Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1677/2024 15.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 Tələbkar: X2 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Zəngilan rayonu, Q.Müşlan kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 4 saylı evin, 15 saylı mənzilində yaşayan barəsində Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş 15 avqust 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Kənan Abdullayev protokolu müdafiə edərək bildirmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2805/2023 saylı, 27 iyul 2023-cü il tarixli icra vərəqəsinə əsasən iddia qismən təmin edilmiş, Şəxs ona və ailəsinə məxsus olan əmlakları ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 28, 4 saylı evin, 15 saylı mənzilindən çıxarılması qərara alımışdır. Qeyd olunan icra sənədi 11 iyul 2024-cü il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olaraq, icraata başlanılmışdır. İcra şöbəsinin icrası ilə əlaqədar borclu şöbəyə dəvət olunaraq, qərar-bildirişlə tanış edilərək, izahatı alınmışdır. 15 avqust 2024-cü il tarixə icra sənədinin məcburi icrası təyin edilmiş, tərəfindən keçirilən icra prosessində tərəflərin iştirakı ilə mənzilə baxış keçirilmiş və orada əmlakların olması aşkar olunmuşdur. Belə olan təqdirdə borcludan mənzildən əşyalarla birlikdə çıxması tələb olunduqda, sonuncu əmlaklarını saxlamağa yerinin olmadığını və ona 02 müddət verilməsini xahiş etdi. Tələbkar borclunun təklifinə etiraz edərək, dərhal mənzili tərk etməsini tələb etdi. Borclu məhkəmə qərarını icra etmədiyindən onun barəsində protokol tərtib edilərək, məhkəməyə təqdim olunmuşdur. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar Raisa Şakirova izahat verərək bildirdi ki, borcluya 10 gün müddətində ona məxsus mənzili əşyaları ilə birlikdə tərk etməsi üçün möhlət verməyə razı olsa da, Şəxs başqa yaşayış sahəsinin olmadığını bildirməklə onunla razılaşmır. Ona görə də, sonuncu barədə tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında iştirak edərək, tərtib edilmiş protokolla bağlı özünü qismən təqsirli bilərək bildirdi ki, məhkəmə qətnaməsini icra etməkdən yayınmır, lakin hazırda qalmağa və əşyalarını aparmağa yeri olmadığı üçün mənzildən çıxa bilmir. Yaşamaları üçün lazım olan evin tikintisi üçün müəyyən müddət lazımdır. Yalnız həmin mənzil tam hazır olduqdan sonra məskunlaşdığı evi boşalda bilər. Barəsində olan işə xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Abşeron Rayon Məhkəməsinin 2(012)-2805/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən iddia qismən təmin edilmiş, Şəxs ona və ailəsinə məxsus olan əmlakları ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 28, 4 saylı evin, 15 saylı mənzilindən çıxarılması qərara alımışdır. Abşeron rayon İcra və Probasiya Şöbəsinin 11 iyul 2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış və həmin tarixdə borclu Şəxs tələbin könüllü icrası haqqında bildiriş ünvanlanmış, icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün xəbardarlıq edilmişdir. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Şəxs icra məmurunun qanuni tələblərinə tabe olmayaraq qeyd olunan icra sənədində göstərilən tələbləri yerinə yetirməkdən yayınmışdır. Belə olduqda o, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yahərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmədə inzibati xəta törətmiş Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs Abşeron Rayon Məhkəməsinin 2(012)-2805/2023 saylı, 27 iyul 2023-cü il tarixli icra sənədi üzrə üzərinə qoyulmuş vəzifələri icra etməmiş və mənzildən çıxmamasının səbəbi kimi yaşamağa və əmlaklarını qoymağa yerinin olmamasını və evin tikintisi üçün müəyyən müddətin lazım olduğunu göstərmişdir. Lakin məhkəmə qeyd olunan halı icra sənədinin üzrsüz olaraq icra edilməməsi kimi qiymətləndirir və bu səbəblə də, Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilərək, barəsində cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-1677/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1677/2024
15.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver