Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1698/2021 17.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə, Şəxs oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 08.10.2021-ci il tarixli, İXP ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, 31.07.2021-ci il tarixdə saat 10 radələrində Şəxs oğlu idarə etdiyi “Kia Rio” markalı, **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qobu qəsəbəsindən Lökbatan qəsəbəsi istiqamətində saatda təxminən 60 km/saat sürətlə hərəkətdə olan zaman yolun sağ tərəfində bir nəfər şəxsi vuraraq sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirildiyi üçün Şəxs oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs oğlu izahatında göstərdi ki, 2010-ci ildən “BC” dərəcəli sürücülük vəsiqəsi var və avtomobil idarə edir. 31.07.2021-ci il tarixdə saat təxminən 10-da özünə məxsus KİA RİO markalı, ** TK *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qobu qəsəbəsindən Lökbatan qəsəbəsi istiqamətində saatda 60 km sürətlə hərəkətdə olduğu vaxt yolun sağ tərəfindən bir nəfər adını sonradan öyrəndiyi X2 anidən avtomobilin qarşısına çıxmış, həmin vaxt avtomobili saxlamaq istəsə də, saxlaya bilməmiş, onu avtomobilinin qabaq tərəfi ilə vurmuş, piyadanın baş nahiyəsi avtomobilin alın şüşəsinə dəymiş, onu dərhal idarə etdiyi KİA RİO markalı, ** TK *** dövlət qeydiyyat nişanlı avtomobilə qoyaraq Sabunçu xəstəxanasına aparmışdır. Sonda o, törətdiyi əməldən peşman olduğunu əsas gətirərək ona yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında protokol tərtib edən şəxs üçün Abşeron rayon Polis İdarəsinin ünvanına bildiriş göndərilmiş, lakin inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 16.08.2021-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, 31.07.2021-ci il tarixdə saat təxminən 10-da X1 Qobu- Lökbatan yolunun Qobu qəsəbəsi ərazisindən keçən hissəsində sağ tərəfindən sol tərəfdə olan evə getdikdə yola baxmadan yola çıxmış, həmin vaxt sol tərəfdən hərəkətdə olan Kia Rio markalı, ** TK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, boyun və sol kürək nahiyəsinin sıyrıqları xəsarətlərin yetirərək, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmuşdur. Ona görə də onun əməlində Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsinin tərkibi olmadığından onun barəsində toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs barəsində AR İXMnin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, 31.07.2021-ci il tarixdə saat təxminən 10-da X1 Qobu-Lökbatan yolunun Qobu qəsəbəsi ərazisindən keçən hissəsində sağ tərəfindən sol tərəfdə yerləşən evinə getdikdə yola baxmadan yolu keçərkən həmin vaxt sol tərəfdən hərəkətdə olan Kia Rio markalı, ** TK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid bədən xəsarəti yetirilməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin dispozisiyasına görə, svetaforun qadağanedici siqnalının tələbinə əməl etmədən nəqliyyat vasitəsi ilə hərəkətdə olma, digər avtomobillə toqquşaraq zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, o AR İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsə maddi və mənəvi kömək göstərməsini onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini, eləcə də cəmiyyətin maraqlarını nəzərə almaqla barəsində inzibati cərimə növündə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinsin, ona 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Abşeron Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-1698/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1698/2021
17.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver