Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1695/2020 07.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının,Vəliyeva Nərmin Elçin qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs qızı və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil, inzibati tənbeh vermə barədə protokol vermiş şəxs Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis mayoru X5 iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Goranboy rayonu, Qaramusalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, öz deməsinə görə əvvəllər barəsində inzibati tənbeh tətbiq olunmamış, Goranboy rayonu, Qaramusalı kəndində qeydiyyatda olan və Kristal ünvan 1 ünvanında qeydiyyatız yaşayan Şəxs qızı barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510cumaddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis mayoru X11 tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. MN ******* saylı xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Kristal-Abşeron yaşayış kompleksinin komendant otağında nalayiq söyüşlər söyməsi, otaqda olan qənd qabını yerə vurub sındırmaqla və ofisin qapısını sındırmaqla ictimai qaydanı pozan qərəzli hərəkətləriylə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510-cu maddəsində nəzərdə tutulmuş xırda xuliqanlıq xətasını törətmişdir. Məhkəməyə inzibati tənbeh vermə barədə protokol vermiş şəxs Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis mayoru X11 bildirdi ki, Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru İkin Ağayev tərəfindən tərtib edilmiş raporta əsasən xx.xx.2020-ci il tarixdə saat 14.30 radələrində Şəxs yaşadığı binanın qarşısında Abşeron rayonu, Xırdalan şəhəri, Kristal Abşeron-1 yaşayış kompleksində yerləşən komendantlıq ofisində yerləşən komendant Rafiq Əliyevin iş otağına getmiş orada həmin səbəbdən tərəflər arasında mübahisə yaranmışdır. Sonradan hadisə yerinə gələrək Şəxs sakitləşdirmək istəyən X6 ilə də Şəxs arasında növbəti mübahisə yaranmışdır. Mübahisə zamanı tərəflər bir birlərinə əl-qol hərəkətləri atmış və nəticədə X1 Namazovaya sağ əlin ikinci barmağının və sağ kürək nahiyəsinin qançırlarını xəsarətini yetirməklə onu döymüşdür. Belə ki, Şəxs X7 iş otağına gedərək sonuncunu nalayiq söyüşlərlə söymüş, otaqda olan qənd qabını götürüb yerə çırpmaqla, ofisin qapısını ayağıyla sındırmaqla səs-küy yaratmış, kənardan oraya başqa şəxslərin yığılmasına səbəb olan qərəzli hərəkətlər etməklə “xırda xuliqanlıq” inzibati xətasını törətmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs qızı bildirdi ki, o, xx.xx.2020-ci il tarixdə saat 14.30 radələrində Kristal Abşeron y/k-də yerləşən yaşadığı evdən həyətə çıxdıqda binanın qarşısında saxladığı özünə məxsus İnfiniti markalı, **- PC-*** dövlət qeydiyyat nişanlı avtomobilinin ətrafına dəmir dirəklər basdırıldığını görmüş, məsələyə aydınlıq gətirilməsi ücün binanın komendantı Rafiq adlı şəxsin iş otağına getmişdir. Orada Rafiqə bununla bağlı iradlarını deyən zaman Rafiq onun ünvanına nalayiq ifadələr işlətməyə başlamış və onu otağından qovmuş, həmçinin onun üzərinə nəlbəki atmışdır. Bu zaman tanımadığı bir nəfər qadın arxadan gəlib onun saçlarından tutub onu geriyə dartmağa başlamış, o, dartınıb qadının əlindən çıxan zaman sağ əli qapının arasında qalmış, o, qapını dartıb barmağını qapının arasından çıxarmağa çalışan zaman bir neçə nəfər tanımadığı şəxs arxadan qapını dartıb sıxmağa davam etmişlər. Həmin vaxt qapının arxasında qalan həmin qadın qapıya təpiklə zərbə vurmuş, zərbənin təsirindən qapının şüşəsi sınmış və şüşə parçası onun sağ ayağının üzərinə tökülmüş, nəticədə o, sağ əlindən və sağ ayağından xəsarətlər almışdır. O, Rafiqlə aralarında sözlə mübahisə olduğunu, Rafiqin onu hər hansı formada vurmadığını,.lakin Rafiqin göstərişi ilə adını bilmədii qadının onun döydüyünü Rafiqin onun komendantlıq ofisinin qapısını sındırması barədə dediklərinin yalan olduğunu, faktiki olaraq qapını onu döymüş qadının sındırdığın bildirmişdir. Sonda isə o, törətdiyi əməldən peşman olduğunu bildirmiş və məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş müdafiəçi Qasımlı X3 Şahnaz Elxan qızının azyaşlı övladlarının olmasını nəzərə almaqla onun barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirmişdir ki, , xx.xx.2020-ci il tarixdə saat 14.30 radələrində ofisdə olan zaman Şahnazın bir neçə nəfər qadınla və bir nəfər kişi ilə ofisə Rafiqin otağına keçdiklərini və Rafiqin ünvanına nalayiq ifadələr işlədərək əraziyə basdırılmış dəmir dirəklərlə bağlı narazılıq etdiklərini eşitdiyini səs-küyə o, və digər xadiməçilər otaqdan dəhlizə çıxmış, həmin vaxt Rafiqin iş otağında olan Şahnazın Rafiqi söydüyünün şahidi olmuş, Rafiq Şahnaza otaqdan çıxmasını dedikdə Şahnaz Rafiqi nalayiq söyüşlərlə söyməyə davam etmişdir. Şahnaz stolun üzərində olan qənd qabını götürüb yerə çırpmış, sonra səs-küyə xadiməçilər də ofisə gəlmişlər. O, Şahnazın stulu götürmək istədiyini görüb qolundan tutub nizamintizama dəvət edərək onu sakitləşdirmək istəmiş və bu məqsədlə Şahnazı otaqdan çölə çıxartmağa çalışmışdır. Bundan sonra Şahnaz onun əlindən itələyib onu və digər xadiməçiləri də söyməyə başlamış, bu zaman onların arasında mübahisə yaranmış, Şahnaz otaqdan çıxaraq onun üzərinə hücum etməyə başlamış mübahisə zamanı Şahnaz onun qoluna əl atanda uzun dırnaqları geri qopmuşdur. Sonra Şahnaz eynəyini onun arxasınca atmış, bu o müdafiə olunmaq üçün xadiməçilərin otağına keçmiş, Şahnaz isə yaxınlaşıb həmin otağın qapısına təpiklə zərbə vurmuşdur, nəticədə özü də ayağından xəsarət almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 şahid qismində dindirilmiş X2 ilə eyni məzmunlu izahat vermişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsiŞ şahidləri və sahə rəisini dinləyərək, eyni zamanda hadisənin görüntülərini əks etdirən videogörüntü araşdırılmaqla məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs qızının inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini,Şəxs qızının şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsininəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32.1.4-cü maddəsinə əsasən himayəsində 2 azyaşlı övladının olmasını Şəxs qızının məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs qızına cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. İnzibati xəta törədən şəxs Şəxs qızına məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 100 (yüz) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati xəta törədən şəxs Şəxs qızına məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın icrası Goranboy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-1695/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1695/2020
07.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver