Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1694/2020 07.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Tağıyev Rəşad Pərviz oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs, zərərçəkmiş şəxs X2 , inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi polis mayoru X3 iştirakı ilə, xx.xx.1958-ciildə Tovuz rayonu, Çatax kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron rayon polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: X7 xx.xx.2020-ci il tarixdə, saat 14:30 radələrində yaşadığı Kristal Abşeron-1 y/k-də komendantlıq ofisində binanın qarşısına basdırılmış dəmir dirəklərlə bağlı iradlarını bildirən X4 ilə komendant Rafiq Əliyevin aralarında baş vermiş mübahisəni sakitləşdirmək məqədilə müdaxilə edərkən, Şahnaz Namazovanın ona kobud cavab verməsinə görə qapını bağlayarkən sonuncunun əlini qəsdən qapı arasında sıxaraq, ona sağ əlin ikinci barmağını, daha sonra əli ilə kürək nahiyyəsini cırmaqlayaraq, ona sağ kürək nahiyəsinin qançılarından ibarət fiziki ağrı yetirmişdir. Buna görə Şəxs Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon polis idarəsinin İTŞ-nin sahə rəisi polis mayoru X8 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Abşeron rayon X6 Şöbəsinin təhqiqatçısı polis mayoru İlkin Ağayev tərəfindən tərtib edilmiş raporta əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Kristal Abşeron-1 y/k, ev 14, mənzil 41-də yaşayan X1 rayon polis idarəsinə ərizə ilə müraciət edərək, xx.xx.2020-ci il tarixdə saat 14:30 radələrində kristal Abşeron y/k-də komendant vəzifəsində işləyən Rafiq adlı şəxsin tapşırığı ilə tanımadığı qadın tərəfindən döyüldüyünü bildirmişdir. Həmin şikayət əsasında Abşeron rayon Pİ-nin İŞ-də araşdırma aparılmış, Şəxs tərəfindən törədildiyi müəyyən edilmişdir. Həmin şikayət əsasında cinayət işinin başlanmasının rədd olunması haqqında qərara əsasən Şəxs əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün İTB-nə göndərilmişdir. Bununla əlaqədar araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Zərərçəkmiş şəxs X4məhkəmədə verdiyi izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 14:30 radələrində yaşadığı binanın qarşısında özünə məxsus avtomobilin ətrafına basdırılmış dəmir dirəklərlə bağlı binanın komendantı Rafiq adlı şəxsin iş otağına getmişdir. Məsələ ilə bağlı iradlarını bildirdikdə Rafiq onun ünvanına nalayiq ifadələr işlədərək otaqdan qovmuşdur. Bu zaman tanımadığı bir qadın arxadan saçlarından tutaraq geriyə dartmağa başlamış, dartınıb əlindən çıxmaq istəyərkən sağ əli qapının arasında qalmışdır. Əlini qapının arasından çıxartmağa çalışarkən qapını arxadan bir neçə nəfər şəxs sıxmağa davam etmişdir. Həmin vaxt qapının arxasında qalan qadın qapıya təpiklə zərbə vurmuş, zərbənin təsirindən şüşə sınaraq sağ ayağının üzərinə tökülmüşdür. Nəticədə sağ əlindən və sağ ayağından xəsarətlər almışdır. Şikayətçidir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə verdiyi izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 14:30 radələrində Şahnaz bir neçə nəfər qadın və bir nəfər kişi ilə ofisə gələrək, binanın komendantı Rafiqin otağına keçmiş, onun ünvanına nalayiq ifadələr işlədərək narazılığını bildirmişdir. Rafiq Şahnaza otaqdan çıxmasını bildirdikdə ünvanına nalayiq söyüşlər söyərək stolun üzərində olan qənd qabını yerə çırpmışdır. Şahnazın stulu götürmək istədiyini gördükdə qolundan tutaraq onu sakitləşdirmək istəmiş, bu məqsədlə otaqdan çölə çıxartmağa çalışarkən aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Şahnaz onun qoluna əl atarkən dırnaqları geri qatlanaraq qopmuşdur. Daha sonra müdafiə olunmaq məqsədilə xadiməçilərin otağına keçdikdə Şahnaz qapıya təpiklə zərbə vurmuşdur, nəticədə şüşə sınaraq Şahnazın ayağının üzərinə tökülmüşdür. Mübahisə zamanı aldığı xəsarətləri ehtiyatsızlıqdan özü-özünə xəsarət yetirmişdir. Məhkəmədə Şəxs göstərilən inzibati xətanı törətməkdə təqsirli olması zərərçəkmiş şəxsin izahatı, cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı, canlı şəxsin məhkəmə-tibbi ekspertizasının rəyi və işdə olan digər sübutlarla təsdiq olunmuşdur. İşə əlavə edilmiş canlı şəxsin məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 1669 saylı rəyindən görünür ki, X2 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – sağ baldır nahiyəsinin aşağı 1/3-nin ön səthinin kəsilmiş yaraları həm ümumilikdə, həm də ayrı-ayrılıqda dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Sağ əlin ikinci barmağının və sağ kürək nahiyəsinin qançıları – həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin olunmur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, onun cərimə edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində inzibati cərimə olunsun. Qərarın icrası Bakı şəhəri, Xətai rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-1694/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1694/2020
07.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver