Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1696/2024 20.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ X2 Ənvər qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1-ci və 491.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1-ci və 491.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 06 avqust 2024-cü il tarixli “İnzibati xəta haqqında” protokol və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Bu protokol və sənədlərdən görünür ki, əməliyyat şöbəsinə “AZ-TEX" MMC-nin (VÖEN: **********) “Bakı Səhəri Binəqədi X6, Binəqədi Şossesi, Ev 7.” ünvanında yerləşən anbarına daxil olmuş “müvəqəti saxlanc” xüsusi gömrük prosedurunda saxlanmalı olan xx.xx.2024-cü il tarixli **********13 sorğu nömrəli gömrük bəyannaməsi üzrə rəsmiləşən yüklərin istifadə olunduğu barədə əldə edilr məlumatla bağlı anbarda Monitorinq şöbəsinin əməkdaşı ilə birgə baxış keçirilmişdir. XİF istirakçısı tərəfindən yüklərin saxlandığı anbarın fəaliyyətini davandırması və həmin malların gömı orqanının icazəsi olmadan Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən anbara (ge olunan anbar uçot-baza məlumatlarında qeydə alınmayıb) aparılması bildirilmişdir. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən anbarda qeyd olunan dondurma məhsullarıı saxlandığı müəyyən edilmiş və dərhal həmin anbara baxış keçirilmişdir. Baxış zamanı yuxarıda qeyd edilən bəyannamə üzrə bəyan edilərək müvəqqəti saxlanc xüsusi gömrük proseduru altır yerləşdirilməli olan malların gömrük qanunvericiliyinin tələbləri pozularaq müəyyən hissəsinin istifadə olunması aşkar olunmuşdur. Hüquqpozma faktı ilə bağlı tərtib edilmiş xx.xx.2024-cü il tarixli akta və protokola əsasən 91524295-296 nömrəli xx.xx.2024-cü il tarixli invoysun 1-ci mövqeyində qeyd olunan 20736 ədəd “X4 Vanilla” adlı dondurmaların 20736 ədədinin, 2-ci mövqeyində qeyd olunan 97020 ədəd “Kontiki Strawberrv” adlı dondurmaların 95620 ədədinin, 3-cü mövqeyində oevd olunan 480 ədəd “Quattro Fantasv” adlı dondurmaların 480 ədədinin, 4-cü mövqeyində qeyd olunan 48 ədəd “4L Vanilla” adlı dondurmaların 48 ədədinin, 5-ci mövqeyində qeyd olunan 48 ədəd “4L Strawberrv" adlı dondurmaların 24 ədədinin, 6-cı mövqeyində qeyd olunan 48 ədəd “4L Chocolate” adlı dondurmaların 48 ədədinin, 7-ci mövqeyində qeyd olunan 48 ədəd ”6L Banana Split” adlı dondurmaların 25 ədədinin, 8-ci mövqeyində qı olunan 48 ədəd "6L Pistachio” adlı dondurmaların 23 ədədinin, 9-cu mövqeyində qeyd olunan ədəd “6L Vanilla” adlı dondurmaların 24 ədədinin, 10-cu mövqeyində qeyd olunan 48 ədəd Cookie” adlı dondurmaların 18 ədədinin. 11-ci mövqeyində qeyd olunan 48 ədəd ‘‘6Lpanna Co Raspberry” adlı dondurmaların 23 ədədinin, 12-ci mövqeyində qeyd olunan 48 ədəd “6L Hazelr adlı dondurmaların 38 ədədinin, 13-cü mövqeyində qeyd olunan 96 ədəd "6L X1 Pieces" adlı dondurmaların 24 ədədinin, 14-cü mövqeyində qeyd olunan 192 ədəd Strawberrv with Strawberrv pieces" adlı dondurmaların 42 ədədinin, 15-ci mövqeyində qeyd olunan 48 ədəd “6L Forest Fruits” adlı dondurmaların 48 ədədinin. 16-cı mövqeyində qeyd olunan 48 ədəd “6L min with Chocolate” adlı dondurmaların 28 ədədinin Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən anbarda olmadığı və satıldığı müəyyən edilmişdir. Beləliklə də. "xxxx" MMC tərəfindən gömrük orqanının icazəsi olmadan__gömrük nəzarəti altında olan malların verləri dəyişdirilmiş və həmin malların yuxarıda qeyd olunan ədəd saylarının satışını həyata keçirilərək istifadə edilməklə onlar üzərində sərəncam verildiyi müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən nəzarətdə olan 91524295-296 nömrəli xx.xx.2024-cü il tarixli invoys sənədi əsasında xx.xx.2024-cü il tarixli **********1368 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan və 91524295- 296 nömrəli xx.xx.2024-cü il tarixli invoysun 1-ci mövqeyində qeyd olunan 20736 ədəd “X5 Vanilla” adlı dondurmaların 20736 ədədi, 2-ci mövqeyində qeyd olunan 97020 ədəd “Kontiki Strawberrv” adlı dondurmaların 9562C ədədi, 3-cü mövqeyində qevd olunan 480 ədəd "Quattro Fantasv” adlı dondurmaların 480 ədədi. 4- cü mövqeyində qeyd olunan 48 ədəd “4L Vanilla” adlı dondurmaların 48 ədədi. 5-ci mövqevinds qevd olunan 48 ədəd “4L Strawberrv" adlı dondurmaların 24 ədədi, 6-cı mövqeyində qevd olunar 48 ədəd “4L Chocolate” adlı dondurmaların 48 ədədi, 7-ci mövqeyində qevd olunan 48 ədəd “6İ Banana Split” adlı dondurmaların 25 ədədi, 8-ci mövqeyində qevd olunan 48 ədəd “6L Pistachio adlı dondurmaların 23 ədədi, 9-cu mövqeyində qevd olunan 96 ədəd "6L Vanilla” ad dondurmaların 24 ədədi, 10-cu mövqeyində qevd olunan 48 ədəd “6L Cookie" adlı dondurmaları 18 ədədi, 11-ci mövqeyində qeyd olunan 48 ədəd “6Lpanna Cotta- Raspberrv” adlı dondurmaları 23 ədədi, 12-ci mövqeyində qeyd olunan 48 ədəd “6L Hazelnut” adlı dondurmaların 38 ədədi, 13-cü mövqeyində qevd olunan 96 ədəd “6L Chocolate ÜİTH Chocolate Pieces” adlı dondurmaların 2 ədədi, 14-cü mövqeyində qevd olunan 192 ədəd “6L Strawberrv with Strawberrv pieces" ac dondurmaların 42 ədədi, 15-ci mövqeyində qevd olunan 48 ədəd “6L Forest Fruits” adlı dondurmaların 48 ədədi, 16--cı mövqeyində qevd olunan 48 ədəd “6Lmin with Chocolate” ac dondurmaların 28 ədədi istifadə edilməklə üzərində sərəncam verilmiş malların ümumi dəyəri m valyuta nisbətdə 75169.17 (yetmiş bes min bir yüz altmış doqquz manat on yeddi qəpik) man təşkil edən 41290.40 avro təşkil edir. Bununla da, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 491.3-cü və 491.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində protokol tərtib edilmiş Şəxsnə və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Buna görə də məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1-ci və 491.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsinə əsasən bu Məcəllənin 491.2-ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsində nəzərdə tutulmuş qaydada cərimə növündə inzibati tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci və 491.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək barəsində inzibati xətanın obyekti olmuş 41290.40 avro valyuta vəsaiti məbləğinin 50% məbləğində, yəni 20645.2 avro məbləğinin ödəniş gününə olan Azərbaycan manatının məzənnəsi nəzərə alınmaqla cərimə olunsun. Qərarın icrası Abşeron Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X3
Məhkəmə qərarları › İş №3(012)-1696/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1696/2024
20.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver