Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-169/2025 31.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Qərardan şikayət verən şəxsin Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili nümayəndəsi və vəkili: Nümayəndə iştirakı ilə, X3 tərəfindən Abşeron rayon Polis İdarəsinin Dövlət X5 07 yanvar 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon Polis İdarəsinin Dövlət X5 07 yanvar 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında iş üzrə qərarını ləğv edilməsi, ona yazılmış cərimənin silinməsi və inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət verən şəxsin nümayəndəsi və vəkili Nümayəndə şikayəti müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək bildirmişdir ki, polis əməkdaşı Turan Musayev onu saxlayarkən İnzibati Xətalar Məcəlləsinin 342.5 və 239.3-cü maddələrini pozmağına görə yox, İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsini pozmağına, yəni nəqliyyat vasitəsinin tam kütləsinin oxlar üzrə paylanma qaydalarının pozulmasına görə saxlamış və bildirmişdir ki, avtomobil arxa prujinləri (yaylan) qızdıralaraq kəsilmişdir. Nurlan Abdullazadə mədəni formada polis əməkdaşının hərəkətinə etirazını bildirməyinə baxmayaraq Turan Musayev adlı polis əməkdaşı qanunsuz olaraq “Chevrolet CRUZE” markalı, ** GG *** dövlət qeydiyyat nişanlı avtomobilini cərimə meydançasına yerləşdirmişdir. Nurlan Abdullazadə polis əməkdaşından səbəbini soruşduqda isə nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasına konstruksiya dəyişikliyinin edildiyini dedikdə sonuncu bunu necə müəyyən etdiyini soruşduqda bildirmişdir ki, ondada bu maşındandır, vizual baxdıqda görür ki, maşının arxa oxlarına dəyişiklik edilmişdir. Bildirir ki, polis əməkdaşının qeyd etdiyi hal yalnız ekspert tərəfindən müəyyən edə bilərdi. Nurlan Nümayəndə Musayev adlı əməkdaşın hərəkətlərindən qəti şəkildə narazıdır, belə ki, sonuncu ona qarşı olduqca kobud rəftar etmiş, barəsində olan protokolun və qərarın, eyni zamanda cərimə meydançasına yerləşdirilməsi barədə aktın surətini istəsə də ona təqdim edilməmişdir. Nurlan Abdullazadə ona qarşı edilən bu qanunsuz hərəkətlərdən qəti şəkildə narazı olduğu üçün dərhal Daxili İşlər Nazirliyinin qaynar xətti olan 102 Xidmətinə və onlayn qaydada Daxil İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə şikayət etmişdir. Şikayətə əlavə edilən zəng çıxarışından görünür ki, Nurlan Abdullazadə 102 xidmətinə 07 yanvar 2025-ci il tarixdə saat 15:07-də zəng etmiş, lakin inzibati Xəta haqqında Protokoldan (İXP ********) və inzibati Tənbeh Vermə haqqında (TP6962990) saylı qərardan görünür ki, hadisə 07 yanvar 2025-ci il tarixdə saat 14:50-də baş verib. O isə cəmi 17 dəqiqə sonra 102 Xidmətinə zəng etmişdir. Eyni zamanda isə həmin gün 17:43-də avtomobilin dərhal cərimə meydançasından çıxarılması və protokolun, müvafiq qərarın surətinin verilməsi üçün təcili şəkildə köməklik göstərmələri üçün Daxili İşlər Nazirliyi və Baş Dövlət Yol Polis İdarəsinə elektron qaydada şikayət etmişdir. Ona inzibati tənbeh vermə haqqında TP6962990 saylı qərarın surəti 08 yanvar 2025-ci il tarixdə, təxminən saat 10:15 radələrində Abşeron Rayon Polis İdarəsinin inzibati binasında 5 nömrəli otaqda əyləşən polis kapitanı Zülfüqar Səfərəliyevdən tələb etdikdən sonra verilmişdir. Nurlan Abdullazadənin “Protokolla tanış oldu və heç bir şikayət-tələbi yoxdur” yazaraq protokolu imzalamağının səbəbi isə avtomobili cərimə meydançasından çıxarmaq idi, çünki ona dedi ki, gəl onu da incitmə, özünü də, hər hansı məbləğdə razılaşmasan o, ekspertiza-texniki baxış təyin edəcək və 1 aydan da çox maşının cərimə meydançasında qalacaq. O, da cavabında dedi ki, axı nəyə görə axı, hansı əsasla, heç bir ekspertiza təyin etmədən haradan müəyyən etdiniz ki, onun avtomobili prujinləri salınaraq ona “pasatka” verilib? Cavabında ona dedi ki, hazırda sübutları olmadığı üçün sənə 50 manat başqa maddə ilə cərimə yazır, çıx get, bir birlərini incitməyək, sənə arayış verir get maşını cərimə meydançasından çıxart, amma cəriməni də ödə. Bütün bunlardan öncə, xx.xx.2025-ci il tarixdə əlində səssiz formada “iki” tutaraq ona qaş-gözlə nəsə işarət etmiş, bunun mənasını anlamadıqda isə “200 AZN gətir bu işi bağlayım çıx get” demişdir. O, bununla razılaşmadıqda ona bildirmişdir ki, “sabah səhər burda ol maşını apararıq ekspertizaya. Səhər yaxınlaşdıqda isə bildirmişdir ki, Turan Musayev avtoxuliqanlıq işi bağlı hansısa məhkəmədədir. Gəl sənə başqa cərimə yazım, çıx get, söhbət uzanmasın. Nurlan Abdullazadənin yanında olmağına sübut onun verdiyi Abşeron RPİ DYPŞ möhürlü arayışdır. Belə ki, həmin arayışda qeyd olunmuşdur ki, “X2 məxsus Chevrolet Cruze markalı **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobil cərimə meydançasından buraxılsın”. Bu arayış bir daha sübut edir ki, avtomobil qanunsuz olaraq heç bir əsas olmadan cərimə meydançasına yerləşdirilmiş, ona qarşı süründürməçilik olunmuşdur. X1 inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmamağına baxmayaraq polis əməkdaşi bu Məcəllənin 124.3-cü maddəsinin tələblərini pozaraq inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul etmişdir. Onun protokolla razılaşmadığını sübut edən ən böyük dəlil dərhal 102 xidmətinə müraciəti və onlayn qaydada şikayətidir. Bundan əlavə Daxili İşlər Nazirliyinin Kollegiyasının 5 iyun 2018-ci il tarixli qərarı ilə "Yol-patrul xidməti haqqında" Təlimata dəyişiklik edilib. Belə ki, nəqliyyat vasitəsinin saxlanılması səbəbinin aradan qaldırıldığı barədə lazımi sənədlər təqdim edildikdən və ya inzibati xəta törətmiş şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən, nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqq ödənildikdən dərhal sonra, saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Belə nəqliyyat vasitələrinin duracaqdan buraxılması üçün xüsusi icazə tələb olunmur. Nəqliyyat vasitəsi qanunsuz saxlanılmışdırsa və ya lazımi qaydada saxlanılmaması nəticəsində maddi zərər vurulmuşdursa, onun sahibi inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Qanunla müəyyən olunmuş hallarda yol hərəkətindən kənarlaşdırılaraq DYP- nin ən yaxın mühafizə olunan duracağına gətirilmiş nəqliyyat vasitəsinin saxlanılması biri protokola əlavə edilən, digəri isə nəqliyyat vasitəsini idarə edən şəxsə verilən iki nüsxədə olan “Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə akt”la rəsmiləşdirilir (Təlimata 19 nömrəli əlavə). Göründüyü kimi nə ona “Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə akt” verilmiş, nə də konstruksiyanın digər ünsürlərində nasazlığın nədən ibarət olması da polis əməkdaşları tərəfindən əsaslandırılmamışdır. Bundan başqa guya o, işıq cihazlarından istifadə qaydasını pozmuşdur. Bu da tamamilə yalandır. Məhkəmə bütün bu dediklərimi araşdırsa, doğrudan da müəyyən edə bilər ki, hər iki maddə üzrə inzibati məsuliyyətə cəlb olunmağı qanunsuz və əsassızdır. Bildirir ki, sadalanan 12 bənddəki nasazlıqlardan heç biri onun avtomobilində mövcud deyil. Belə ki, avtomobilin buraxılış ili 2017-ci ildir. Bir avtomobilə görə kifayət qədər yeni avtomobil sayılır. Yenicə texniki baxışdan keçirmiş, üstəlik alqı-satqıdan sonra avtomobilə hər hansı konstruktiv dəyişiklik etməmiş və həmin vaxt avtomobilə texniki baxış keçirilmişdir. O vaxtdan bu vaxta avtomobil necədirsə, elə də qalmışdır. Tərəfindən hər hansı bir dəyişiklik olunmamışdır. Nurlan Abdullazadə avtomobili xx.xx.2023-cü il tarixdə almışdır və o tarixdən bu tarixə avtomobilin konstruksiyasına dəyişiklik etməmişdir. Bu səbəbdən hesab edir ki, inzibati tənbeh vermə haqqında iş üzrə qərarı ləğv olunmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati qərardan şikayət verilmiş orqana lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə inzibati qərardan şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxsin nümayəndəsi və vəkilinin izahatını dinləyib, şikayətin dəlillərini, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X3 tərəfindən verilmiş şikayət təmin edilməli, Abşeron rayon Polis İdarəsinin Dövlət X5 07 yanvar 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh verilməsi haqqında iş üzrə qərarı ləğv edilməli və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3 və 342.5-ci maddələri ilə olan inzibati iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:
1. Abşeron rayon Polis İdarəsinin Dövlət X5 07 yanvar 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, 07 yanvar 2025-ci il tarixdə X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 342.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmiş və barəsində 50 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə otuz manat məbləğində cərimə edilir; 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə edilir. Göründüyü kimi, səlahiyyətli orqan, yəni Abşeron rayon Polis İdarəsinin Dövlət X5 tərəfindən X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 342.5-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunan zaman yuxarıda qeyd edilən normalar nəzərə alınmamış, qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri pozulmaqla səthi araşdırma aparılmış, əldə edilmiş sübutlar qanuna zidd vasitələrlə əldə edilmiş, şəxsin təqsirliliyini sübuta yetirəcək hər hansı mötəbər dəlil əldə edilməmişdir. X1 təqsirliliyini sübuta yetirəcək dəlillər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, X3 barəsində qəbul edilmiş qərarda onun konstruksiyanın digər ünsürləri nasaz olan və belə nişanlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı əsas götürülsə də, qərarda onun konkret olaraq hansı konstruksiyanın ünsürləri nasaz olması dəqiq göstərilməmiş, eyni zamanada ondan bu barədə izahatı da alınmamışdır. Rəy əldə edilməmişdir. Belə nəticəyə gəlinməsi əsaslandırılmamışdır. Bundan başqa məhkəmə iclasında aparılmış araşdırma zamanı X3 barəsində qəbul edilmiş qərarda “Chevrolet CRUZE” markalı, ** GG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin konstruksiyalarında dəyişiklik edilməsi qeyd olunsa da həmin dəyişikliyin ekspert tərəfindən yox, yalnız vizual olaraq keçirilmiş baxışdan aşkar edildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; Beləliklə məhkəmə təqsirsizlik prezumpsiyasına müvafiq olaraq qeyd edir ki, X1 təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən hesab edir ki, sonuncunun inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassız və qanunsuzdur. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, bu halda X1 əməlində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi üçün əsas olan hallara rast gəlinməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, bu halda X1 əməlində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi üçün əsas olan hallara rast gəlinmədiyindən şikayət təmin edilməli, qeyd olunan qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
X3 tərəfindən verilmiş şikayət təmin edilsin. Abşeron rayon Polis İdarəsinin Dövlət X5 07 yanvar 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Sədrlik edən Abusət Qasımov