Məhkəmə qərarları › İş №3(012)-1689/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1689/2022

26.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1689/2022 26.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi ilə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil, inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron RPİ-nin İŞ-nin sahə rəisi, polis kapitanı X1 iştirakı ilə, xx.xx.1978-ci il tarixdə Laçın rayonu, Hacılar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Laçın rayonu, Hacılar kəndində qeydiyyatda olan və Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsində fərdi evdə yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron RPİ-nin İŞ-nin sahə rəisi, polis kapitanı X2 tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəməyə inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron RPİ-nin İŞ-nin sahə rəisi, polis kapitanı X2 bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 09.00 radələrində Abşeron rayonu DİN BDYPİ-nin Ekalogiya postunda ucadan nalayiq ifadələr işlətməklə ictimai mühafizə qaydalarını pozmuş və buna mane olmağa çalışan polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Belə ki, iş materiallarında olan BDYPİ-nin EN üzrə YPXB-nin YPX inspektoru olan polis baş serjantları R.Əkbərov və S.Xələfzadə tərəfindən Abşeron rayon Polis İdarəsinə ünvanlanmış raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə xidmət etdiyi 712 saylı postda saat 09:00 radələrində Mercedes Benz markalı **-RC-*** dövlət nömrə nişanlı avtomobili taksi fəaliyyəti ilə məşğul olduğunu görüb sənədlərin yoxlanması məqsədilə avtomobili saxlamış, sənədlərini yoxlayarkən taksi fəaliyyətilə məşğul olmaq barədə fərqlənmə nişanı və taksinometr olmadığı aşkarlanmışdır. Sürücü barədə inzibatı protokol tərtib etmişdir. Bu zaman nəqliyyat vasitəsindən gələn pis qoxudan şübhələnib maşının baqaj hissəsinin açılmasını tələb etmiş, baqaja vizual baxış zamanı orada antisanitariya vəziyyətində ət aparıldığı aşkarlanmışdır. Sürücü onlarla mübahisə etməyə başlamış və yüksək səslə dövlət və dövlətçilik əleyhinə etik olmayan nalayıq sözlərdən istifadə edərək söyüş söyüb təhqir etməyə başlamışdır. Onlar sürücünü nizam intizama dəvət etsələr də sürücü öz çirkin əməllərindən dönməmişdir. Onlar sürücünü polis idarəsinə dəvət etmiş, lakin sürücü onların qanuni tələblərinə əməl etmədiyi üçün tərəfindən Abşeron rayon Polis İdarəsinə gətirilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törətməsini qəbul etdi, hökumət əleyhinə yüksəkdən nalayiq ifadə işlətdiyini etiraf etdi, həmçinin əməlindən səmimi peşman olmaqla, cərimə ödəmək imkanının olmadığını bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş müdafiəçi Vəkil bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs səmimi peşman olmasını nəzərə alaraq məhkəmədən yüngül cəza təyin etməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş BDYPİ-nin EN üzrə YPXB-nin YPX inspektoru olan polis baş serjantları R.Əkbərov və S.Xələfzadə raportla eyni məzmunlu izahat vermiş və həmin hadisəni əks etdirən videogörüntünü məhkəməyə təqdim etmişlər. Məhkəmədə həmin hadisəni əks etdrən videogörüntüyə baxış keçirilmiş və raportda qeyd olunan hallar öz təsdiqini tapmışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və sahə rəisini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32.1.1-ci maddəsinə əsasən əməlindən peşmançılıq çəkməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs həbs növündə tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin ona, 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli faktiki tutulduğu 26 oktyabr 2022-ci il, saat 09:00 dəqiqədən hesablansın. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın icrası Abşeron Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinəşikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar