Məhkəmə qərarları › İş №3(012)-1688/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1688/2020

27.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1688/2020 27.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X7 əməkdaşı Nəcəfquliyeva Könül Rövşən qızının, Abşeron rayonu, Masazır bələdiyyəsinin sədr müşaviri X2 və Hüquq sektorunun müdiri X5 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X7 baş məsləhətçisi, müfəttiş X3 tərəfindən tərtib olunmuş MN № ******* saylı, xx.xx.2020-ci il tarixli protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X6 daxil olmuş xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Abşeron rayonu, Masazır kəndi ərazisində Masazır kəndində formalaşan çirkab suların “İmran” gölü ərazisinə axıdılması və məişət tullantılarının gölün ətrafındakı sahədə qalaqlanmasına yol verilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X7 əməkdaşı Nəcəfquliyeva Könül Rövşən qızı ifadəsində göstərdi ki, Abşeron rayonu, Masazır kəndi ərazisində Masazır kəndində formalaşan çirkab suların “İmran” gölü ərazisinə axıdılması və məişət tullantılarının gölün ətrafındakı sahədə qalaqlanmasına yol verildiyi üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X12 tərəfindən Abşeron rayonu, Masazır bələdiyyəsi barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1 və 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında Abşeron rayonu, Masazır bələdiyyəsinin sədr müşaviri X4 etiraz təqdim edərək ifadəsində göstərdi ki, Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X12 tərəfindən protokolun tərtib olunması barədə Masazır bələdiyyəsinə hər-hansı bir rəsmi müraciət olunmamış, bu protokolun harda, nə vaxt və kim tərəfindən tərtib edilməsi barədə Masazır bələdiyyəsinin rəhbərliyinə məlumat verilməmiş, Abşeron rayonu, Masazır bələdiyyəsinin sədri bu protokola imza etməkdən imtina etməmişdir. Halbuki o, bu protokol haqqında məlumatı olsaydı protokolda öz rəyini qeyd etmək hüququndan istifadə edərdi. Tərəf protokolda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-cü- su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsi və 271-ci - sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi maddələrinə istinad edərək Masazır bələdiyyəsinə qarşı cərimə tətbiq edilməsi tələbini irəli sürmüşdür. 4 saylı Regional Ekologiya və X7 tərtib etdiyi xx.xx.2020-cil tarixli, MN 00739417 saylı protokol qanunsuz və əsassızdır. Belə ki, idarə tərəfindən göstərilən məsələlər müvafiq icra qurumlarının fəaliyyətinə aid edildiyindən Masazır bələdiyyəsi bu sahədə fəaliyyəti qanunsuzdur. Çünki ərazi üzrə göstərilən çirkab və qurunt sularının axıdılmasının qarşısının alınması, məişət tullantılarının yığılmasının təşkili üçün pul vəsaiti ayrılmalıdır. Qanunla isə bu məsələlərlə bağlı pul vəsaitinin ayrılması göstərilməmişdir və bu bələdiyyənin büdcə xərclərində də nəzərdə tutulmamışdır. Bu baxımdan 4 saylı Regional Ekologiya və X7 hüquqi şəxs Masazır bələdiyyəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1 və 271-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi barədə tərtib edilmiş xx.xx.2020-cil tarixli,MN № ******* saylı protokolun ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında Abşeron rayonu, Masazır bələdiyyəsinin Hüquq sektorunun müdiri X1 Yaqub Hüseynağa oğlunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, inzibati xəta üzrə işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş MN № ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Abşeron rayonu, Masazır bələdiyyəsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.1 və 271-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmin protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Abşeron rayonu, Masazır bələdiyyəsinin nümayəndəsinə hüquq və vəzifələrinin izah edilməsi və ya onun inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmasını təsdiq edən heç bir qeyd olmamışdır. Bundan əlavə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X12Abşeron rayonu, Masazır bələdiyyəsi barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola baxılmasının vaxtı və yeri barədə sonuncuya vaxtında məlumat verməmiş, onu ayrı-ayrı prosessual hərəkətlər barədə xəbərdar etməmiş, onu işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırmamış, öz müdafiəsini hazırlamağa və vaxtında gəlməsinə imkan yaratmaq üçün bildirişi ona müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verməmişdir. Abşeron rayonu, Masazır bələdiyyəsinin inzibati xəta törətməsi barədə işdə heç bir sübuta istinad olunmamışdır. Məhkəmədə Abşeron rayonu, Masazır bələdiyyəsinin inzibati xəta törətməkdə təqsirli olması sübut olunmamışdır. İnzibati xətanın mahiyyətinin inzibati xəta haqqında protokolda göstərilməməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə ona istinad edilən inzibati xəta hadisəsi haqqında ətraflı məlumat verilməməsi anlamına gəlir. Bu halda isə şəxs nəyə qarşı öz müdafiəsini qurmalı olduğunu bilməmiş və onun hüququ pozulmuşdur. Göstərilən səbəblərdən də, protokol qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla ondan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Sadalanan qanun normalarının tələbinə görə inzibati xətanın törədilməsi faktı aşkar edildiyi vaxt dərhal barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə inzibati xəta haqqında protokol tərtib edilməli, şəxsə İXM-in 61-ci maddəsində nəzərdə tutulan hüquqları izah edilməli, tərtib edilmiş inzibati xəta haqqında protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxsə verilməlidir. Qanunverici yalnız barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokolun inzibati xətanın aşkar edildiyi vaxtdan iki günədək müddətdə tərtib edilə bilməsinə hüquqi imkan verir. Hazırkı işdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin əlavə aydınlaşdırılmasına hər hansı zərurət olmamışdır. Azərbaycan Respublikası İXM-nin 60.1-ci maddəsinin tələbinə görə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Azərbaycan Respublikası İXM-nin 60.3-cü maddəsinə görə isə işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmçinin məhkəmə zamanı müəyyən edildi ki, bələdiyyələrin fəaliyyəti qanun və ya normativ aktlarla tənzimlənir. Azərbaycan Respublikasına bələdiyyələrin fəaliyyəti də Azərbaycan Respublikası Konstitusiyasıyası, Qanunlar və digər normativ aktlarla tənzimlənir. Qeyd olunan Azərbaycan Respublikası Konstitusiyasıyasının İX fəslində Yerli özünüidarələrin səlahiyyətində məişət tullantılarının, çirkab suların qarşısının alınması, məişət tullantılarının yığılması və sair bu kimi iş ilə bağlı hər hansı bir səlahiyyət verilməmişdir. "Şəhərlər və digər şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları"nm təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 74 saylı Qərarının 10.5-ci bəndində göstərilir ki, bələdiyyələr tərəfindən: - bələdiyyə torpaqlarının tullantılarla çirklənmədən qorunması; - əhali arasında yaşayış yerlərinin təmiz saxlanılması qaydalarına riayət edilməsi barədə izahat işlərinin aparılması və onların bu cür tədbirlərə cəlb edilməsi kimi işlər həyata keçirilir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X12 tərəfindən göstərilən məsələlər müvafiq icra qurumlarının fəaliyyətinə aid edildiyindən Masazır bələdiyyəsinin fəaliyyətinə bu sahənin şamil edilməsi qanunsuz sayılmalıdır. Çünki ərazi üzrə göstərilən çirkab və qurunt sularının axıdılmasının qarşısının alınması, məişət tullantılarının yığılmasının təşkili üçün pul vəsaiti ayrılmalıdır. Bələdiyyələrin fəaliyyətini tənzimləyən Qanunda isə bu məsələlərlə bağlı pul vəsaitinin ayrılması göstərilməmiş və bu bələdiyyənin büdcə xərclərində də nəzərdə tutulmamışdır. Belə olan halda, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Abşeron rayonu, Masazır bələdiyyəsinin Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci və 271-ci maddələri ilə inxibati xəta törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X7 baş məsləhətçisi, müfəttiş X3 tərəfindən tərtib olunmuş MN № ******* saylı, xx.xx.2020-ci il tarixli protokolda göstərilən inzibati xəta üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Abşeron rayonu, Masazır bələdiyyəsinin Azərbaycan Respublikası İXM-nin 264.0.1ci və 271-ci maddələri ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X7 baş məsləhətçisi, müfəttiş X3 tərəfindən tərtib olunmuş MN № ******* saylı, xx.xx.2020-ci il tarixli protokolda göstərilən inzibati xəta üzrə icraata xitam verilsin. Qərardan alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar