Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1678/2024 16.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ X24 Ənvər qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, X16 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin nümayəndəsi X5, Qərardan şikayət vermiş şəxs X10 iştirakı ilə, X10 X16 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X19 şikayətlə məhkəməyə müraciət edərək, X16 Xidmətinin Abşeron-Xızı regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, X16 Xidmətinin Abşeron-Xızı regional söbəsinin xx.xx.2023-cü il tarixli MN ******* saylı qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən 3500 manat miqdarında cərimə edilmişdir. Həmin qərarın ləğv edilməsi və inzibati icraata xitam verilməsi üçün Abşeron Rayon Məhkəməsinə müraciət etmiş və Abşeron Rayon Məhkəməsinin 3(012)-41/2024 saylı 25 yanvar 2024-cü il tarixli qərarı ilə şikayət qismən təmin edilmiş, qərar ləğv edilmiş və yenidən baxılması üçün göndərilmişdir. Qərar Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Daha sonra Azərbaycan Respunlikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Abşeron Xızı regional şöbəsi tərəfindən işə yenidən baxılaraq, MN ******* saylı, 25 iyul 2024-cü il tarixli qərarı qəbul olunmuşdur. Qərar yenidən eyni müddəalar ilə əsaslandırılmışdır ki, vəzifəli şəxs X2 Aygül Yaşar qızı, X6 və X4 Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Əvvəla qeyd etmək istəyir ki, hazırkı qərarın qəbul edilməsi üçün əldə olunan sübutlar qanunsuz yolla əldə edilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə işdə olarkən Abşeron rayon polis idarəsinin 4-5 nəfər polis əməkdaşı işlədiyi ünvan 1 ünvanında yerləşən mağazaya qanunsuz olaraq daxil olmuş, işçilərin əmək müqaviləsi haqq tələb etmişdirlər. Məsələ bununla bitməmiş, polis əməkdaşı yenidən onların idarəyə gəlməklərini tələb etmiş, lakin gəlmədiklərini gördükdə xx.xx.2023-cü il tarixdə işlədiyi mağazaya gəlmiş, hədə-qorxu gələrək onun və işçilərin izahatını almış, izahatı isə onların dediyi qaydada yazılmasını tələb etmişdirlər. O və işçilər polis əməkdaşının təyziqindən qorxduqlarına görə izahatı o dediyi qaydada yazdı. polis əməkdaşı məsələnin onun dediyi qaydada, yəni haqq verilməsinin labüd olduğunu bildirdi, haqq verilmədiyi təqdirdə materialları X16 Xidmətinə göndərəcəyini qeyd etdi. İnzibati xəta haqqında iş üzrə icraat materiallarına nəzər saldıqda görünür ki, DƏMX- yə materiallar polis orqanından daxil olmuş, inzibati xəta haqqında protokol isə xx.xx.2023- cü il tarixdə tərtib edilərək xx.xx.2023-cü il tarixdə cərimə tətbiq edilmişdir. Polis orqanı səlahiyyəti olmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin obyektinə qanunsuz daxil olmuş, orada yoxlama aparmış, materiallar toplamış və həmin qanunsuz materiallar əsasında qərar qəbul edilmişdir. Beləliklə, bu sahədə qanunvericiliyin pozulub-pozulmamasını araşdırmaq səlahiyyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətinə aid edilsə də, polis orqanı qanunvericiliyin tələblərini kobud səkildə pozaraq qanunsuz olaraq cərimə edilməyinə nail olmuşdurlar. Həmçinin, həmin yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələbləri pozulmaqla həyata keçirilmişdir. Həmçinin, qərarda adı çəkilən işçilər əmək müqaviləsi bağlanılması üçün xx.xx.2023- cü il tarixdə ərizə ilə müraciət etmiş, həmin tarixdə müvafiq bildirişlər sistemə yerləşdirilmişdir. Bildirişlərin sistemə gec yerləşdirilməsinin ASAN imza və müvafiq elektron sustemdə texniki nasazlığın baş verməsi ilə əlaqədar olmuşdur. Belə ki, həmin tarixdə səhər saatlarından əmək müqaviləsi bildirişinin sistemə yerləşdirilməsinə dəfələrlə cəhd olunsa da, sistemdəki xəta ucbatından bildiriş xx.xx.2023-cü il tarixdə gecə saatlarında yerləşmişdir. Başqa sözlə, inzibati xəta haqqında protokol tərtib olunan və qərar qəbul edilən ərəfədə işçilərin əmək müqaviləsi bildirişi elektron sistemə yerləşdirilmiş, yəni inzibati xəta baş verməmişdir. Məhkəmə iclasında X16 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin nümayəndəsi X13 protokola uyğun izahat verməklə məhkəmədən X10 şikayətinin əsassız olduğunu,11 dekabr 2023-cü il tarixində protokol tərtib edilmiş, protokol günorta tərtib edilib, protokolun yalnız iş saatı vaxtı bitənə qədər yəni saat 18:00-a qədər tərtib edilə biləcəyini, X10 da axşam saatlarında həmin protokolda adı çəkilən vətəndaşlarla əmək müqaviləsinin bildirişlərini sistemə daxil etdiyini bildirmişdir. İnzibati tənbeh vermə haqqında qərardan verilən şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında X19 şikayətini müdafiə etdi və izahat verərək bildirdi ki, heç nədən başı çıxmır. Bir dəfə işə baxıldı sonra yenə onu çaırdılar, Əmək müfəttişliyinə getdi, yadında qalamyıb, amma deyəsən onu çağıran adamın məzuniyyətdə olduğu bildirildi və o geri qayıtdı. Qardaşı onun ailə üzvüdür, işlərinə kömək edir, ona niyə əmək müqaviləsi bağlamalıdır ki?! Adı çəkilən qızlar isə elə həmin gün işi danışmağa gəlmişdilər ki, polislər də həmin vaxt gəldi gördü. Qeyd olunanları nəzərə alaraq, X16 Xidmətinin Abşeron-Xızı regional şöbəsi nin 11 iyul 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X16 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin əmək müfəttişi X14 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən vəzifəli şəxs X19 tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci və 49-cu maddələrinin tələbləri pozularaq, X8, X6 və X11 qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt Abşeron Rayon Polis İdarəsindən daxil olan təsdiqedici sənədlər ilə təsdiq edilir. X16 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin rəisi X20 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən vəzifəli şəxs X19 fiziki şəxs X8, X6 və X7 Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinərək, 3500 manat məbləğində cərimə edilmişdir. X15 tərəfindən Abşeron RPİ-də yazdığı izahata əsasən müqaviləsiz administrator kimi aylıq 400 manat alır. X1, X6 və X11 ilə heç bir müqavilə bağlanmamışdır və vergi ödəmir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, proses iştirakçılarını dinləyərək və işdə olan sübutları müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli və mübahisələndirilən inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü naddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. X19 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarda göstərilən xətanı törətmədiyini, əməlində inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadığını bildirsə də, məhkəmə iclası zamanı xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola, iş materiallarına əlavə edilmiş izahata baxış keçirilərkən X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətdiyi müəyyən edilmişdir. Həmçinin həmin protokolu öz əl imzası ilə təsdiqləmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə şikayətin dəlillərinə münasibətdə hesab edir ki, X10 inzibati xətanı törətməməsi ilə bağlı şikayəti təqdim olunmuş sübutlarla təkzib olunduğundan və işin faktiki hallarını əks etdirmədiyindən, sonuncunun verdiyi şikayət təmin edilməməli və mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X10 şikayəti təmin edilməsin. X16 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X27
Məhkəmə qərarları › İş №3(012)-1678/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1678/2024
16.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver