Məhkəmə qərarları › İş №3(012)-1677/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1677/2025

13.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1677/2025 13.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Abbasova Fatimə Ramil qızının katibliyi ilə, Şikayət vermiş şəxs X1 nümayəndəsi və vəkili Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 05 may 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarından şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətinin bərpası barədə X1 vəsatətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.1 və 237.1-ci nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə Həmin Məcəllənin 234.0.1-ci maddəsi ilə barəsində cərimə növündə inzibati tənbeh vermə haqqında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayətlə müraciət edərək, onun ləğv edilməsini xahiş etmiş, onun pensiyasından tutulmuş 3000 manat məbləğində pulun Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən alınaraq ona qaytarılmasını, eyni zamanda həmin qərardan şikayət edilməsi üçün ötürülmüş müddətin bərpasına dair vəsatətlə müraciət edərək, qərardan qanunvericiliklə nəzərdə tutulmuş müddətdə şikayət verə bilmədiyini göstərmişdir. X2 tərəfindən buraxılmış müddətin bərpası barədə vəsatət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 05 qərardan heç bir məlumatı olmamışdır. Qərardan xəbər tutan kimi idarəyə ərizə ilə müraciət edərək 16 mart 2021-ci il tarixli MN ******* və 03 may 2021-ci il tarixli MN ******* saylı qərarın ona təqdim edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 30 aprel 2025-ci il tarixli 3-14-43/2-M-175-3/2025 saylı inzibati tənbeh vermə haqqında 03 may 2021-ci il tarixli qərar və protokol 10 may 2025-ci il tarixdə poçt vasitəsilə ona təqdim edilmiş, o isə 19 may 2025-ci il tarixdə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, şikayət verilməsi üçün qanunda nəzərdə tutulmuş müddət ötürülməmiş və 10 gün müddət pozulmamışdır. Hesab edir ki, prosessual müddətin buraxılmasının səbəbi üzrlüdür və buna görə də məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130 və 130.2-ci maddələrinə müvafiq olaraq buraxılmış müddət bərpa edilməlidir. Əvvəlki məhkəmə iclasında X2 vəsatətdə yazılanlara uyğun izahat verərək vəsatətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şikayət vermiş şəxsin nümayəndəsi və vəkili Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Nümayəndə ərizəni müdafiə edərək buraxılmış müddətin bərpa edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında qərar qəbul etmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, gəlməməyin səbəbini bildirmədən məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməsə də məhkəməyə iş üzrə sübutları təqdim etmişdir. Məhkəmə vəsatətə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını, eləcədə qərardan şikayət vermiş şəxsin məhkəmə iclasında verdiyi izahatı və irəli sürdüyü dəlilləri nəzərdən keçirib hesab edir ki, inzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddətinin bərpası barədə vəsatət əsassız olduğundan imtina olunaraq şikayət ona əlavə olunmuş sənədlərlə birgə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 57.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. X2 məhkəmə iclasında bildirdi ki, barəsində qəbul edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın əldə edilməsi ilə bağlı məlumatı olmamışdır. Bundan başqa o, məhkəmə iclasında həmin qərarın ona şikayət verdiyi gündən təxminən 10 gün əvvəl təqdim edildiyini əsas gətirərək, vaxtında şikayət verə bilmədiyini bildirsə də, lakin onun həmin qərarı rəsmi qaydada nə vaxt əldə etməsi barədə təqdim edəcəyi tutarlı dəlil məhkəməyə təqdim edə bilməmişdir. Bunun əksinə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, X2 mübahisləndirilən qərardan 07 aprel 2022-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayət vermiş, lakin şikayət təmin olunmamışdır. Təqdim edilmiş elektron poçt ünvanına göndərilmiş məktubdan görünür ki, həqiqətən X2 07 aprel 2022-ci il tarixdə saat 11:25 dəqiqədə mübahisələndirilən qərar üzrə yuxarı orqana müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan saylı icra işindən görünür ki, yuxarıda qeyd olunan şikayət üzrə Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinə də müraciət edilmişdir. İcra sənədinin materiallarından görünür ki, X1 əmək pensiyasından tutulmanın həyata keçirilmiş və X1 mülkiyyətində olan “VOLVO 960” minik markalı, **-KE-*** d.q.n-li avtomobilin üzərinə həbs qoyulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, X2 tərəfindən irəli sürülmüş arqumentlər onun hazırki qərarın ləğvi ilə bağlı vaxtında qanunla müəyyən olunmuş müddət ərzində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət etməsinə maneə ola bilməzdi. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan hallar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış prosesssual müddətin bərpası üçün üzürlü hesab edilə bilmədiyindən X2 tərəfindən verilmiş vəsatət rədd olunaraq, şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: X1 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayət verilməsi üçün müddətin bərpasına dair vəsatəti rədd edilsin, şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan (müddətin bərpasının rədd olunması hissəsindən) rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar