Məhkəmə qərarları › İş №3(012)-1696/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1696/2020

08.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1696/2020 08.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əbdülxaliq oğlunun, zərərçəkmiş şəxs X1 iştirakları ilə xx.xx.1967-ci il tarixdə Ermənistan Respublikası Qafan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanında yaşayan Şəxs Əbdülxaliq oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx xxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci tarixli, 2(012)-259/2020 saylı icra vərəqəsinə əsasən Şəxs Əbdülxaliq oğlundan hər ay üç uşağa görə 600 manat aliment alınaraq X1 xeyrinə tutulmalıdır. Lakin borclu Şəxs Əbdülxaliq oğlunun icra sənədini icra etməkdən yayınmasının üzrsüz səbəbdən olduğu və aliment borcuna görə 4200 manat borcu yarandığı müəyyən edildiyindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Abşeron Rayon İcra Şöbəsinin icra məmuru X7 bildirdi ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci tarixli, 2(012)-259/2020 saylı icra vərəqəsinə əsasən Şəxs Əbdülxaliq oğlundan hər ay üç uşağa görə 600 manat aliment alınaraq X1 xeyrinə tutulmalıdır. Hal-hazırda Şəxs Əbdülxaliq oğlunun 4200 (dörd min iki yüz) manat borcu var. İcra vərəqəsi üzrə borcluya bildiriş göndərilmiş, müxtəlif icra hərəkətləri aparılmış, Şəxs Əbdülxaliq oğlunun izahatı alınmışdır. Borclu Şəxs Əbdülxaliq oğlunun icra sənədini icra etməkdən yayınmasının üzrsüz səbəbdən olduğu müəyyən edildiyindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əbdülxaliq oğlu aliment borcunu ödəməkdən boyun qaçırmadığını, borcundan sentyabr ayında 500 manat ödəniş etdiyini, hər ay borcundan xeyli miqdarda ödəniş aparacağını bildirərərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar X3 yaranmış borcu barəsində inzibati xəta haqqında iş üzrə icraatı aparılan şəxs Şəxs Əbdülxaliq oğlundan tələb etdiyini bildirdi. İş materiallarına əlavə olunmuş Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci tarixli, 2(012)-259/2020 saylı icra vərəqəsindən görünür ki, Şəxs Əbdülxaliq oğlundan hər ay üç uşağın saxlanması üçün 600 manat aliment alınaraq X1 xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan qəbzin sürətindən görünür ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əbdülxaliq oğlu tərəfindən xx.xx.2020-ci il tarixdə zərərçəkmiş X2 500 manat pul vəsaiti ödənilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinəyetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Əbdülxaliq oğlunun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib hissəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, inztibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər X4 İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün əsas vermir. Şəxs Əbdülxaliq oğlunun izahatından qətnaməni üzrsüz səbəbdən icra etməməsi görünmür. Məhkəmə hesab edir ki, Şəxs Əbdülxaliq oğlu tərəfindən borcun ödənilməməsi onun inzibati məsuliyyətə cəlb olunması üçün hələ əsas deyil. Şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün qətnamənin üzrsüz səbəbdən icra edilməməsi faktı olmalıdır ki, materialda belə bir xüsusata rast gəlinmir. Belə olan halda, Şəxs Əbdülxaliq oğlu icra məmurunun qanuni tələbini qəsdən yerinə yetirməməsi sübuta yetmir, buna görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü, 105-115 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Əbdülxaliq oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar