Məhkəmə qərarları › İş №3(012)-1675/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1675/2024

28.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1675/2024 28.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusıət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi ilə xx.xx.1956-cı il tarixdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, ev 50, mənzil 116 ünvaında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 19 mart 2024-cü il tarixdə, saat 19:30 radələrində özünə məxsus olmaqla idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan "Toyota-Prado" markalı **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti ilə hərəkətdə olan zaman 1.1-1.3 üfüqi nişanlanma xəttinin tələbini pozaraq əks istiqamətli hərəkət zolağına çıxmaqla əks istiqamətdə hərəkətdə olan sürücü X3 idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “VAZ-2107” markalı **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və toqquşma nəticəsində sonuncuya az ağır bədən xəsarətinin, “Toyota-Prado” markalı avtomobildə olan sərnişinlər X5ma yüngül bədən xəsarətinin, X1ma az ağır bədən xəsarətinin yetirilməsi və özünün dərəcəsi təyin edilməyən bədən xəsarətinin alması ilə nəticələnən ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətmişdir. Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin Təhqiqat şöbəsində araşdırma aparılmış və şöbənin təhqiqatçısı, polis mayoru Fərid Şirinovun xx.xx.2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd olunmuşdur. Bundan sonra Şəxs barəsində Abşeron rayon Polis İdarəsinin tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq proses iştirakçıları məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:  14 iyul 2020-ci il tarixli, AC seriyalı, 145064 saylı sürücülük vəsiqəsinə əsasən Şəxs «B» kateqoriyası üzrə nəqliyyat vasitəsini idarə etmək hüququna malikdir;  “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə” sxemə əsasən hadisə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində baş vermişdir. Şəxs idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan "Toyota-Prado" markalı **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti ilə hərəkətdə olan zaman 1.1-1.3 üfüqi nişanlanma xəttinin tələbini pozaraq əks istiqamətli hərəkət zolağına çıxmaqla əks istiqamətdə hərəkətdə olan sürücü X3 idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “VAZ-2107” markalı **- SN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur.  “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə” dair 19 mart 2024-cü il tarixli, 2/15142 saylı protokoldan görünür ki, müayinə nəticəsində Şəxs ayıq olmaqla onda alkoqol qəbulunun hər hansı əlamətləri olmamış, narkotik qəbulu faktı aşkarlanmamışdır.  Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X9 Abşderon rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 582 saylı rəyinə əsasən vətəndaş İ.A.İsmayılovanın məhkəmə - tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – burunüstü nahiyənin qançır -şişkinliyi ilə müşayiət olunan burun sümüklərinin qapalı sınığı, çənəaltı nahiyənin əzilmiş-cırılmış yarası, sağ və sol alt göz qapaqları nahiyələrinin və döş qəfəsinin ön səthinin sol yarısının qançırları, alt və üst dodağın selikli qişasının səthi əzilmiş yaraları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2024cü il tarixdə sərnişin olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər.  Abşeron rayon Polis İdarəsi Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X6 tərəfindən qəbul edilmiş 24 aprel 2024-cü il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərara əsasən toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə toplanmış materialın Abşeron RPİnin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokolla, zərərçəkmiş şəxsin məhkəmə iclasında verdiyi izahatı, həmçinin müvafiq ekspert rəyi və inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilmişdir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın: 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üçyüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququаltı аydаnbir ilədək müddətə məhdudlaşdırılır. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarınavə inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinəuyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar,onun təqsirinin dərəcəsi,əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilən xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53, 105 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar