Məhkəmə qərarları › İş №3(012)-1698/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1698/2024

16.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1698/2024 16.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ X8 Ənvər qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sumqayıt Gömrük İdarəsinin nümayəndəsi X4, Barasində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X5 Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 05 avqust 2023-cü il tarixli “İnzibati xəta haqqında” protokol və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sumqayıt Gömrük İdarəsinin nümayəndəsi X6 protokola uyğun izahat verməklə məhkəmədən Şəxs MMC -nin barəsində inzibati məsuliyyətə cəlb olunub barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X5 izahatında bildirdi ki, Şəxs MMC-nin İdarə Heyətinin sədri vəzifəsində işləyir. Qeyd olunan məsələ ilə bağlı Sumqayıt Kommersiya Məhkəməsinə "xxxx" MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbi ilə müraciət etmişlər. İş hal-hazırda Sumqayıt Kommersiya Məhkəməsinin icraatındadır. Həmin inzibati xəta "xxxx" MMC tərəfindən törədilmişdir. Heç bir təqsirləri yoxdur, ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bu protokol və sənədlərdən görünür ki, Sumqayıt Gömrük İdarəsi X1 və təhqiqat şöbəsinə daxil olmuş xx.xx.2024-cü il tarixli 3-33-1800/012/002453 nömrəli raportun icrası zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs Şəxs (VÖEN: **********) tərəfindən xx.xx.2024-cü il tarixli **********6262 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli **********6618 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli **********6667 sorğu nömrəli. xx.xx.2024-cü il tarixli **********6694 sorğu nömrəli gömrük bəyannamələri üzrə Sumqayıt Gömrük İdarəsində alqı-satqı yolu ilə rəsmiləsdirilərək ixrac edilmiş malların müqabilində Şəxs Azərbaycan Respublikasındakı müvəkkil bank hesabına köçürülməli olan, 6393,60 (altı min üç yüz doxsan üç dollar,altmış sent) ABŞ dolları məbləğində xarici valyuta vəsaitinin ixracatçının müvəkkil bankda olan hesabına köçürülmədiyi qeyd edilmişdir. DGK X2 Sistemi - hesabat və təhlillər Forma 3.9.2.1 - alqı- satqı və konsiqnasiva üzrə hesabat bölməsi informasiya sisteminə həyata keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Şəxs ilə Gürcüstan Respublikasında fəaliyyət göstərən QOQ "xxxx" şirkəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli 611 nömrəli müqaviləyə xx.xx.2024-cü il tarixli **********6262 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli **********6618 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli **********6667 sorğu nömrəli, xx.xx.2024- cü il tarixli **********6694 sorğu nömrəli gömrük bəyannamələri üzrə aparılan ixrac əməliyyatları ilə həyata keçirilən xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş 6393,60 (altı min üç yüz doxsan üç dollar,altmış sent) ABŞ dolları məbləğində xarici valyuta vəsaiti müvəkkil bankın hesabına köçürülməmişdir, s materiallarına əlavə edilmiş Mərkəzi Bankın rəsmi internet səhifəsinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokola əsasən 1 (bir) ABŞ dollarının Azərbaycan manatına qarsı rəsmi məzənnəsinin 1,70 manat olması müəyyən edilmişdir. 1 (bir) ABŞ dollarının Azərbaycan manatına qarsı məzənnəsinin 1,70 manat olmasını nəzərə alaraq, 6393,60 (altı min üç yüz doxsan üc dollar,altmış sent) ABŞ dolları milli valyutaya nisbətdə 10869.12 (on min səkkiz yüz altmış doqquz manat.on iki qəpik) AZN təşkil etdiyi müəyyən edilmişdir. Faktla bağlı araşdırma zamanı, Şəxs MMC-də hüquqşünas X3 izahatını aldım. X5 öz izahatında bildirdi ki, Şəxs ilə Gürcüstan Respublikasında fəaliyyət göstərən QOQ "xxxx" şirkəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli 611 nömrəli müqaviləyə xx.xx.2024-cü il tarixli **********6262 sorğu nömrəli. 23.01,2024-cü il tarixli **********6618 sorğu nömrəli, xx.xx.2024- cü il tarixli **********6667 sorğu nömrəli. xx.xx.2024-cü il tarixli **********6694 sorğu nömrəli gömrük bəyannamələri üzrə aparılan ixrac əməliyyatları ilə həvata keçirilən xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş 6393,60 (altı min üç yüz doxsan üc dollar.altmıs sent) ABŞ dolları məbləğində xarici valyuta vəsaiti müvəkkil bankın hesabına köçürülməmişdir. Nəticədə hüquqi şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta faktı törədilmişdir.Bu fakt xx.xx.2024-cü il tarixli 3-33-1800/012/002950 nömrəli raport, xəbərdarlıqbildiriş məktubları, DGK VAİS-dən çıxarış-hesabatlar, xx.xx.2024-cü il tarixli **********6262 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli **********6618 sorğu nömrəli. xx.xx.2024-cü il tarixli **********6667 sorğu nömrəli. xx.xx.2024-cü il tarixli **********6694 sorğu nömrəli gömrük bəyannamələri,xx.xx.2022-ci il tarixli 611 nömrəli alqı-satqı müqavilələrlə və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməsinin inzibati məsuliyyətinə səbəb olur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə barəsində protokol tərtib olunan hüquqi şəxsin nümayəndəsinin izahatını iş materiallarında olan raport və protokollarla təkzib olunduğundan əsaslı və inandırıcı hesab etmir. Ona görə də məhkəmə Şəxs MMC -nin törətdiyi inzibati xətanın xarakterini, iş materiallarında olan sübutları və hüquqi şəxsi xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati xətanın obyekti olmuş valyuta vəsaitinin dəyəri həcmində cərimə tənbeh növü tətbiq olunmalı və qurum tərəfindən həmin cərimə ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin, yəni 6393.60 (altı min üç yüz doxsan üç dollar, altmış sent) ABŞ dolları məbləğinin 40 faizi məbləğində- 2557.44 ABŞ dolları məbləğində inizabti qaydada cərimə edilsin və həmin məbləğ ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilsin. Qərarın icrası Abşeron Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar