931, EQ 7864930; 24.05.2021-ci il tarixli BNA 1507928, BNA 1507927, 15.07.20121-ci il tarixli BNA 1607310, 23.07.2021-ci il tarixli BNA 1619220, 30.07.2021-ci il tarixli BNA ******* saylı inzibati tənbehvermə haqqında qərarların ləğv edilməsini xahiş etmişdir. İşin baxılmağa hazırlanması zamanı müəyyən edilmişdir ki, inzibati xəta hadisələri Respublikanın və Bakı şəhərinin müxtəlif ərazilərində törədilmişdir. X2 Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, ev 195, mənzil 21-də qeydiyyatda olsada, faktiki Abşeron rayonu, Xırdalan şəhəri, Qalibiyyə küçəsi ev 6 yaşadığını göstərmiş, lakin orada yaşamasını təsdiq edən sənədi və onun şikayətinə yaşayış yeri üzrə baxılmasına dair vəsadəti şikayətə əlavə edilməmişdir. Həmçinin müəyyən edildi ki, X1 şikayət etdiyi Azərbaycan Respublikası DİN Baş DYPİnin iyirmi dörd ədəd inzibati tənbehvermə haqqında bir ərizədə şikayət verilmişdir, halbuki həmin inzibati tənbehvermə haqqında qərarlar Respublikanın və Bakı şəhərinin müxtəlif ərazilərində törədilmişdir. Halbuki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli qərarına əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası DİN Baş DYPİ-nin iyirmi dörd ədəd inzibati tənbehvermə haqqında qərarlarından verdiyi şikayət yuxarıda göstərilən nöqsanlara görə geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132 və 133, 134-cü maddələrini nəzərə alaraq, QƏRARA ALDİM : X1 Azərbaycan Respublikası DİN Baş DYPİ-nin 24.09.2021-ci il tarixli EQ 7864948, EQ 7864946, EQ 7864947, EQ 7864949, EQ 7864945, EQ 786 4944, EQ 7864942, EQ 7864941, EQ 7864940, EQ 7864939, EQ 7864938, EQ 7864937, EQ 7864936, EQ 7864935, EQ 7864934, EQ 7864932, EQ 7864933, EQ 7864931, EQ 7864930; 24.05.2021-ci il tarixli BNA 1507928, BNA 1507927, 15.07.20121-ci il tarixli BNA 1607310, 23.07.2021-ci il tarixli BNA 1619220, 30.07.2021-ci il tarixli BNA ******* saylı iyirmi dörd ədəd inzibati tənbehvermə haqqında qərarlarından verdiyi şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-1669/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1669/2021
29.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver