Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-167/2021 08.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, X1nun iştirakı ilə Azərbaycan Respublikası DİN-in BDYPİ-in 23.04.2019-cu il tarixli, EQ ******* saylı qərarından X6 şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: X11 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası DİN-in BDYPİ-in X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə tənbeh edilərək 50 manat məbləğində cərimə edilməsinə dair EQ ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X1 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, 30.12.2019-cu il tarixdə Bakı şəhər Binəqədi rayon Pİ-in DYPŞ-in əməkdaşları tərəfindən istifadəsində olan avtomobil saxlanılaraq, cərimə meydançasına yerləşdirilmişdir. Sonradan ona İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə əsasən barəsində sürücülük vəsiqəsində müvafiq B kateqoriyası olmadığına görə, Azərbaycan Respublikası DİN-in BDYPİ-si tərəfindən heç bir xəbərdarlıq və ya bildiriş göndərilmədən 23.04.2019-cu il tarixdə qüvvəyə minən EQ ******* saylı qərar qəbul edilmişdir. Azərbaycan Respublikası DİN-in BDYPİ-si tərəfindən 23.04.2019-cu ildə qəbul edilmiş EQ ******* nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası DİN-in BDYPİ-in nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, şikayətə Azərbaycan Respublikası DİN-in BDYPİ-in nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Azərbaycan Respublikası DİN-in BDYPİ-in nümayəndəsi X9 əvvəlki məhkəmədə verdiyi izahatında göstərmişdir ki, X11 tərəfindən verilmiş şikayət əsassızdır və şikayət təmin edilməməklə Azərbaycan Respublikası DİN-in BDYPİ-in inzibati tənbeh vermə haqqında qərarları dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, X4 idarə etdiyi “VAZ2109” markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirilmədiyinə görə 23.04.2019-cu il tarixdə İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə tənbeh edilərək 50 manat məbləğində cərimə edilmişdir. Bu barədə X2 istifadəsində olan 050 520 45 64 saylı mobil telefonuna SMS bildiriş və inzibati tənbeh edilməsi barədə məlumatlar ötürülmüşdür. Şikayət əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsasız olduğuna görə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. İş materiallarına əlavə olunmuş 23.04.2019-cu il tarixli, EQ ******* saylı qərarın surətindən görünür ki, “VAZ2109” markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobil “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirilmədiyinə görə Azərbaycan Respublikası İXM-in 339.1-1-ci maddəsi ilə təqsirli bilinib, 50 manat inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. X1 Azərbaycan Respublikası DİN-in BDYPİ-in 23.04.2019-cu il tarixli, EQ ******* razı olmadığını bildirsədə Azərbaycan Respublikası DİN-in BDYPİ-in nümayəndəsinin məhkəməyə təqdim etdiyi RDYPİ-nin X13 çıxarışından görünür ki, “VAZ2109” markalı, **-FG- *** dövlət qeydiyyat nişanlı avtomobil “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirilmədiyinə görə Azərbaycan Respublikası İXM-in 339.1-1-ci maddəsi ilə təqsirli bilinib, 50 manat inzibati cərimə edilmişdir. Eyni zamanda tərtib edilmiş protokol, həmin protokol əsasında qəbul edilmiş qərar barədə avtomobili idarə edən X3 məxsus mobil telefonuna SMS bildiriş və qərar barədə məlumat göndərilmişdir. Məhkəmədə müəyyən edimişdir ki, Azərbaycan Respublikası DİN-in BDYPİ-si tərəfindən qəbul edilmiş EQ ******* saylı qərarı X7 aydiyyatı yoxdur. Azərbaycan Respublikası DİN-in BDYPİ-in X2 Azərbaycan Respublikası İXM-in 339.1-1-ci maddəsi ilə təqsirli bilinib 50 manat inzibati cərimə edilməsinə dair qəbul edilmiş EQ ******* saylı qərar qanuni və əsaslıdır. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X11 Azərbaycan Respublikası İXM-in 339.1-1-ci maddəsi ilə təqsirli bilinib, 50 manat inzibati cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN-in BDYPİ-in EQ ******* saylı qərarın ləğv olunmasına əsas olmadığına görə şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Azərbaycan Respublikası DİN-in BDYPİ-in 23.04.2019-cu il tarixli, EQ ******* saylı qərardan X6 şikayəti əsassız olduğundan təmin edilməsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi:Şövkət Nəcəfova İş № 3(012)-1855/2019 Surəti Azərbaycan Respublikası Abşeron Rayon Məhkəməsi hakiminin İnzibati xəta haqqında iş üzrə QƏRARİ 18.12.2019-cu il Xırdalan şəhəri Abşeron Rayon Məhkəməsi hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, Azərbaycan Respublikası DİN-in BDYPİ-in nümayəndəsi X5 ilə Azərbaycan Respublikası DİN-in BDYPİ-in 23.04.2019-cu il tarixli, EQ ******* saylı qərarından X6 şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: X11 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası DİN-in BDYPİ-in onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə tənbeh edilərək 20 manat məbləğində cərimə edilməsinə dair EQ ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X1 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, “Union Lisinq ASC”nin etibarnaməsi əsasında idarə etdiyi **-PL-*** dövlət qeydiyyat nişanlı “Runna” markalı avtomobillə İnzibati Xətalar məcəlləsinin 346.1-ci maddəsinə əsasən barəsində dayanma və ya durma qaydalarını pozmağa görə, Bakı Nəqliyyat Agentliyinin kamerası ilə 21 iyun 2019-cu ildə qeydə alınmış, lakin 14 oktyabr 2019-cu ilə qədər Bakı Nəqliyyat Agentliyi tərəfindən heç bir xəbərdarlıq və ya bildiriş göndərilmədən 14.10.2019 tarixdə qüvvəyə minən BNA ******* saylı protokol tərtib edilərək 20 (iyirmi) manat məbləğində cərimə edilmişdir. Etibarnamə əsasında idarə etdiyi **-PL-*** dövlət qeydiyyat nişanlı “Runna” markalı avtomobili 20 avqust 2019-cu ildə başqa şəxsə satmışdır. Satdığı zaman avtomobilin bütün cərimələri və radarları onun tərəfindən ödənilmişdir. Bakı Nəqliyyat Agentliyinin məsuliyyətsizliyi nəticəsində bir neçə aydan sonra cərimə olunması məlum olunmuşdur. X14 tərəfindən İnzibati Xətalar Məcəlləsinin və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 463 nömrəli Fərmanının tələbləri pozulmaqla 14 oktyabr 2019-cu ildə tərtib edilmiş BNA ******* nömrəli elektron protokolun ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası DİN-in BDYPİ-in nümayəndəsi X10 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, X11 tərəfindən verilmiş şikayət əsassızdır və şikayət təmin edilməməklə Bakı Nəqliyyat Agentliyinin inzibati tənbeh vermə haqqında qərarları dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, X11 idarə etdiyi “RUNNA MİNİK” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 20.05.2019-cu il tarixdə ünvan 1 ünvanında 3.27 (dayanmaq qadağandır) yol nişanının təsir zonasında saxlamışdır. Eyni zamanda “RUNNA MİNİK” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mərkəzi informasiya sisteminin məlumatlarında hüquqi şəxsin adına qeydiyyata alındığından inzibati xətaların törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barəsində məlumat yalnız müvafiq sorğu əsasında əldə edilmişdir. Bu səbəbdən də inzibati xətaların törədilmə vaxtı ilə qərarın qəbul edilmə tarixi arasında müəyyən zaman intervalı yaranmışdır. Lakin İXM-nin 38.1 -ci maddəsinə əsasən qərar inzibati xətanın törədildiyi gündən 1 il keçənədək qəbul edilə bilər. Şikayət əsassız olduğu üçün təmin edilməməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, şikayətçi təkrarən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, şikayətə şikayətçinin iştirakı olmadan baxılması mümkündür. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsasız olduğuna görə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 115.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat cərimə nəzərdə tutulmuşdur. İş materiallarına əlavə olunmuş 23.04.2019-cu il tarixli, EQ ******* saylı qərarın surətindən görünür ki, **-PL-*** dövlət qeydiyyat nişanlı “Runna” markalı avtomobil dayanma və ya durma qaydalarını pozmağa görə Azərbaycan Respublikası İXM-in 346.1-ci maddəsi ilə təqsirli bilinib, 20 (iyirmi) manat inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. X1 etibarnamə əsasında idarə etdiyi **-PL-*** dövlət qeydiyyat nişanlı “Runna” markalı avtomobili 20 avqust 2019-cu ildə başqa şəxsə satdığını, heç bir qayda pozmamasını göstərsə də Azərbaycan Respublikası DİN-in BDYPİ-in nümayəndəsi məhkəməyə təqdim etdiyi fotoşəkillərdən görünür ki, 20.05.2019-cu il tarixdə “RUNNA MİNİK” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Nəsimi rayonu, Ak.H.Əliyev küçəsində dayanma və ya durma qaydalarını pozmuşdur. Məhkəmədə müəyyən edimişdir ki, Azərbaycan Respublikası DİN-in BDYPİ-in X6 Azərbaycan Respublikası İXM-in 346.1-ci maddəsi ilə təqsirli bilinib 20 manat inzibati cərimə edilməsinə dair qəbul edilmiş EQ ******* saylı qərar qanuni və əsaslıdır. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X11 Azərbaycan Respublikası İXM-in 346.1-ci maddəsi ilə təqsirli bilinib, 20 (iyirmi) manat inzibati cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN-in BDYPİin EQ ******* saylı qərarın ləğv olunmasına əsas olmadığına görə şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X6 Azərbaycan Respublikası İXM-in 346.1-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) manat inzibati cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN-in BDYPİ-in EQ ******* saylı qərardan X6 şikayəti əsassız olduğundan təmin edilməsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: imza var Vaqif Həsənov Düzdür :Məhkəmənin hakimi : Vaqif Həsənov AZƏRBAYCAN RESPUBLİKASİ GÖYÇAY RAYON MƏHKƏMƏSİ Poçt indeksi Az 2300. Göyçay şəhəri N.Nərimanov küçəsi 56 /telefon: 02027-4-00-83 ____________________________________________________________________ 28 iyul 2017-ci il № 3(046)-431/2017 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYPİ-nə Surəti: Göyçay rayonunun Hacalıkənd kəndində yaşayan – X1na X6 Azərbaycan Respublikası DİN-in BDYPİ-in yol patrul xidməti baş inspektoru X12 tərəfindən tərtib edilmiş, 22 iyun 2017-ci il tarixli, İXP ******* saylı protokola əsasən qəbul edilmiş qərardan şikayətə dair Göyçay rayon məhkəməsinin 28 iyul 2017-ci il tarixli qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti 2 vərəqədə Məhkəmənin sədri vəzifəsini müvəqqəti icra edən: Zəfər Quliyev 28 iyul 2017-ci il № 3(046)-431/2017 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYPİ-nə Surəti: Göyçay rayonunun Hacalıkənd kəndində yaşayan – X1na X6 Azərbaycan Respublikası DİN-in BDYPİ-in yol patrul xidməti baş inspektoru X12 tərəfindən tərtib edilmiş, 22 iyun 2017-ci il tarixli, İXP ******* saylı protokola əsasən qəbul edilmiş qərardan şikayətə dair Göyçay rayon məhkəməsinin 28 iyul 2017-ci il tarixli qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qərarın surəti 2 vərəqədə Məhkəmənin sədri vəzifəsini müvəqqəti icra edən: Zəfər Quliyev
Məhkəmə qərarları › İş №3(012)-167/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-167/2021
08.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver