Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1704/2024 19.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən: Abşeron RPİ-nin X13 polis sahə rəisi, polis kapitanı X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs Müdafiəçi: Xırdalan şəhər Vəkil bürosunun vəkili X4 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron Rayon Polis İdarəsi Qobu Polis Bölməsi tərəfindən daxil olmuş materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci maddəsilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron RPİnin X13 polis sahə rəisi, polis kapitanı X6 tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin X13 polis sahə rəisi, polis kapitanı X6 izahat verərək bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 01:30 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi, Sakit məhələdə küçədə tanışları ilə dayanarkən polis əməkdaşları xidməti vəzifələrini icra edərkən onlara yaxınlaşıb özlərini təqdim etdikdən sonra burada nə səbəbdən dayandığlarını soruşublar. Digərləri özlərini təqdim etmişdir, amma Şəxs özünü təqdim etməmişdir, daha sonra isə polis əməkdaşlarına münasibətdə nalayiq ifadələr söyləmişdir. Bu səbəbdən də Şəxs polis bölməsinə dəvət edilmişdir, amma bundan imtina etmişdir. Daha sonra polis əməkdaşları tərəfindən PPX-nın naryadı vasitəsilə Şəxs bölməyə gətirilmişdir. Amma bölməyə gətirildiyi zaman Şəxs DİN 102 Zəng Xidmətinə zəng etmişdir və polis əməkdaşları tərəfindən bölməyə əsassız olaraq aparıldığını demişdir. Şəxs küçədə polisin qanuni tələbinə qəsdən əməl etməmişdir. Beləliklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilməyərək izahatında göstərdi ki o, məhlədə 3-ü tanış ,1-i qohum olan 4 nəfərlə küçədə dayandıqları zaman polis nəfərləri onlardan birinin səslənərək yanına çağırıb, onların aralarında söhbət olmuşdur, daha sonra isə digərlərinə də yaxınlaşaraq ad, soyadlarını soruşublar, ən sonda isə Şəxs soruşulub, amma o ilk öncə ad, soyadının nə səbəbə soruşulduğu ilə maraqlanmışdır. Polis ona cavab verdikdən sonra o, ad ,soyadını dediyini bildirir. Ad,soyadını dedikdən sonra o, Azərbaycan Respublikasını DİN-nin 102 xidmətinə zəng etmiş, səbəbi soruşulduqda isə polisin köməkçi dəstə çağırdığını və qəzəbli olduğunu hiss etdiyini bildirmişdir. Polisə qarşı heç bir nalayiq ifadə və ya tabesizlik göstərmədiyini, yalnız ad soyadının nə səbəbə soruşulduğunu bildirmiş və bununla da qanunsuz hərəkətlərə yol vermədiyini bildirərək barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında müdafiəçi Ramil Yusifov hüquqlarını müdafiə etdiyi şəxsin əməlində Azrbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəxərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Abşeron RPİ-nin X13 CA üzrə ə\m polis baş leytenantı Xətayi Şirinov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki , Şəxs xx.xx.2024-cü il tarixdə, saat 01:30 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi, Sakit məhəllədə küçədə tanışları ilə dayanarkən polis əməkdaşları xidməti vəzifələrini icra edərkən onlara yaxınlaşıb özlərini təqdim etdikdən sonra burada nə səbəbdən dayandıqlarını soruşublar. Digərləri özlərinin təqdim etmişdir, amma Şəxs özünü təqdim etməmişdir, daha sonra isə polis əməkdaşlarına münasibətdə nalayiq ifadələr işlətmişdir. Bu səbəbdən də Şəxs və yanındakılar polis bölməsinə dəvət edilmişdir, amma Şəxs bundan imtina etmişdir. Daha sonra polis əməkdaşları tərəfindən PPX-nın naryadı vasitəsilə Şəxs və yanındakı digər şəxslər bölməyə gətirilibdirlər. Bölməyə gələrkən Şəxs əsassız olaraq DİN 102 Zəng Xidmətinə zəng etmişdir və polis əməkdaşları tərəfindən bölməyə əsassız olaraq aparıldığını demişdir. Daha sonra Şəxs yanındakı şəxslərin X7, X1, X3, X9 olduqları müəyyən olunmuşdur. Raport üzrə aidiyyatı göstəriş verilməsnii xahiş etmişdir. Abşeron RPİ-nin X13 polis sahə rəisi, polis kapitanı X6 tərəfindən tərtib olunmuş 19 avqust 2024-cü il tarixli MN saylı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki , Şəxs oğlu 18 avqust 2024-cü il tarixdə polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş və xx.xx.2023-cü il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizliyi) inzibati xəta hesab olunur. 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. İş materiallarında Şəxs tərəfindən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamasını təsdiq edən hallar öz əksini tapmamışdır. Belə ki, Abşeron RPİ-nin X13 polis sahə rəisi, polis kapitanı X6 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolda Şəxs 18 avqust 2024-cü il tarixdə Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamasından bəhs etsə də, həmin fakt iş materiallarına əlavə olunmuş sənədlərlə və protokolu tərtib edən şəxsin izahatları ilə öz təsdiqini tapmamışdır. Həmin protokoldan Şəxs polisin hansı qanuni tələblərinə tabe olmaması və həmin tabe olmamanın nə də ifadə olunmasını müəyyən etmək qeyrimümkün olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və bununla da onun hərəkətlərində inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X8 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53,105, 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X8 cəmi 18 manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin Qərardan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Xırdalan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №3(012)-1704/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1704/2024
19.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver