Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-17/2021 02.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi ilə, Azərbaycan Respublikası BDYPİ-nin Ekologiya yol patrul xidmətinin polis mayoru Eldar Bayramovun iştirakı ilə, X3 TP seriyalı ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi və iş üzrə icraata xitam verilməsinə dair şikayətinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X1 şikayət ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsini pozduğuna görə Bakı şəhəri, Qaradağ dairəvi yol 7-ci km Ekologiyanın polis kapitanı Nümayəndə Bayrəmli oğlu tərəfindən İnzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli, TP № ******* saylı qərar qəbul edilmişdir. xx.xx.2020-ci il tarixdə qəbul edilmiş qərar ilə razı olmadığı üçün etiraz etmişdir. Bu fakt qərarda da öz əksini tapmışdır. Çünki həmin qərar əsassız və qərəzli olaraq ona tətbiq edilmişdir. O,heç bir qanun pozuntusuna yol verməmiş, əksinə bütün qaydalara riayət etdiyini bildirmişdir. Belə ki, xx.xx.2020-ci il tarixdə o, qərar ilə razı olmadığı üçün 102 xidmətinə zəng edərək, məlumat vermişdir. Ona bildirmişlər ki, müraciətinin qeydiyyatı aparılmış və 10 gün müddətində ona rəsmi cavab veriləcəkdir. 10 gün müddət gözlədikdən sonra o, yenidən 102 xidmətinə zəng etmişdir. Onu 902 nömrəsinə yönləndirərək, şikayətini bildirməyi xahiş etdilər. O, 902 xidmətinə müraciət etmişdir. Ona internet portalından müraciət edərək, şikayət bölməsinə qərarın nömrəsini daxil edərək, şikayətini rəsmiləşdirilməsini bildirmişlər. Daha sonra yenə də 10 gün müddətinə cavab veriləcəyi bildirilmişdir. O, yenə də 10 gün müddət bitdikdə əlaqə saxlamış, lakin məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. Baş Dövlət X9 tərəfindən ona xx.xx.2020-ci il tarixdə cavab məktubu göndərilmişdir. Bakı şəhər Baş Polis İdarəsi Dövlət X8 tərəfindən isə xx.xx.2020-ci il tarixdə cavab verilmişdir. O, tətbiq edilmiş İXM-nin 327.1-ci maddəsi ilə qəti şəkildə razı deyil. Ona görə də Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə tənbeh edilərək 40 manat məbləğində cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikası Bakı şəhəri, Qaradağ dairəvi yol 7-ci km Ekologiyanın polisi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP № ******* saylı qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. İnzibati qərardan şikayət verən şəxs Azərbaycan Respublikası BDYPİ-nin Ekologiya yol patrul xidmətinin polis mayoru Eldar Bayramov şikayətin təmin edilməməsini xahiş etdi. Barəsində şikayət verilən Azərbaycan Respublikası BDYPİ-yə məhkəmə prosesinin yeri və vaxtı barədə bildiriş və sms vasitəsilə məlumat verilsə də, məhkəməyə gəlməmiş iştirakı olmadan işə baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə barəsində şikayət verilən Azərbaycan Respublikası BDYPİ-nin Ekologiya X2 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsini pozduğuna görə Bakı şəhəri, Qaradağ dairəvi yol 7-ci km Ekologiyanın polis kapitanı Nümayəndə tərəfindən X5 barəsində inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli, TP № ******* saylı qərar qəbul edilmişdir. Məhkəmə baxışı zamanı inzibati xətanı təsdiq edən videogörüntüyə baxış keçirilmiş, protokolda qeyd olunanlar təsdiq olunmuşdur. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsassız olduğuna görə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 115.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X5 şikayəti əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi və iş üzrə icraata xitam verilməsinə dair şikayəti təmin edilməsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-17/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-17/2021
02.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver