Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1681/2021 01.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Həsənov Vaqif İskəndər oğlu, Ağazadə Yunis Şükür oğlunun katibliyi, barəsində protokol tərtib olunan şəxs Şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili X3, inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron RPİ-nin Qobu PB-nin sahə rəisi polis kapitanı X2 və Zərərçəkmiş şəxs iştirakları ilə, 07 avqust 1991-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Sumqayıt şəhəri, YAT-1, H. Əliyev prospekti, məhəllə 18, ev 34-də qeydiyyatda olan Şəxs oğlu barəsində Abşeron Rayon Polis İdarəsi Qobu PB-dən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Abşeron RPİ-nin Qobu PB-nin sahə rəisi, polis kapitanı X5 tərəfindən tərtib edilmiş MN ******* nömrəli protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında dindirilmiş Abşeron rayon RPİ-nin Qobu PB-nin sahə rəisi polis kapitanı X5 bildirdi ki, Şəxs 27.06.2021-ci il tarixdə Aytalı yaşayış massivində yaşadığı evdə həyat yoldaşı Zərərçəkmiş şəxs döyərək ona xəsarət yetirmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs özünü təqsirli bilməyərək izahatında bildirdi ki, Zərərçəkmiş şəxs ilə 23.01.2013-cü il tarixdə evlənmişdir. Birgə nikahdan iki övladları var. Münasibətlərinin pozulmasına səbəb Zərərçəkmiş şəxs ona xəyanət etməsi olmuşdur. Onu gözləmədiyi anda otağa daxil olmuş, telefonunda başqa şəxslə Watsapp sosial şəbəkəsi vasitəsilə danışmasını aşkar etmişdir. Həmin yazışmaların onda olduğunu və istintaq gedişində təqdim edə biləcəyini demişdir. O, da iki azyaşlı övladına görə onu bağışlamışdır. Bundan sonra ikinci dəfə 27.06.2021-ci il tarixdə Nərminin ondan xəbərsiz mobil telefon istifadə etdiyini müəyyən elədiyini demişdir. Ondan gizlin işlətdiyi mobil telefonla kimləsə danışdığını demişdir, həmin nömrəni əldə edə bilməsə də, onların ikisinin birlikdə olan iki ədəd şəklini əldə elədiyini həmin şəkilləri də xəyanətin sübut olunması üçün istintaq gedişində təqdim edə biləcəyini demişdir. Buna görə də aralarında mübahisə yaranmışdır. Aralarında mübahisə yaransa da heç bir dava-dalaş hadisəsi baş verməmişdir. Hətta onun əlindən telefonu almaq istəyəndə Nərmin 102-yə zəng vuracağı ilə onu təhdid etmişdir. Yəni telefonu əlindən alacağı təqdirdə yalandan döyülməyi barədə məlumat verəcəyini bildirmişdir. Hətta həmin gün azyaşlı övladlarını götürüb getmək istəsə də, yoldan onu geri qaytarmışdır. 27.06.2021-ci il tarixdə saat 23 radələrində Nərmin fərdi yaşayış evinin pilləkanlarından öz ehtiyatsızlığından yıxılaraq xəsarət aldığını bildirmişdir. Məhkəmə iclasında Şəxs müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili X6 hüquqlarını müdafiə etdiyi şəxsə yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkən şəxs Zərərçəkmiş şəxs bildirdi ki, 2015-ci ildən son vaxtlara qədər həyat yoldaşı Vüsal müntəzəm sürətdə onu dəfələrlə vəhşicəsinə döymüşdür və bədən xəsarəti vurmuşdur. 26 iyun 2021-ci il tarixdə Şəxs onu yumruqları ilə amansızcasına, vəhşicəsinə döyərək onun ağzındakı 3 ədəd dişini vurub salmışdır və üst damağına vurmuşdur. Bu bədən xəsarəti ilə əlaqədar tibb universitetinin cərrahiyyə korpusunda uzun müddət tibbi müalicə götürüb, əməliyyat olmuşdur. 03 sentyabr 2021-ci il tarixdə Şəxs onu vəhşicəsinə döyərək yaşadığı evdən çıxarıb, uşaqları Əli və Dənizi onun əlindən zorakılıqla aldı. Hazırda Şəxs ilə barışmamışdır, ondan şikayətçidir. Buna görə də o, Şəxs barəsində inzibati tədbir görülməsin xahiş edir. İş materiallarına əlavə olunmuş 18 oktyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyəti üzrə Abşeron RPİ-nə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının 03.09.2021-ci il tarixli 2137 nömrəli rəyindən görünür ki, 1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmətibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol bazu, sağ said. sağ əlin birinci barmağının qançırları, hər iki dirsək nahiyəsinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdir, qərarda göstərilən 03.09.2021-ci il tarixdə əmələ gələ bilərdilər, həm ümumilikdə və həm də ayrıayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlərin xarakterinə lokalizasiyasına əsasən demək olar ki. həmin xəsarətlərin qərarda göstərilən şəraitdə yəni insan bədəninin hissəslərinin (əl. əl barmaqları və sair) təsirindən əmələ gələ bilmələri mümkündür. Zərərçəkmiş şəxs adına Azərbaycan Tibb Universitetinin X1 tərtib olunmuş 22.09.2021-ci il tarixli 363 saylı tibbi arayışda onu 20.09.2021-ci il tarixdə klinikaya müraciət etməsi və ona "11.21.13 dişlərin çıxıqları alveol çıxıntılarının sınıqları, cırılmış yara" diaqnozu qoyulmuşdur, Həmçinin Zərərçəkmiş şəxsnm adına olan və 28.06.2021-ci il tarixdə çəkilmiş cənə-diş pirikusunu panoram rentgenoqrammasında əng sümüyünün cismində və alveol çıxıntılarında sümük travmatik dəyişiklik aşkarlanmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq Zərərçəkmiş şəxs adına olan tibb sənəddə qeyd olunan ”11.21.13 dişlərin çıxıqları və çırılmış yara" diaqnozda göstərilənlər küt əşya təsirindən əmələ gələ bilərdilər və ümumilikdə sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərər vurmaya aiddilər. Diaqnozda göstərilən cırılmış yara tam xarakterizə olunmadıqdan (yəni yaranan ölçüləri, forması, dəqiq lokalizasiyası və sair), həmçinin N.İ. Abdullayevanın məhkəmə tibbi müayinəsi hadisə baş verən gündən uzun müddət keçdikdən sonra aparıldığından diaqnozda göstərilənlərin əmələ gəlmə mexanizmi və şəraiti haqqında konkret fikir söyləmək mümkün olmadığına görə və sağlamlığa zərər vurmayan xəsarət olduqları üçün dərəcələri təyin olunmur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsi və inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiri, zərərçəkmiş şəxsin izahatı və ekspert rəyi ilə tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmədə Şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə iş üzrə Şəxs əməlindən peşman olmamasını onun şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə almaqla hesab edir ki, ona həbs növündə inzibati tənbeh tətbiq edilməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 15 (on beş) gün müddətində inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 01 noyabr 2021-ci il tarixdən, saat 17:30-dan hesablansın. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1681/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1681/2021
01.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver