Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1679/2021 30.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər vəkil Bürosunun vəkili Vəkil, inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron Rayon Polis İdarəsinin DYPŞ-nin polis kapitanı X3 iştirakı ilə, xx.xx.1989-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu, Xırmandalı kəndində qeydiyyatda olan və yaşayan Şəxs oğlunun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs oğlu 29.10.2021-ci il tarixdə saat 00.24 radələrində Masazır qəsəbəsi İstiqlaliyyət küçəsində idarə etdiyi VAZ 21214 markalı tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan idarə etdiyi avtomobili qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması halına yol verməklə avtoxuliqanlıq inzibati xətasını törətmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə inzibati xəta törətməsi haqqında Abşeron Rayon Polis İdarəsinin DYPŞ-nin polis kapitanı X5 tərəfindən 30.10.2021-ci il tarixdə AP ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında Abşeron Rayon Polis İdarəsinin DYPŞ-nin polis kapitanı X5 protokolla eyni məzmunlu çıxış etməklə Şəxs oğlu barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Şəxs oğlu bildirdi ki, özünü təqsirli bilmir. Video görüntüyə baxmış, lakin orada əməlində heç bir qanunsuzluq görməmişdir. O, avtomobili idarə edərkən heç bir qanun pozuntusuna yol verməyib. O, polis əməkdaşlarının saxla işarəsi verməyinin fərqinə varmamışdır. Xahiş edir ki, barəsində qanuni qərar qəbul olunsun. Məhkəmə iclasında müdafiəçi Xırdalan şəhər vəkil Bürosunun vəkili Vəkil barəsində icraat aparılan Şəxs barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin DYPŞ-nin YPX inspektoru polis baş serjantı X6 bildirdi ki, 28.10.2021-ci il tarixdən 29.10.2021-ci il tarixə keçən gecə 01.30 radələrində xidmətdə olduğu zaman Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsində **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dönmə işığından istifadə etmədiyi üçün saxla işarəsi vermişlər. Sürücü işarəyə məhəl qoymadan yüksək sürətlə yol hərəkəti qaydalarını davamlı şəkildə pozmağa davam etməklə idarə etdiyi avtomobili qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səsləri çıxarılmaqla, ziq-zaqvari hərəkətlər edərək yaşayış məntəqəsinin ərazisində digər hərəkət iştirakçılarının və piyadaların həyatına təhlükə yaradaraq, saxla işarəsinə də tabesizlik göstərmişdir. Onlar avtomobili təqib etsələr də, videodan da göründüyü kimi daşlıq yolla çox yüksək sürətlə hərəkət edərkən toz dumana qarışmış, başqa şəxslərin həyatı üçün və nəqliyyat vasitələrinə təhlükə yaranmasın deyə onlar avtomobili gözdən qoymamaq şərti ilə o anda sürətlərini azaltmışlar. Daha sonra sürücü avtomobili binanın qarşısında saxlayıb tərk edərək oradan uzaqlaşmışdır. Onlar da evakuator vasitəsi ilə avtomobili BDYP-nin 15 saylı duracağına evakuasiya etmiş və sürücü barədə qanuna müvafiq tədbir görülməsi üçün Abşeron Rayon Polis İdarəsinə raportla müraciət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis serjantı X1 digər şahid X4 dediklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs oğlunun inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə araşdırması zamanı iş materiallarında olan diskə baxış keçirilmiş və protokolda qeyd olunan hallar bir daha öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunması nəzərdə tutulmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakteri, Şəxs oğlunun şəxsiyyəti, əmlak vəziyyəti və onun təqsirinin dərəcəsi nəzərə alınır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs oğlunun əməlində onun məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.1-ci maddəsinə əsasən səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, qanunsuz hərəkətinin davam etdirilməsi onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs oğlunun əməlinin ictimai təhlükəli nəticələrə səbəb ola biləcəyini və gələcəkdə bu cür halların törədilməsinin qarşısının alınması məqsədilə ona həbs növündə tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. İnzibati xəta törədən şəxs Şəxs oğluna məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 20 (iyirmi) gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 30 oktyabr 2021-ci il, saat 17:00 dəqiqədən hesablansın. Qərarın icrası Abşeron Rayon Polis İdarəsinə həvalə edilsin. İnzibati xəta törədən şəxs Şəxs oğluna məhkəmə iclasında göstərmiş Xırdalan şəhər vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-1679/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1679/2021
30.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver