Məhkəmə qərarları › İş №3(012)-1700/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1700/2022

11.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1700/2022 11.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi ilə, Şəxs nümayəndəsi X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 26 oktyabr 2022-ci il tarixli “İnzibati xəta haqqında” protokol və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Bu protokol və sənədlərdən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəli fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarf’nın tələbləri nəzərə alınmaqla, Türkiyə Respublikasında yerləşən “PETLAS LASTİK SAN.ve TİC. A.S” şirkəti tərəfindən Bakı şəhəri Nizami rayonu,Babək PR,ev 31F 2222-ci məhəllə ünvanında qeydiyyatda olan Şəxs ŞİRKƏT-inin adına 77BE118/99ZX118 nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə göndərilmiş və xx.xx.2022-ci il tarixdə adı qeyd olunan şirkət tərəfindən Sumqayıt Baş Gömrük İdarəsində **********4235 sorğu nömrəli gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda bəyan edilmiş “Avtomaşınlar üçün pnevmatik rezin şinlər” yükünə risk profili əsasında Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən şirkətin istifadəsində olan anbarda xx.xx.2022-ci il tarixdə gömrük yoxlaması tətbiq edilmişdir. Yoxlama zamanı yükü müşaiyət edən sənədlərdə - “nömrəsiz” CMR, “Pİ**********4664” nömrəli invoys, “**********4235” sorğu nömrəli gömrük bəyannaməsində göstərilənlərlə qoşquda olan “avtomaşınlar üçün pnevmatik rezin şinlər” yükü eyniləşdirilmiş və sənədlərdə göstərilənlərlə faktiki yük arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. Belə ki, sənədlərdə göstərilən avtomobillər üçün təzə pnevmatik rezin şinlər yükü eynilik təşkil etdiyi, lakin mal-müşayiət sənədlərində və “**********4235” sorğu nömrəli gömrük bəyannaməsində qeyd olunmayan 285 ədəd “9.00-16” ölçülü təkərə və 110 ədəd “6.50-10” ölçülü təkərə aid olan cəmi 395 ədəd pnevmatik rezin şinlər üçün rezin içlik(flipper) müəyyən edilmişdir. Gömrük yoxlaması tam basa çatdıqdan sonra yoxlama protokolu tərtib edilməklə, mal-müsaivət sənədlərində bəyan edilməmiş “Petlas” markalı cəmi 395 ədəd pnevmatik rezin sinlər üçün rezin içlik (flipper) hüquqpozma predmeti kimi saxlanılmaqla Sumqayıt Bas Gömrük İdarəsinin inziabti binasında yerləşən saxlanc otağına təhvil verilmişdir.Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasına inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Buna görə də məhkəmə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə Şəxs nümayəndəsi X2 Şəxs barəsində tərtib olunmuş inzibati protokola baxılmasına və qarar çıxarılmasına etiraz etmədi. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməsinin inzibati məsuliyyətinə səbəb olur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materiallarında olan ekspert rəyindən görünür ki, aparılmış tədqiqat nəticəsində, Bakı səhəri avtomobil hissələrinin və təkər satısı bazarlarında mövcud olan qiymətlərə əsasən təqdim edilmiş 285 ədəd “9.00-16” ölçülü təkərə aid (laped) olan “Petlas” markalı pnevmatik sinlər üçün rezin içlik (flipper diskinin kamera yerləşən hissəsinə keçirilən) və 110 ədəd “6.50-10” ölçülü təkərə aid (avtokar) olan “Petlas” markalı pnevmatik sinlər üçün rezin içlik (flipper diskinin kamera yerləşən hissəsinə keçirilən) yükünün xx.xx.2022-ci il tarixinə olan orta bazar qiyməti təxminən 1865,00(bir min səkkiz yüz altmış bes) manat müəyyən edilmişdir. Həmin malların ayrı- ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində olan cədvəldə göstərilmişdir. Həmin Məcəllənin 482.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Ona görə də məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, iş materiallarında olan sübutları və hüquqi şəxsi xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş qaydada cərimə növündə inzibati tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraqməhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 1865 (bir min səkkiz yüz altmış beş) manatın 40 % məbləğində yəni, 746 (yeddi yüz qırx altı) manat məbləğində cərimə cəzası təyin edilsin. Qərarın icrası Abşeron Rayon İcra və Probasiya Şöbəsnə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar