Məhkəmə qərarları › İş №3(012)-170/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-170/2024

23.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-170/2024 23.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Qasımov Abusət Sahib oğlunun, Vəliyeva Nərmin Elçin qızının katibliyi ilə İnzibati tənbeh vermə barədə protokol tərtib edən: Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Tələbkar: Əmiraslanova (Dosməmmədova) Ülkər Məmmədşəfi qızının, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Müdafiəçi: Xırdalan şəhər vəkil bürosunun vəkili Abbas-zadə Rəhim İsaq oğlunun, iştirakı ilə xx.xx.1990-cı ildə Abşeron rayonu, Qobu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala icra icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 tərəfindən Şəxs inzibati xəta törətməsi haqqında tərtib edilmiş MN ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında protokolu müdafiə edən Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Kənan Abdullayev protokolu müdafiə edərək bildirdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-3604/2021 saylı, 27 oktyabr 2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 4 uşağın yetkinlik yaşına çatanadəl saxlanılması üçün hər ay 400 manat cəmi aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət olunmuşdur. Qeyd olunan icra sənədi üzrə borc 12800 manat təşkil edir. Məhkəmə iclasında protokola baxılana qədər tələbkar icra şöbəsinə ərizə ünvanlayaraq, yaranmış 12800 manat borcun ona ödənilməsini və Şəxs şikayətçi olmadığını bildirmişdir. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmədə tələbkar Ülkər Əmiraslanova (Dosməmmədova) izahat verərək bildirdi ki, borclu icra vərəqəsindəki borcunu, yəni 12800 manat pulu tam ödədiyindən Şəxs şikayətçi deyildir və onun barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, borcunu ödəməkdən yayınmamış, iş yeri olmadığı üçün ondan asılı olmayan səbəblərdən aliment ödənişlərini həyata keçirə bilməmişdir. Hal-hazırda zərərçəkmiş şəxsə borcunu tam ödəməsini nəzərə alaraq, barəsində tərtib olunmuş inzibati protokol üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. X12-zadə məhkəmə iclasında çıxış edərək, hüquqlarını müdafiə etdiyi Şəxs yaranmış borcunu tam icra etdiyindən barəsində tərtib olunmuş inzibati protokol üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: Abşeron Rayon Məhkəməsinin 2(012)-3604/2021 saylı, 27 oktyabr 2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs xx.xx.2021-ci il tarixdən başlayaraq 22 iyul 2009-cu il təvəllüdlü X4, 18 aprel 2012-ci il təvəlüldlü X5, 13 noyabr 2014-cü il təvəlüldlü X2 və 26 sentyabr 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 100 manat olmaqla, cəmi 400 mant sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. Qeyd olunan icra sənədi xx.xx.2021-ci il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlanılaraq tərəflərə və aidiyyəti məhkəmələrə bu barədə məlumat verilmişdir. xx.xx.2022-ci il tarixli qərar əsasən Şəxs faktiki yaşadığı ünvan məlum olmadığı üçün onun barəsində axtarış elan olunmuşdur. xx.xx.2023-cü il tarixli qərar əsasən Şəxs faktiki yaşadığı ünvan məlum olmadığı üçün onun barəsində axtarış elan olunmuşdur. “Elektron məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Şəxs "xxxx" MMC-də sürücü işləyir və aylıq əmək haqqı 500 manat təşkil edir. Əmiraslanova (Dosməmmədova) Ülkər Məmmədşəfi qızının Abşeron rayon İcra və Probasiya Şöbəsinə ünvanlandığı ərizədən görünür ki, borclu 12800 manat pulu tam ödədiyindən Şəxs şikayətçi deyildir və onun barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, icra işinin materiallarını tədqiq edərək,/ borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi halların mövcud olmadığı qənaətinə gəlir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yahərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qeyd. Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Beləliklə məhkəmə iclasında borclu tərəfindən Abşeron Rayon Məhkəməsinin 2(012)-3604/2021 saylı, 27 oktyabr 2021-ci il tarixli icra sənədinin barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən, lakin işin məhkəmədə baxılıb qərar qəbul edilməsinədək ödənilməsi nəzərə alınmalı və Şəxs inzibati məsuliyyətdən azad edilməlidir. Barəsində inzibati icraat aparılan Şəxs məhkəmə iclasında 5 saat dövlət hesabına olmaqla hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Abbas-zadə Rəhim İsaq oğluna cəmi 30 manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinin qeydinə əsasən inzibati məsuliyyətdən azad edilsin. Barəsində inzibati icraat aparılan Şəxs məhkəmə iclasında 5 saat dövlət hesabına olmaqla hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Abbas-zadə Rəhim İsaq oğluna cəmi 30 manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar