Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1690/2025 22.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusıət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi xx xxxxxx 1983-cı il tarixdə Kürdəmir rayonu, Sor-Sor kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Bakı şəhəri, Xətai rayonu, 823-cü keçid, ev 4, mənzil 78, giriş 5-də qeydiyyatda olan Şəxs Mirnamət oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi üzrə tərtib olunmuş 24 iyul 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Abşeron rayon Polis İdarəsinin polis sahə rəisi, polis baş leytenantı X2 tərəfindən Şəxs Mirnamət oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232- 1-ci maddəsi ilə tərtib edilmiş 24 iyul 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol ona əlavə edilmiş digər sənədlərlə birlikdə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs Mirnamət oğlu xx.xx.2025-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Mədəniyyət evinin qarşısında X1 idarə etdiyi “119” saylı marşurut xətti üzrə işləyən İsuzu markalı ** JM *** qeydiyyat nömrə nişanlı avtobusun qapısının şüşəsini sındırmaqla 2350 manat maddi ziyan vurmaqla inzibati xəta törətmişdir. Belə olan halda Şəxs Mirnamət oğlu barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq proses iştirakçıları məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:
1. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 17 iyul 2025-ci il tarixli qərardan görünür ki, X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs Mirnamət oğlu barəsində Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsinə əsasən inzibati məsuluiyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Abşeron RPİ-nə göndərilməsi qərara alınmışdır;
2. "xxxx" MMC-nin 08 iyul 2025-ci il tarixli, “Qüsur aktına” əsasən hadisə nəticəsində dəymiş zərərin miqdarı 2350 manat müəyyən edilmişdir.
3. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli məktubundan müəyyən olunur ki, Şəxs Mirnamət oğlu tərəfindən dəymiş zərər tam ödənilmiş, barışıq əldə edilmiş, tələb və şikayət yoxdur
Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Mirnamət oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol və digər sübutlarla tam sübuta yetirilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, lakin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın: 39.2. Bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir 53.1.10. bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda; 105.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göründüyü kimi "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli məktubundan müəyyən olunur ki, Şəxs Mirnamət oğlu tərəfindən dəymiş zərər tam ödənilmiş, barışıq əldə edilmiş, tələb və şikayət yoxdur Belə olan halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 39, 53, 105, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, məhkəm
QƏRARA ALDİ:
Şəxs Mirnamət oğlu barədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəlləsinin 53.1.10-cı maddəsinə əsasən xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Abusət Qasımov