Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1692/2021 12.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi ilə, X1 iştirakı ilə, X4 Abşeron rayon DYP Yol Patrul Xidməti inspektoru polis serjantı X3 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, 25.10.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi və iş üzrə icraata xitam verilməsinə dair şikayətinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM : X6 şikayətlə məhkəməyə müraciət edərək, Abşeron rayon DYP Yol Patrul Xidməti inspektoru polis serjantı X3 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, 25.10.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X2 məhkəmə iclasında bildirdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron DYP YPX inspektoru, polis serjantı X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 25.10.2021-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında qərarı tərtib edilmişdir. O, həmin inzibati xəta haqqında qərar əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 (altmış) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron DYP YPX inspektoru, polis serjantı X3 tərtib etdiyi 25.10.2021-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında qərarda göstərmişdir ki, o, 25.10.2021-ci ıl tarixdə, saat 22 radələrində «LAND ROVER DİSCOVERY» minik markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərkən yol hərəkət qaydasını pozmuşdur. Halbuki, barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində inzibati xətanın törədilməsi barədə heç bir qeyd aparılmamış, inzibati xəta hadisəsinin mövcudluğunu bildirməmiş, xətanın necə və hansı şəraitdə törətdiyi göstərilməmiş, xətanın qısa məzmunu, törədildiyi yer və müəyyən edilmiş hallar (AR İXM 115.1-ci və 122-124-ci maddəsində göstərilmiş hallar) qeyd edilməmişdir. Bundan əlavə YPX əməkdaşından yol hərəkət qaydasını pozmağı barədə sübut təqdim etməsini tələb etsə də, o, heç bir sübut təqdim etməmiş, inzibati xətanın mövcudluğu ilə razılaşmamağına baxmayaraq qanunsuz olaraq elektron formada qərar qəbul etmiş, bununla da onun hüquqlarını pozmaqla qərəzlilik nümayiş etdirmişdir. Lakin Azərbaycan Respublikası İXM-nin 124.3-cü maddəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edilməsi göstərilmişdir. Həmçinin, YPX əməkdaşı Səxavət İsmayılzadə nə qəbul edilən qərarın təsviri-əsaslandırıcı hissəsində heç bir qeyd aparılmamış, inzibati xətanın müəyyən edilməsi barədə xüsusi texniki vasitələrin məlumatları, foto və video qeydiyyat barədə məlumatları qərarda göstərməmiş, nə də bu məlumatları qərara əlavə etməmişdir. Məhkəmədən Abşeron rayon DYP Yol Patrul Xidməti inspektoru polis serjantı X3 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, 25.10.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Barəsində şikayət verilən Abşeron rayon DYP-nə məhkəmə prosesinin yeri və vaxtı barədə məlumat verilsə də məhkəməyə nümayəndəsi gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İş materiallarında olan TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 25.10.2021-ci il tarixli İXP ******* nömrəli protokola əsasən vətəndaş X6 barəsində Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsinə əsasən qərar qəbul olunmuşdur. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 115.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İXM-nin 327.1. Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, qərar ləğv edilməli və heç bir əsas olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 48-ci maddəsinə əsasən inzibati xəta haqqında hər bir işin hallarının vaxtında, hərtərəfli, tam və obyektiv surətdə araşdırılması inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələrinə aid edilmişdir. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsi). Azərbaycan Respublikası İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.0.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, məhkəmə araşdırması zamanı xəatnın olmasını təsdiq edən heç bir sübut olmadığından X4 şikayəti təmin edilməli, TP seriyalı ******* nömrəli, 25.10.2021-ci il tarixli qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X4 şikayəti təmin edilsin. X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə qəbul olunmuş TP seriyalı ******* nömrəli, 25.10.2021-ci il tarixli qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-1692/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1692/2021
12.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver