Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1683/2024 30.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron DYP-nin YNH baş inspektoru, polis mayoru Nümayəndə Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Füzuli rayonu, Govşadlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, idman müəllimi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 04 may 2024-cü ildə saat 23:00 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Kia Rio” markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi ərazisində hərəkətdə olan zaman geri qayıtmaq üçün 1.1 üfüqi nişanlanma xəttin tələbini pozub sola dönmə əməliyyatı edərkən manevr etmə qaydalarını pozması nəticəsində əks istiqamətli hərəkət zolağına çıxaraq həmin küçə ilə əks istiqamətdə hərəkətdə olan sürücü X2 etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Prius” **- OZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və toqquşma nəticəsində sonuncu avtomobilin sərnişinləri olan X1 dərəcəsi təyin edilməyən, Zərərçəkmiş şəxs “yüngül bədən xəsarətinin yetirilməsi ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin Təhqiqat şöbəsində araşdırma aparılmış və şöbənin kapitanı Nicat Hadıyev tərəfindən xx.xx.2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd olunmuşdur. Bundan sonra Şəxs barəsində Abşeron rayon Polis İdarəsinin tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron DYP-nin YNH baş inspektoru, polis mayoru Nümayəndə protokolu müdafiə edərək şəxs barəsində tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində iş üzrə icraat aparılan şəxs Şəxs hadisə haqqında məlumat verərək əlavə olaraq bildirdi ki, həmin vaxt həm o, həm də qarşı tərəfdən gələn avtomobil də ötmə əməliyyatını həyata keçirirdi,əslində həm onun, həm də qarşı tərəfin sürücüsünün bu hadisənin baş verməsində günahı vardır, hadisə zamanı özü də təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırlmışdır, lakin iş tam və obyektiv araşdırılmadan onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bütün bunları nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul olunmasını xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iştirak etməmişdir.Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 21 aprel 2022-ci il tarixli, BB seriyalı, 225026 saylı sürücülük vəsiqəsinə əsasən Şəxs «B1, B, C1, C» kateqoriyası üzrə nəqliyyat vasitəsini idarə etmək hüququna malikdir; Abşeron rayon Polis İdarəsi Təhqiqat Şöbəsinin kapitanı Nicat Hadıyev tərəfindən qəbul edilmiş 22 may 2024-cü il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərara əsasən toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, sürücü Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material Abşeron RPİ-nin DYPŞsi vasitəsi ilə Abşeron rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5- Təcrübə və X3 rayon şöbəsinin 16 may 2024-cü il tarixli, 912 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarət- başın təpə nahiyəsinin dərialtı hematoması, dilin uc hissəsinin əzilmiş yarası, çənə nahiyəsinin sıyrığı bərk küt əşyanın(əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 04 may 2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı salonunda olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilməsi mümkündür. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi onun tərəfindən qəbul olunmasa da, inzibati xəta haqqında protokol, hadisə yerinin sxemi və digər sübutlarla tam sübuta yetirilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, lakin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın: 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üçyüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququаltı аydаnbir ilədək müddətə məhdudlaşdırılır. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarınavə inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinəuyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar,onun təqsirinin dərəcəsi,əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32-ci maddəsində göstərilən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilmədi. 33-cü maddəsində göstərilən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən törədilən xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim Firuzə Kərimova
Məhkəmə qərarları › İş №3(012)-1683/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1683/2024
30.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver