Məhkəmə qərarları › İş №3(012)-1696/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1696/2021

02.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1696/2021 02.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qıznın sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi, polis kapitanı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Xaçmaz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi, polis kapitanı X5 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında dindirilmiş Abşeron Rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi, polis kapitanı X5 bildirdi ki, 15.10.2021-ci il tarixdə, təxminən saat 11 radələrində Abşeron rayonu, M.Əsədov küçəsində Zərərçəkmiş şəxs yaşadığı evin qarşısına daş qırıntıları tökdüyü üçün Şəxs idarə etdiyi avtomobillə oradan keçməkdə çətinlik çəkmişdir. Buna görədə onların arasında mübahisə yaranmış və baş vermiş mübahisə zamanı sonuncu Zərərçəkmiş şəxs fiziki zor tətbiq edərək ona sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirmişdir. Buna görə də Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında dindirilən Şəxs izahatında göstərdi ki, 15.10.2021-ci il tarixdə, təxminən saat 11:10 radələrində o, etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı, 99PZ283 dövlət qeydiyyat nnişanlı avtomobil ilə yaşadığı küçədə Zaur adlı qonşusunun oraya Kamaz markalı maşınla daş gətizdirdiyini görmüş və maşından düşərək Zaura yaxınlaşmış və övladının çantasını evə qoyub əynini dəyişdirdikdən sonra səhhəti ilə əlaqədar təcili xəstəxanaya aparacağını bildirirərək 10 dəqiqə səbr edib daşı küçəyə tökməmələrini xahiş etmişdir. Həmin vaxt Zaur onunla razılaşmış və o, keçib getdikdən sonra daşı boşaltdıracağını bildirmişdir. Bundan sonra o, oradan keçib evə getmiş və təxminən 10 dəqiqə sonra geri qayıtdıqda yük avtomobilində olan daşların bir hissəsinin küçəyə boşaldıldığını, digər yarısının isə maşının yük yerində saxlanıldığını görmüşdür. Bu zaman o, oradan keçib getmək istəyən zaman Zaur yükün qalan hissəsinin də boşaldılması üçün göstəriş vermişdir. Bu səbəbdən də yol tam daralmış və o keçə bilməmişdir. Buna görə də o, maşından düşüb yolu bağlamaması üçün onları xəbərdar etdiyini Zaura xatırlatdığında sonuncu əcəb etdiyini dedikdə mübahisə yaranmış və baş vermiş mübahisə zamanı Zaur əlində olan bel ilə onu vurmaq istədiyindən o da Zauru kənara itələyib idarə etdiyi nəqliyyat vasitəsinə oturmuş və yerə tökülmüş daş qırıntılarının üzərindən keçərək oradan çıxıb getmişdir. Sonda o, tutduğu əməli səmimi etiraf edərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 15.10.2021ci il tarixdə, saat 12 radələrində yaşadığı evin həyətinə yağış suları dolduğundan həyətə karbonat tipli daş tökdürmək qərarına gəlmiş və bu məqsədilə həmin daşları sifariş edərək həyətinə gətirtmişdir. Bu zaman yol dar olduğu üçün küçədən keçən «Toyota Prius» markalı, **-PZ-*** d.q.n avtomobilin sürücüsü təxminən bir saatdan sonra geri qayıdacağını bildirmiş, o isə bu vaxt ərzində töküləcək daşların yayılacağını və onun oradan keçə biləcəyini demişdir. Bundan sonra həmin sürücü oradan çıxıb getmiş, onlar isə işə başlamışlar. Bir qədər sonra isə həmin sürücü idarə etdiyi avtomobil ilə geri qayıdaraq keçmək istədiyini bildirmiş, o isə işin tamamlanmasına az qaldığını deyərək bir qədər səbr etməsini xahiş etdikdə həmin sürücü avtomobilindən düşərək üzərinə hücum çəkmiş və yumruqla onun baş nahiyəsinə bir neçə dəfə zərbələr vurmuşdur. Aldığı zərbələrin təsirindən o, müvazinətini itirərək yerə yıxılmış, yerdə olan zaman isə onun yaxasından tutub yerlə sürütləməyə başlamışdır. Həmin vaxt onun arvadı Zümrüd araya girərək onları ayırdıqdan sonra həmin şəxs avtomobilinə oturub daş qırıntılarının üzərindən keçərək oradan çıxıb getmişdir. Buna görə də Zümrüd DİN-in «102» xidmətizəng mərkəzinə müraciət edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Sonda o, Şəxs barəsində həbslə əlaqədar inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxs barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş Abşeron Rayon Polis İdarəsinin təhqiqat şöbəsinin təhqiqiatçısı, polis kapitanı Məmmədov Elvin Vəli oğlu tərəfindən qəbul edilmiş 25.10.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X2 müraciəti və Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 Abşeron rayon şöbəsi tərəfindən verilmiş canlı şəxsin ekspertizasına dair 15.10.2021-ci il tarixli, 2472 saylı rəydən görünür ki, 1975-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər sol qulağın səthi əzilmiş yarası küt əşya təsirindən törənmişdir; müayinədən 1 neçə saat əvvəl qərarın təsviri hissəsində göstərilən 15.10.2021-ci il tarixdə insanın bədən hissəsinin (əl barmaqlar və s.) təsirindən əmələ gələ bilərdi; sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsi və inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiri işdə iştirak edən şəxsin izahatları və iş üzrə toplanmış digər sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Abşeron Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar