Məhkəmə qərarları › İş №3(012)-17/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-17/2025

21.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-17/2025 21.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Həsənov Vaqif İskəndər oğlu, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon Polis İdarəsinin DYPŞdən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİM: Şəxsnın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Abşeron rayon Polis İdarəsi tərəfindən xx.xx.2024-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xəta haqqında materiallar geri qaytarılmalıdır. Belə ki, Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X2 tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, X1 yol nəqliyyat hadisəsi zamanı xəsarət almaları faktına dair toplanmış xx.xx.2024-cü il tarixli HK/1-943S sayla qeydə alınmış təhqiqat materialı üzrə cinayət işinin başlanması rədd edilmiş, sürücü Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material Abşeron RPl-nin DYPŞ-si vasitəsi ilə Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 6(012)-03/2025 nömrəli qərarından görünür ki, Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X2 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarı ləğv edilmişdir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə protokolun tərtib edilməsinə, Abşeron RPİ-nin TŞ-in təhqiqatçısı polis mayoru X2 tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli qərar əsas olmuşdur. Hansı ki, X1 müraciəti əsasında Abşeron RPİ-in TŞ-də toplanmış material üzrə tam, obyektiv və hərtərəfli yoxlama aparılmadığına, bir sıra zəruri xüsusatlar araşdırılmadığına və toplanmış sübutlara düzgün hüquqi qiymət verilmədiyinə görə cinayət işinin başlanmasının rədd olunmasına dair sözügedən xx.xx.2024-cü il tarixli qərar Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə ləğv edilmiş və əlavə yoxlama aparılması üçün Abşeron RPİ-nin təhqiqat şöbəsinə göndərilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati icraatın başlanmasına əsas olmuş təhqiqat orqanının xx.xx.2024-cü il tarixli qərarı Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə ləğv olunmaqla qüvvədə olmadığına və qanuni əsaslar olmadığı üçün o, inzibati qaydada təqsirli bilinərək tənbeh edilə bilməz. Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Göstərilənlərə əsasən məhkəmə nəzərə alaraq, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər natamam şəkildə tərtib olunduğundan və işə baxılarkən tamamlanması mümkün olmadığından Şəxs İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Abşeron rayon Polis İdarəsinə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin İXM-in 43, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair xx.xx.2024-ci il tarixli, İXP seriyalı ******* inzibati xəta haqqında protokola dair material Abşeron rayon Polis İdarəsinin DYPŞ-nə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar