Məhkəmə qərarları › İş №3(012)-168/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-168/2024

15.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-168/2024 15.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi, İbrahimov Bəhram İqrar oğlunun katibliyi, X1, Qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi İ Tağım YPX inspektoru, polis baş serjantı X5 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qəbul etdiyi inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayətə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi Abbas Mirzəliyev şikayəti müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək bildirmişdir ki, ona xx.xx.2024 tarixdə, saat 13:48-də baş vermiş yol qəza hadisəsi ilə bağlı Bakı şəhər DYPİ-nin Yol Patrul Xidmətinin inspektoru X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə TP ******* nömrəli qərar tərtib edilmişdir. O, xx.xx.2024-cü il tarixdə Quba-Bakı yolunda Bakı istiqamətində “GAC GA5” minik markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkət etdiyi zaman Saray postunun qarşısında üç zolaqlı yolun iki zolağı bağlı olduğu üçün üçüncü zolaqla yolun tələbinə uyğun surətlə hərəkət etmiş, qarşıda olan nəqliyat vastələri ilə ara məsafəni qorumuşdur. Onun avtomobilinin qarşısında hərəkət edən iki nəqliyyat vasitəsi ötmə əməliyyatı edərkən hərəkət zolağında dayanan “Opel” minik markalı, ** EM *** dövlət qeydiyyat nişanlı avtomobil anidən geriyə doğru hərəkət etməyə başlamış, bu zaman o, əyləcdən istifadə edərək idarə etdiyi nəqliyyat vasitəsini sağa çəkmiş, qəzadan yayınmaq üçün əlindən gələni etmiş, lakin hadisənin qarşısını ala bilməmiş, nəticədə qəza baş vermişdir. Burada ara məsafəsindən söhbət gedə bilməz, çünki həmin nəqliyyat vasitəsi hərəkət zolağında dayanaraq, heç bir xəbərdaredici siqnalı yandırmamışdır. O, ötmə edəcəyi halda həmin nəqliyyat vasitəsi anidən geriyə hərəkət etdiyindən qəza baş verib. Bu haqda Daxili İşlər Nazirliyi zəng mərkəzinə məlumat vermişdir. Həmin müraciət əsasında o, Bakı səhər Baş X10 İdarəsinə çağrılıb izahatı alınmış, lakin bir nəticə almamışdır. Baş vermiş qəzanın görüntüləri Saray postunun kameralarında qeydə alınmışdır. Onun barəsində tərtib olunan qərara etirazını bildirərək, hadisə və kamera görüntülərinin və sübutlar araşdırılaraq ədalətli qərar verilərək, şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi İ Tağım YPX inspektoru, polis baş serjantı Şamo Möhnətov məhkəmə iclasında izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə “GAC GA5” minik markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Opel” minik markalı, ** EM *** dövlət qeydiyyat nişanlı avtomobillər bir-biri ilə toqquşmuş, nəticədə yol qəza hadisəsi baş vermişdir. Baş vermiş hadisənin araşdırmasını aparan zaman məlum olmuşdur ki, qəzaya səbəb ara məsafəsinin pozulması olmuşdur. Belə ki, Quba-Bakı yolunda Bakı istiqamətində quraşdırılmış təhlükəsizlik kamerası vasitəsilə qeydə alınmış videogörüntüyə əsasən arxadan gələn “GAC GA5” minik markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobilin düzgün ara məsafəsi saxlamadığı üçün qarşıdakı avtomobilə çırpıldığı müəyyən olunmuşdur. Qeyd edir ki, “Yol hərəkəti haqqında” qanunun 50-ci maddəsinə əsasən sürücülər ara məsafəsini şəraitə uyğun olaraq özləri təyin etməlidirlər. Yəni, hərəkətdə olan avtomobillər arasında məsafə avtomobilin növündən, texniki vəziyyətindən, sürətindən, yolun vəziyyətindən, hava şəraitindən aslı olaraq müəyyən edilməlidir. Ona görə də hər iki nəqliyyat vasitəsinin sürücüsü barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Abbas Mirzəlinin irəli sürdüyü hallar əsassızdır, onun barəsində qəbul edilmiş qərar qanuni və əsaslıdır. Məhkəmədən göstərilənlərə əsasən şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarına və digər sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X6 xx.xx.2024-cü il tarixdə, saat 14:48-də Bakı-Quba yolunun 23 km-də “GAC GA5” minik markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən araməsafəsi qaydalarının pozmuş, nəticədə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək, 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi İ Tağım YPX inspektoru, polis baş serjantı X7 tərəfindən məhkəməyə təqdim edilmiş görüntülərə baxış zamanı müəyyən edilmişdir ki, X6 idarə etdiyi “GAC GA5” minik markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobil ötmə əməliyyatı edərkən önündə hərəkətdə olan “Opel” minik markalı, ** EM *** dövlət qeydiyyat nişanlı avtomobilin qəfil tormozlaması nəticəsində ona arxadan toqquşmuş nəticədə yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, “GAC GA5” minik markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı minik avtomobili “Opel” minik markalı, ** EM *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə arxadan toqquşmuşdur; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir; 3-cü naddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. “Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunun” 50.1-ci maddəsinə əsasən” sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. İİİ bəndinə əsasən sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə araməsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Belə ki, Abbas Mirzəliyev hazırki şikayətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının əsassız olduğunu qeyd etməklə həmin qərarı mübahisələndirsə də məhkəmə iclasında sonuncunun inzibati xətanı törətməsi, yəni ara məsafəsini gözləməməsi nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi polis inspektoru tərəfindən təqdim edilən videogörüntü ilə, tərtib olunmuş yol-nəqliyyat hadisəsinin sxemi, məhkəmə iclasında verilmiş izahatlarla və inzibati xəta haqqında protokolla təsdiq olunur. Bununla da şikayətçinin əməlində inzibati xəta tərkibinin və təqsirin olması sübuta yetirilməklə şikayətin dəlillərinin əsassızlığı müəyyən edilir. X6 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini və əməlində inzibati xəta hadisəsi olmadığını bildirsə də, qeyd edilən xüsusatlar öz təsdiqini tapmamışdır. Məhkəmə iclasında baxış keçirilmiş video görüntüyə əsasən isə müəyyən edilmişdir ki, X3 qədər başqa sürücülər həmin nəqliyyat vasitəsinin dayandığını görərərək onun solundan ötmə əməliyyatını yerinə yetirərək keçmiş, lakin qərarı mübahisələndirilən şəxs qəzadan yayına bilməmiş, ehtiyatsızlıqdan inzibati xəta əməlini törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə şikayətin dəlillərinə münasibətdə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin 03 yanvar 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X2 təqsirliliyi “Yol-nəqliyyat hadisəsinin sxemi ilə, inzibati xəta haqqında protokolla, videogörüntü və digər mötəbər sübutlarla təsdiq olunduğundan sonuncunun verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar