Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-167/2025 07.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Həsənov Vaqif İskəndər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Ağazadə Yunis Şükür oğlunun katibliyi Qərardan şikayət verən şəxs: X1 iştirakı ilə, X2 tərəfindən Bakı şəhəri X4 İdarəsinin X4 Şöbəsinin 25 dekabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri X4 İdarəsi tərəfindən qəbul edilmiş 25 dekabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və DYP işçisi barədə xüsusi qərar çıxarılaraq, aidiyyatı üzrə DİN-ə göndərilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət vermiş Vüqar İsmayılov ərizəni müdafiə edib, qeyd etdiklərinə uyğun izahat verərək bildirmişdir ki, Bakı şəhər DYP-nin TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə o, qanunsuz və əsassız olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 342.2.3-cü maddələri ilə 150 manat məbləğində cərimə edilmiş və kimi isə 09.l2.2024-cü il tarixli İXP6742471 saylı protokol və inzibati xəta haqqında işin digər materillan götürülmüşdür. Tərtib olunan protokola digər iş materiallarına görə, xx.xx.2024-cü il tarixdə, saat 00:28-də Bakı şəhər, Nizamı rayonu, M.Abbasov küçəsi ərazisində VAZ-21070 minik markalı 0İ-BU-571 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən işıq cihazlanndan istifadə qaydalarını pozmağa görə nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulması yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsi barədə protokol tərtib etmişdir. Bildirmək istəyir ki, onun avtomobilində heç bir konsturksiya dəyişiklikləri edilməmişdir. Avtomobil yol polisi əməkdaşı tərəfindən cərimə meydançasına yerləşdirilmiş, həmin cərimə meydançasında onun tərəfindən avtomobilin video görüntüsü qeydə alınmış və fotoşəkilləri çəkilmişdir. Video görüntüdən və fotoşəkildən açıq-aydın görünür ki, avtomobilində heç bir konsturksiya dəyişiklikləri edilməmişdir. Yol polisi əməkdaşı onu saxlayarkən, avtomobilə üzdən baxış keçirmiş və belə bir protokol tərtib edərək, maşını cərimə meydançasına yerləşdirmişdir. Yol polisi əməkdaşı avtomobil üzrə mütəxəssi deyil, avtomobildə aparılmış konstruksiya dəyişikliyi ilə bağlı hər hansı bir rəy verə bilməz. Odur ki, qəbul edilmiş qərar əsassızdır və məhkəmə qaydasında yazılmış cərimənin silinməsi və yol polis əməkdaşının əsassız protokol tərtib etdiyi üçün barədə xüsusi qərar çıxarılaraq aidiyyatı üzrə Daxili İşlər Nazirliyinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunveriliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, Bakı şəhəri X4 İdarəsinin X4 Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmiş və eləcə də qeyd olunan inzibati işlə əlaqədar protokol tərtib edən orqan tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə işə Bakı şəhəri X4 İdarəsinin X4 Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında qərarı və ona əlavə olunmuş sənədləri araşdıraraq, qərardan şikayət vermiş şəxsin izahatını dinləyərək hesab edir ki, X2 barəsində tərtib edilmiş 25 dekabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:
1. Bakı şəhəri X4 İdarəsinin X4 Şöbəsinin 25 dekabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, 09 dekabr 2024-cü il tarixdə X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 342.2.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmiş və barəsində 150 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir.
Məhkəmə şikayət vermiş şəxsin izahatını dinləyib, şikayətin dəlillərini, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X2 tərəfindən verilmiş şikayət təmin edilməli, Bakı şəhəri X4 İdarəsinin X4 Şöbəsi tərəfindən qəbul edilmiş 25 dekabr 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh verilməsi haqqında iş üzrə qərarı ləğv edilməli və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3 və 342.2.3-cü maddələri ilə olan inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 53.1.2-ci maddəsinə əsasən şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata inzibati xəta tərkibi olmadıqda xitam verilir; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə otuz manat məbləğində cərimə edilir; 342.2.3-cü maddəsinə görə nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsin görə yüz əlli manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən Azərbaycan Respublikasında qüvvədə olan vahid beynəlxalq texniki göstərişlərə, yol hərəkətinin təhlükəsizliyi normativlərinə və standartlarına uyğun gələn, bu tələblərə uyğunluğu barəsində sertifikatı olan, qeydiyyatdan, qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışından keçmiş, habelə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada həyata keçirilmiş, nəqliyyat vasitələri Azərbaycan Respublikası ərazisində yol hərəkətində iştiraka buraxılırlar. Həmin Qanunun 30-cu maddəsinin İİ hissəsinin 3-cü bəndində əsasən nəqliyyat vasitələrinin sahibləri və ya nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər texniki vəziyyəti dövlət standartlarının, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən, habelə müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya avadanlığı dəyişdirilmiş və ya qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçməmiş nəqliyyat vasitələrinin istismarına yol verməməlidirlər. Aparılmış məhkəmə araşdırması zamanı vətəndaş tərəfindən nəqliyyat vasitəsinin hər hansı hissəsinə müdaxilə edilməsi sübuta yetirilmir. Belə ki, hadisənin görüntülərini əks etdirən diskə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən edilmişdir ki, videogörüntüdə avtomobilin konstruksiyasında dəyişiklik olunması faktı öz əksini tapmamışdır. Göründüyü kimi X2 barəsində qəbul edilmiş qərarda “VAZ 21070” minik markalı, ** BU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin konstruksiyalarında dəyişiklik edilməsi qeyd olunsa da həmin dəyişikliyin mütəxəssis rəyi ilə deyil, yalnız vizual olaraq keçirilmiş baxışdan aşkar edildiyi müəyyən olunmuşdur. Bundan başqa səlahiyyətli orqan, yəni Bakı şəhəri X4 İdarəsinin X4 Şöbəsi tərəfindən X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 342.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb olunan zaman yuxarıda qeyd edilən normalar nəzərə alınmamış, qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri pozulmaqla səthi araşdırma aparılmış, əldə edilmiş sübutlar qanuna zidd vasitələrlə əldə edilmiş, şəxsin təqsirliliyini sübuta yetirəcək hər hansı mötəbər dəlil əldə edilməmişdir. X1 təqsirliliyini sübuta yetirəcək dəlillər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, X2 barəsində qəbul edilmiş qərarda onun nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsi əsas götürülsə də, qərarda onun konkret olaraq hansı sübutlara təsdiq olunduğu göstərilməmiş, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədən əsassız olaraq onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş, eyni zamanada ondan bu barədə izahatı da alınmamış, mütəxəssis rəyi əldə edilməmişdir. Belə nəticəyə gəlinməsi əsaslandırılmamışdır.
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə məhkəmə təqsirsizlik prezumpsiyasına müvafiq olaraq qeyd edir ki, X1 təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, sonuncunun inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassız və qanunsuzdur. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, bu halda X1 əməlində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi üçün əsas olan hallara rast gəlinməmişdir. Məhkəmə təqsirsizlik prezumpsiyasına müvafiq olaraq qeyd edir ki, X1 təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, sonuncunun inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassız və qanunsuzdur. Beləliklə, məhkəmə hesab edir ki, X1 əməlində törədilməsi üçün əsas olan hallara rast gəlinmədiyindən şikayət təmin edilməli, qeyd olunan qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 53, 105, 114- 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
X2 tərəfindən verilmiş şikayət təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 342.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri X4 İdarəsinin X4 Şöbəsi tərəfindən qəbul edilmiş 25 dekabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X2 barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın icrası Bakı şəhəri X4 İdarəsinin X4 Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Hakim Vaqif Həsənov