Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1679/2024 03.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Qərarından şikayət verilən orqanın nümayəndəsi: X3 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X5 tərəfindən inzibati təneh vermə haqqında 30 iyul 2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X2 verdiyi şikayətə Abşeron rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X5 tərəfindən inzibati təneh vermə haqqında 30 iyul 2024-cü il tarixli, MN № ******* saylı qərarın ləğv edilməsini və inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X6 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X5 tərəfindən onun barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolu xx.xx.2024-cü il tarixdə əldə etmişdir. Həmin protokola əsasən vətəndaş X8 "xxxx" MMC-də əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin 142 “Çağn Mərkəzi”nə müraciət etmiş və həmin müraciətə X11 Xidmətinin X5ndə baxılmışdır. Protokolda qeyd olunmuşdur ki, onun tərəfindən Əmək Məcəlləsinin 172-ci maddəsinin tələbləri pozularaq, X4 əmək haqqısı gecikdirimiş və həmin pul may ayının 15-i ödənilmişdir. Qeyd olunmuş pozuntuya əsaslanaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti X5 İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə müvafiq olaraq xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edərək, barəsində 700 (yeddi yüz) manat məbləğində cərimə tətbiq edilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə onunla işçi X8 arasında yazılı formada əmək müqaviləsi və tam maddi məsuliyyət müqaviləsi bağlanaraq, imzalanmışdır. Bundan əlavə həmin tarixdə “Əmək müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” 1 nömrəli əlavə razılaşma sənədi hər ikisinin razılığı ilə imzalanaraq hüquqi qüvvəyə minmişdir. Həmin razılaşma sənədinin 1.1-ci maddəsinə əsasən 1 may 2024-cü il tarixdən etibarən aylıq əmək haqqının bütün vergilər və tutulmalar daxil olmaqla hər ayın 20-nə kimi ödənilməsi dəyişikliyi əmək müqaviləsinə əlavə edilmişdir. Onun barəsində çıxarılan inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarı əsassız və qanunsuzdur. Göründüyü kimi əmək müqaviləsi və ona edilən dəyişiklik tərəflərin sərbəst iradə ifadəsini əks etdirmiş və qanunvericilikdə nəzərdə tutulan formada tərtib olunmuşdur. Əmək müqaviləsinə dəyişiklər və əlavələr edilməsi haqqında 1 nömrəli əlavə razılaşma sənədinin 1.1-ci maddəsininin izahı onunla bağlıdır ki, işçiyə 1 aylıq işlədiyi dövr ərzində aldığı əmək haqqı növbəti ayın 20-nə kimi uzadılması şərti ilə ödənilə bilər. Belə ki, işçi ilə 24 aprel 2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış, o, öz əmək funksiyalarını icra etməyə başlamış və həmin tarixdən 1 may 2024-cü il tarixə qədər işlədiyi 6 gün müddətə görə əmək haqqı ona 15 may 2024-cü il tarixdə ödənilmiş, 1 may 2024-cü il tarixdən 1 iyun 2024-cü il tarixə qədər işlədiyi dövrün əmək haqqı isə müqaviləyə dair 1 nömrəli əlavənin şərtlərinə əsasən 20 günlük müddəti keçməmək şərti ilə 11 iyun 2024-cü il tarixdə ödənilmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə uyğun olaraq işçinin xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir. Əmək Məcəlləsinin 172.4-cü maddəsinin tələblərinə uyğun olaraq işçi işdən çıxdığı gün, yəni 11 iyun 2024-cü il tarixdə ona verilməli bütün ödənişləri tam məbləğdə ödəmişdir. Beləliklə, o və işçi arasında bağlanan əmək müqaviləsi və ona dair 1 nömrəli əlavə tərəflərindən imzalanaraq, qanunvericliyin tələblərinə uyğun şəkildə təsdiq edilmişdir. Əmək haqqının ödənilmə tarixi işçinin razılığı ilə müəyyən edildiyi üçün onun tərəfindən 30 iyul 2024-cü il tarixli, MN № ******* saylı qərarda nəzərdə tutulan pozuntu törədilməmişdir. Yuxarıda qeyd olunanlardan başqa Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X5 öz hərəkətlərində qanunvericiliyin prosessual tələblərini pozmuşdur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 117.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərarın surəti iki gün müddətində barəsində qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə və zərər çəkmiş şəxsə verilir. Lakin İnzibati tənbeh vermə haqqında qərar 30 iyul 2024-cü il tarixdə qəbul edilsə də, ona xx.xx.2024-cü il tarixdə çatmışdır. Qeyd olunanlara əsasən barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X1 nümayəndəsi Zamin Cəfərzadə izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X5 tərəfindən 30 iyul 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında qərar əsaslı olaraq qəbul edilmişdir. Belə ki, X4 şöbəyə etmiş olduğu müraciət əsasında "xxxx" MMC-nin direktoru X6 barəsində araşdırma aparılmışdır. Araşdırma zamanı X4 izahatı alınmış və "xxxx" MMC-nə sorğu verilərək, müvafiq sənədlər tələb edilmişdir. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, "xxxx" MMC-nin direktoru X6 tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələbləri pozulmuş, yəni X4 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilməsinə baxmayaraq, sonuncuya son haqq-hesab xx.xx.2024-cü il tarixdə ödənilmişdir. Ona görə də "xxxx" MMC-nin direktoru X6 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək, 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Göstərilənlər nəzərə alınaraq "xxxx" MMC-nin direktoru X6 tərəfindən verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında iş üzrə qərardan şikayət verən şəxsə müvafiq qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə qərardan şikayət vermiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" MMC-nin direktoru X6 ilə X8 arasında 24 aprel 2024-cü il tarixdə “Əmək müqaviləsi” bağlanmışdır. "xxxx" MMC tərəfindən 24 aprel 2024-cü il tarixli, 005/1K saylı əmrindən görünür ki, X8 24 aprel 2024-cü il tarixdən "xxxx" MMC-yə "xxxx" vəzifəsinə təyin edilmişdir. "xxxx" MMC-nin direktoru X6 ilə X8 arasında bağlanmış 24 aprel 2024-cü il tarixli “Əmək müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi” haqqında 1 nömrəli əlavə razılaşmaya əsasən 1 may 2024-cü il tarixdən etibarən aylıq əmək haqqı bütün vergilər və tutulmalar daxil olmaqla, hər ayın 20-nə kimi ödənilməsi dəyişikliyi əmək müqaviləsinə əlavə edilmişdir. "xxxx" MMC-nin direktoru X6 tərəfindən “əmək müqaviləsinə xitam verilməsi” barədə 11 iyun 2024-cü il tarixli, 012K saylı əmrindən görünür ki, “Ferma/X7” bölməsində “fəhlə” vəzifəsində işləyən X9 ilə bağlanılmış 530ECKC000200 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2.”a” -tərəflərdən birinin təşəbbüsü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdə xitam verilmiş, işçinin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək istifadə edilməmiş 3 məzuniyyət gününün son haqqıhesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi, Maliyyə şöbəsinə/departamentinə həvalə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X5 tərəfindən "xxxx" MMC-nin rəhbərliyinə ünvanlanmış 22 iyul 2024-cü il tarixli bildirişdən görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında X11 Xidmətinin X1 xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolu üzrə inzibati xəta haqqında işə baxılması xx.xx.2024-cü il tarixdə saat 10:00-a təyin olunmuş, qeyd olunan vaxtda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində iştirak etməsi bildirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X5 tərəfindən inzibati təneh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN № ******* saylı qərardan görünür ki, "xxxx" MMC-nin direktoru tərəfindən Əmək Məcəlləsinin 172-ci maddəsinin tələbləri pozularaq, X4 əmək haqqı gecikdirilərək, may ayının 15-i ödənildiyindən X6 Azərbaycan Respublikasınınnın İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan xətanı törətməkdə təqsirli bilinərək, barəsində 700 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, "xxxx" MMC-nin direktoru X6 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X5 tərəfindən qəbul edilmiş 30 iyul 2024-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün verilmiş şikayət əsassız olduğundan rədd edilməli, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, qanunvericilik Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə məsuliyyəti işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntularına yol verilməsi halına görə nəzərdə tutmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 83-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 172-ci maddəsinin 4-cü bəndinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. 172-ci maddəsinin 4-cü bəndinə əsasən işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə X8 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" vəzifəsinə təyin edilmiş, MMC-nin direktoru X6 tərəfindən qəbul edilmiş 11 iyun 2024-cü il tarixli, 012/K nömrəli əmrlə Rizvan Quliyevin əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin ”a” bəndinə əsasən ləğv edilmiş və sonuncuya hesabına son haqq-hesab xx.xx.2024-cü il tarixdə ödənilmişdir. Bununla da, müəyyən olunur ki, X4 əmək müqaviləsinə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X6 tərəfindən xitam verildikdən sonra işəgötürən tərəfindən son haqq-hesabı sonuncu iş günü işçiyə verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 12-ci maddəsinə əsasən əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək, əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindəndir. Bu səbəbdən, müqavilə üzrə işəgötürən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X6 olduğundan işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntularına yol verilməsi zamanı məhz işəgötürən kimi X2 məsuliyyətə cəlb edilməsi qanuni olmuşdur. 172-ci maddəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 54-cü maddəsinin məzmununa əsasən əməyə görə haqqın miqdarının müəyyən edilməsi və onun ödənilməsi əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən tərəfindən əmək şəraitinin təmin edilməsi hesab edilir və həmin məcəllənin 55-ci maddəsinə əsasən əmək şəraitinin əlavə şərtləri işçinin hüquqlarını məhdudlaşdırmamalıdır. Odur ki, əmək müqaviləsinə tərəflərin razılığı ilə edilən əlavə ilə əmək haqqının Əmək Məcəlləsinin 172-ci maddəsinə uyğun verilməsi qaydası dəyişdirilə bilməz. Belə müqavilənin bağlanması X6 tərəfindən Əmək məcəlləsinin 172-ci maddəsinin tələblərinin pozulması faktını istisna etməməklə onu İXM-nin 192.4 cü maddəsi ilə nəzərdə tutulmuş məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X6 tərəfindən həmin qərardan verilən şikayət təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 17, 40, 43, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-1679/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1679/2024
03.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver