Məhkəmə qərarları › İş №3(012)-170/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-170/2025

09.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-170/2025 09.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İnzibati protokol tərtib etmiş şəxs Azərbaycan RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis leytenantı X2, zərərçəkmiş şəxslər X3 və Zərərçəkmiş şəxs1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Şəmkir rayonu, Seyfəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Şəmkir rayonu, Abbaslı Ərazi Dairəsi, Abbaslı kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Z.Əliyeva küçəsində yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Xırdalan şəhərində açıq məhkəmə iclasında baxaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Azərbaycan RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis leytenantı X6 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında dindirilmiş Azərbaycan RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis leytenantı X6 bildirdi ki, xx.xx.2024-cü il tarixdə Şəxs bacısı X4 və anası Zərərçəkmiş şəxs1 döyərək onlara dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs inzibati xəta törətməkdə özünü təqsirli bilməyərək izahatında bildirdi ki, o, yeni ailə qurmuşdur. Lakin bacısı və anası onun ailəsini istəmirlər. Anası Zərərçəkmiş şəxs1 əvvəllər onunla yaşasa da, sonradan başqa yerə köçmüşdür. 23 dekabr 2024-cü il tarixdə anası Zərərçəkmiş şəxs1 bacısı və sonunun əri ilə birlikdə onun yaşadığı evə gələrək ilk öncə əşyalarını yığmaq istədiyini bildirsə də, sonradan anası və bacısı onun həyat yoldaşına və ona qarşı nalayiq ifadələr işlətmiş, münaqişə yaratmağa çalışmışlar. Bu zaman o, anasını və bacısını itələyərək evdən çıxarmağa çalışmışdır. O, bacısı X4 və anası Zərərçəkmiş şəxs1 döyməmiş, sonunculara hər hansı xəsarət yetirməmişdir. Sonda Şəxs barəsində yüngül həddə inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxs Şəxs barəsindən yüngül həddə inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs1 izahatında bildirdi ki, Şəxs onun oğludur. O, əvvəllər oğlu ilə birlikdə yaşasa da, sonradan başqa evə köçmüşdür. O, 23 dekabr 2024-cü il tarixdə qızı Billur və qızının əri ilə birlikdə oğlu Ruslanın yaşadığı evə əşyalarını yığmaq üçün getmişlər. Lakin, oğlu Ruslan ona qarşı aqressiv münasibət göstərərək, onu saçından tutaraq yerə yıxmış və onu döymüşdür. O, Şəxs şikayətçidir. Məhkəmə iclasında dindirilən zərərçəkmiş şəxs X7 izahatında bildirdi ki, Şəxs onun doğma qardaşıdır. 23 dekabr 2024-cü il tarixdə həyat yoldaşı və anası Zərərçəkmiş şəxs1 ilə birlikdə anasının əşyalarını götürmək üçün qardaşı Ruslanın yaşadığı evə getmişlər. O, ilk əvvəl kənarda dayanmış, anası isə əşyalarını yığmışdır. Bu zaman anası ilə qardaşı arasında mübahisə yaranmış, daha sonra isə qardaşı Ruslan anasının saçından tutaraq onu yerə çırpmış və döymüşdür. O, hamilə olduğu üçün araya girmiş və aranı sakitləşdirmək istə də, lakin qardaşı onunda saçından tutaraq onu döymüşdür. Daha sonra isə qardaşı onun həyat yoldaşı Elmarın üzərinə cumaraq sonuncunu yumruq zərbələri ilə vurmuşdur. O, Şəxs şikayətçidir. . İş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən X3 və Zərərçəkmiş şəxs1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin Abşeron RPİ-nin İTŞ-yə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X9 xx.xx.2024-cü il tarixli 2967 nömrəli rəyindən görünür ki, 1997-ci il təvəllüdlü X3 məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər - başın sağ təpə və sol təpə, ənsə nahiyələrinin şişkinlikli qançırı küt əşyaların təsirindən müayinədən 1 gün əvvəl törənmişdir, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixinə Uyğun gəlir və ayrı-ayrılıqda hər biri sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin olunmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X9 xx.xx.2024-cü il tarixli 2989 nömrəli rəyindən görünür ki, 1968-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər alt çənə nahiyəsinin sol yarısının qançırı küt əşyaların təsirindən törənmişdir, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixinə uyğun gəlir və ayn-ayrılıqda hər biri sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin olunmur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, inzibati xəta haqqında icraat aparılan şəxsi və onun müdafiəçisini dinləyərək, məhkəmə hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiri işdə iştirak edən şəxsin izahatları və iş üzrə toplanmış digər sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini qeyd edib, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXMin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh növünün tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 20 (iyirmi) gün inzibati həbs tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2025-ci il, saat 17:30-dan hesablansın. Qərarın icrası Abşeron rayon Polis idarəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar