Məhkəmə qərarları › İş №3(012)-1699/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1699/2023

11.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1699/2023 11.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızı, X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil bürosunun vəkili Vəkil, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis leytenantı X2 iştirakları ilə, xx.xx.1977-ci ildə Cəbrayıl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Cəbrayıl rayonu, Sirik kəndində qeydiyyatda olan Şəxs barəsində Abşeron rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında tərtib edilmiş MN ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmiş şəxs bşeron rayon Polis İdarəsi İTŞ-nin sahə rəisi, polis leytenantı X3 protokolda qeyd olunanları təsdiq edərək bildirdi ki, tibbi müayinə nəticəsində Şəxs narkotik vasitələrdən istifadə etdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs törətdiyi əməldən səmimi peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirərək, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında müdafiəçi Abşeron rayon Vəkil bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, Azərbaycan Pespublikası DİN-in BNMİnin Təhqiqat Qrupunun baş təhqiqatçısı, polis kapitanı X6 tərəfindən cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2023-cü il tarixli 5789 saylı rəyində qeyd edilmişdir ki, müayinə zamanı Şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və protokol tərtib edən şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə düzgün tövsif olunmuşdur. xx.xx.1977-ci il təvəllüdlü, Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan Şəxs narkotik vasitələrin qanunsuz istifadəsi ilə məşğul olması və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Əməliyyat marağı kəsb edən məlumatın yoxlanması məqsədi ilə BNMİ-nin əməliyyat müvəkkili, İbrahim Məmmədov və Vüqar Qənbərov tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şəxs xx.xx.2023- cü il tarixdə saat 16:00 dəqiqədə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən yaşadığı evin yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Abşeron RPİ-nə gətirilmiş, müdafiəçinin yardımı ilə təmin olunmuş, şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmişdir. Araşdırma zamanı Abşeron RPİ-nin xidməti otaqlarının birində Şəxs üzərində qanunla qadağan olunan hər hansı əşya,predmet, kütlə varsa təqdim etməsi təklif olundu. Bu təklifdən sonra sonuncu əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) bükümdə, açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni təqdim etdi. Sonra Şəxs üzərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı sonuncunun əynində olan həmin cins şalvarın sol yan cibindən 1 (bir) ədəd “Samsung” markalı mobil telefon, 2(iki) dollar pul və şəxsiyyət vəsiqəsi aşkar olundu. Sonra həmin kütlə qablaşdırıldı, möhürləndi, üzərində müvafiq qeydlər aparıldı, şübhəli şəxs, müdafiəçi, tərəfimdən imzalandı və götürüldü. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd mobil telefon və şəxsiyyət vəsiqəsi götürüldü, pul isə sonuncuya geri qaytarıldı. Samir Qəniyev verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik vasitələri Abşeron rayonunda tanımadığı şəxsdən istifadə etmək məqsədi ilə əldə etdiyini, satışı ilə məşğul olmadığını, tanışı Məhəmməd Zamanovun narkotik maddələrdən istifadə etmədiyini bildirmişdir. Şəxs üzərindən aşkar olunaraq götürülmüş və qablaşdırılmış 1 (bir) bükümdə qurudulmuş marixuanaya bənzər kütlə müayinə olunmaq üçün xx.xx.2023-cü il tarixli məktubla Azərbaycan Respublikası Ədliyyə Nazirliyin Məhkəmə-Ekspertiza Mərkəzinə göndərilmiş və xx.xx.2023-cü il tarixli 7/1268 nömrəli ekspert rəyində göstərilmişdir ki,”vət. Şəxs üzərindən aşkar edilmiş...” və s.qeydlər olan zərfdəki 1 (bir) ədəd bükümdə maddə ümumi təmiz çəkisi-0,736 qram olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop madddələrin miqdarına,habelə onların küllü miqdarına görə siyahıları”na əsasən narkotik vasitə olan qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir.Odur ki,vət. Şəxs aşkar edilmiş və götürülmüş 0,736 (qalıq 0,716) qram narkotik vasitə olan qurudulmuş marixuana şəxsi istehlak miqdarında olduğundan cinayət məsuliyyəti yaratmır. Həmin Məcəllənin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, həmin Məcəllənin 33.1.1-ci maddəsinə əsasən törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Hesab edirəm ki, Şəxs orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olduğundan ona cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin ona, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən 300 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası cərimə hissəsində Abşeron Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın və qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinə, qərarın icrasına nəzarət isə Abşeron Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar