Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1692/2023 08.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının, Əmrullayev Ceyhun Qabil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil bürosunun vəkili Vəkil oğlunun, inzibati tənbeh vermə barədə protokol vermiş şəxs Abşeron rayon Polis İdarəsinin Mehdiabad PB-nin sahə rəisi, polis kapitanı X9 iştirakları ilə, xx.xx.1999-cu ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Cəlilabad rayonu, A.Azərtürk küçəsi, ev 108-də qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Balaxanı qəsəbəsində yaşayan Şəxs barəsində Abşeron rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Digah qəsəbəsi, Ə.Vahid küçəsində yaşayan Zərərçəkmiş şəxs3 Nürəddin oğlunun yaşadığı evdən 80 manat dəyərində samovarı oğurlamaqla ona maddi ziyan vurmuşdur. 30 iyul 2023-cü il tarixdə Abşeron RPİnin TŞ-nin təhqiqatçısı, Zərərçəkmiş şəxs3 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Digah qəsəbəsi, R.Ağayev küçəsi, ev 39 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 yaşadığı evdən 90 manat dəyərində olan 04 ədəd, 200 litrlik dəmir boçkaları oğurlamaqla ona maddi ziyan vurmuşdur. 26 avqust 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X35 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Digah qəsəbəsi, X.Şuşinski küçəsində yaşayan Zərərçəkmiş şəxs2 məxsus torpaq sahəsindən 400 manat dəyərində su çənini oğurlamaqla ona maddi ziyan vurmuşdur. 27 mart 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X35 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Digah qəsəbəsi, yeni məhəllədə yaşayan X15 yaşadığı evdən 90 manat dəyərində qazan dəstini oğurlamaqla ona maddi ziyan vurmuşdur. xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, X35 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Nizami rayon, R.Teymurov küçəsi, ev 28-də yaşayan X7 Tiktok sosial şəbəkəsində kreditə pul götürmək adı ilə aldadaraq 314 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. 22 iyul 2023-cü il tarixdə Abşeron RPİnin TŞ-nin təhqiqatçısı, polis kapitanı X16 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Digah qəsəbəsi, H.Rəhimov küçəsi, ev 23 ünvanında yaşayan X3 məxsus A 01 markalı telefon və 1 cüt idman ayaqqabısı, 1 cüt qadın tərliyini oğurlamaqla 85-90 manat dəyərində maddi ziyan vurmuşdur. 24 iyul 2023cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru Nəsimi Musayev tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Digah qəsəbəsi, Xəqani küçəsində yaşayan X10 məxsus 100 manat dəyərində samovarı oğurlamaqla ona maddi ziyan vurmuşdur. 26 iyun 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X21 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Məmmədli kəndi, M.Şirinov küçəsində yaşayan X1 məxsus 160 manat dəyərində təmir alətini (prefarator) oğurlamaqla ona maddi ziyan vurmuşdur. 25 iyul 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞnin təhqiqatçısı, polis mayoru X35 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Məmmədli kəndində yaşayan X29 avtomobilə icbari sığorta almaq adı ilə aldadaraq "xxxx" ASC-ə məxsus 4189-8000-8045-8100 kart hesabına 55 manat atmaqla ona maddi ziyan vurmuşdur. 02 avqust 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Nəsimi Musayev tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Fatmai kəndində yaşayan X2 özünü həkim kimi təqdim edərək tibbi arayış vermək adı ilə aldadaraq 80 manat dəyərində maddi ziyan vurmuşdur. 07 fevral 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞnin təhqiqatçısı, polis mayoru X30 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 May küçəsində yaşayan X17 pul xırdalamaq adı ilə aldadaraq 50 manat dəyərində pulu dələduzluq yolu ilə keçirmişdir. 21 iyul 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X35 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, ev 33, mənzil 1-də yaşayan X11 yaşadığı evdən 30 manat dəyərində ventiliyator və 70 manat dəyərində musiqi mərkəzini oğurlamaqla ona maddi ziyan vurmuşdur. 08 avqust 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X31 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu,Mehdiabad qəsəbəsi, B.Verdiyev küçəsində yaşayan X6 məxsus evdən 90 manat dəyərində elektrik sayğacını oğurlamaqla ona maddi ziyan vurmuşdur. 03 iyul 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞnin təhqiqatçısı, polis mayoru X35 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Məmmədli kənd, M.P.Vaqif küçəsində yaşayan X18 özünü Səbinə adı ilə təqdim edərək ətir satmaq adı ilə aldadaraq 20 manat dəyərində dələduzluq yolu ilə ələ keçirməklə ona maddi ziyan vurmuşdur. 30 iyun 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X26 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, M.Qardaşlar küçəsində yaşayan X19 məxsus “Samsung Galaxy A 50” markalı mobil telefonu oğurlamaqla ona 100 manat dəyərində maddi ziyan vurmuşdur. 11 iyul 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X32 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Məmmədli kəndində yaşayan X33 məxsus 90 manat dəyərində qaz sayğacını oğurlamaqla ona maddi ziyan vurmuşdur. 18 avqust 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X35 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşayan X5 məxsus avtomobildən “Samsung A11” markalı telefon, sadə mobil telefon, içərisində 1000 manat pul olan eynək qabı və 1 ədəd yaddaş kartını oğurlamaqla ona 90 manat dəyərində maddi ziyan vurmuşdur. 16 avqust 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X35 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Xaçmaz şəhəri, M.F.Axundov küçəsi, ev 31-də yaşayan X12 məxsus evdən 70 manat dəyərində aspirator və 30 manat dəyərində elektrik naqillərini oğurlamaqla ona 100 manat dəyərində maddi ziyan vurmuşdur. 23 avqust 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X16 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, X.Məlikzadə küçəsində fərdi evdə yaşayan X13 özünü Həbib kimi təqdim edərək onu işə düzəltmək adı ilə aldadaraq 90 manat dəyərində pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. 26 iyun 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X35 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Məmmədli kəndində yaşayan X4 məxsus quzunu oğurlamaqla ona 80 manat dəyərində maddi ziyan vurmuşdur. 15 avqust 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X35 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 35-də yaşayan X22 məxsus 50 manat dəyərində mobil telefonu oğurlamaqla ona maddi ziyan vurmuşdur. 08 avqust 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X31 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Məmmədli kəndində yaşayn X23 məxsus evdən 3 kq kartof və 7 ədəd şişi oğurlamaqla ona 30 manat dəyərində maddi ziyan vurmuşdur. 16 avqust 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru Nəsimi Musayev oğlu tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, M.İbrahimov küçəsi, fərdi evdə yaşayan Həmidova Elnarə Nadir qızını sosial şəbəkədə kredit vermək adı ilə aldadaraq dələduzluq yolu ilə 70 manat dəyərində pulunu ələ keçirmişdir.13 aprel 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X31 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Qarand yaşayış kompleksi, ev 6, mənzil 87-də yaşayan Babayeva Türkan Elsəvər qızını sosial şəbəkədə telefon satmaq adı ilə aldadaraq 40 manat dəyərində pulunu ələ keçirmişdir. 18 mart 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X31 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Bağlar massivində yaşayan Hüseynov Elvin Tofiq oğluna kredit vermək adı ilə aldadaraq Mehdiabad qəsəbəsi, 28 May küçəsində yerləşən Araz merketdən “M10” proqramı vasitəsilə 469 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. 05 iyun 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X16 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu. Mehdiabad qəsəbəsində yaşayan X8 məxsus mağazadan 40 manat dəyərində spirtli içki və 60 manat dəyərində pulunu oğurlamaqla ona maddi ziyan vurmuşdur. 05 avqust 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X35 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 2-ci Sovxoz, fərdi evdə yaşayan Əsədov Vahid Dilavər oğlunu sosial şəbəkədə taxta qapı satmaq adı ilə aldadaraq 160 manat dəyərində pulu dələduzluq yolu ilə ələ keçirmişdir. 25 fevral 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X16 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında Abşeron rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi, polis kapitanı X27 protokolları müdafiə edərək Şəxs barəsində inzbiati tənbeh tədbiri seçilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs inzibati xəta törətməsini qismən qəbul edərək bildirdi ki, özünü təqsirli bilir və əməlindən səmimi peşmandır. Ona görə də barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış etmış müdafiəçi Abşeron rayon vəkil bürosunun vəkili Vəkil təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 17:30 radələrində inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və sahə rəisini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdırılan hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs narkotik vasitə aludəçisi olmasını nəzərə almaqla ona həbs növündə tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Azərbaycan Respublikasının İXM-nin 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Azərbaycan Respublikasının İXM-nin 114.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərilməsi barədə məhkəmə qərar qəbul edir. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 22 gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdə, saat 17:30 dəqiqədən hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-1692/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1692/2023
08.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver