Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-169/2021 29.01.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakimi Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, “xxxx” MMC-nin direktoru işləyən, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi, ev 22A, mənzil 02-də qeydiyyatda olan “xxxx” MMC-nin direktoru Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon İcra və Probasiya şöbəsi tərəfindən “xxxx” MMC-nin direktoru Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə xx.xx.2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-201/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu “xxxx” MMC-nin direktoru Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, “xxxx” MMC-nin direktoru Şəxs İXMin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Abşeron Rayon Məhkəməsinin 3(012)-1447/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-201/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinin icra edilməməsi ilə bağlı Şəxs tərəfindən inzibati xətanın törədilməsi sübuta yetmədiyindən və onun əməlində İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, xx.xx.2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-484/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraat materialları hərtərəfli, tam və obyektiv araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 verdiyi izahatında göstərmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-201/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin xx.xx.2020-cı il tarixdə icraatına başlanılmış, borcluya bildiriş göndərilmiş, müxtəlif icra hərəkətləri aparılmışdır. Borclu Şəxs borcunu ödəməkdən yayınmasının üzrsüz səbəbdən olduğu müəyyən edildiyindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 201/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən “xxxx”-dən Zərərçəkmiş şəxs2 xeyrinə 74.000 manat, Zərərçəkmiş şəxs3 xeyrinə 51000 manat, Zərərçəkmiş şəxs1 xeyrinə cəmi 5000 manat məbləğində pul vəsaiti olmaqla ümumilikdə 175.000(yüz yetmiş beş min) manat pulun tutulması brədə qətnamə qəbul olunmuşdur. Lakin hazırda həmin qətnamə tərəfindn mübahisələndirilmişdir, ona görə də hesab edir ki, hazırda işə baxılması qanunsuzdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Abşeron Rayon Məhkəməsinin 2(012)-201/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, borclu “xxxx” MMC tərəfindən Zərərçəkmiş şəxs2 Oqtay qızına dəymiş ziyana görə 68.000 manat mənəvi zərərə görə 6000 manat cəmi 74.000 manat, Zərərçəkmiş şəxs3 dəymiş ziyana görə 47.000 manat mənəvi zərərə görə 4.000 manat cəmi 51.000 manat, Məmmədov Mikayıl Məmməd oğluna dəymiş ziyana görə 46.000 manat cəmi 50.000 manat, habelə ödənilmiş dövlət rüsumuna görə 30 manat “xxxx” MMC-dən alınıb onlara verilməlidir. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli “İcraata başlamaq haqqında” qərarından və həmin tarixli bildirişdən görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-201/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən iş üzrə icraata başlanılmış və Şəxs həmin icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetsə də, onun inzibati məsuliyyətə cəlb olunma müddəti keçdiyindən, iş üzrə icraata xitam verilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə iclası zamanı iş materiallarına əsasən müəyyən edilmişdir ki, borclu Şəxs könüllü icra üçün icra məmuru tərəfindən verilmiş müddətdə icra sənədi üzrə tələbi, o cümlədən məhkəmə aktının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Qanunvericiliyin tələbinə əsasən, inzibati tənbeh davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən ən geci üç ay keçənədək verilə bilər. Hazırki iş üzrə Şəxs tərəfindən törədilən inzibati xətanın davam edən inzibati xəta olmasını, həmin xətanın inzibati xəta haqqında protokolun tərtib edildiyi vaxt, yəni xx.xx.2020-ci il tarixdə aşkara çıxarıldığını və həmin vaxtdan 3 aydan çox müddət keçdiyini nəzərə alaraq Şəxs MN seriyalı ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol əsasında inzibati məsuliyyətə cəlb oluna bilməz, bu səbəbdən inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0, 53.0.6-cı maddələrinə əsasən Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən törədilmiş İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta xx.xx.2020-ci il tarixdə aşkar olunduğundan və həmin xətanın törədilməsindən qanunvericiliklə müəyyən edilən inzibati məsuliyyətə cəlb etmə müddəti başa çatdığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə Şəxs Azərbaycan Respublikasının İXM-nin 464-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-169/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-169/2021
29.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver