Məhkəmə qərarları › İş №3(012)-1698/2020

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1698/2020

29.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1698/2020 29.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Nəcəfova Şövkət Hüseyn qızı, Şəxs barəsində Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sumqayıt Regional şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala işin baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏYYƏN ETDİM : xx.xx.2020-ci il tarixdəŞəxsbarəsindəAzərbaycan Respublikası İXM-nin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sumqayıt Regional şöbəsi tərəfindən protokol tərtib edilərək baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmiş və material xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında material nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsində nəzərdə tutulmuş rekvizitlər üzrə düzgün tərtib olunmamışdır. Belə ki, inzibati xəta haqqında iş materallarından görünür ki, inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə izahatı göstərilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. İstinad edilən maddələrin tələbləri baxımından məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığına görə inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 53, 100, 106-111-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ M : Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və digər sənədlər Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sumqayıt Regional şöbəsinə qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar