Məhkəmə qərarları › İş №3(012)-1705/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-1705/2024

20.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-1705/2024 20.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənli Salatın Etibar qızının katibliyi, İnzibati tənbeh vermə barədə protokol tərtib etmiş Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1987-ci ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, sürücü, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron Rayon Polis İdarəsi tərəfindən daxil olmuş materiala baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron Rayon Polis İdarəsindən daxil olmuş 18 avqust 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs təmiz çəkisi 0,23 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis baş leytenantı Kənanbəy Cavanşirzadə izahat verərək bildirdi ki, Şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində daşımaqla şübhəli olduğu üçün Abşeron RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən 16 avqust 2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, X5 piyada hərəkətdə olan zaman saxlanılaraq, Abşeron RPİ-yə gətirilmişdir. İdarədə şəxsin üzərinə keçiriımiş şəxsi axtarış və götürmə zamanı 1 ədəd bükümdə narkotik vasitə marixuana aşkar edilərək götürülmüşdür. Keçirilmiş ekspertizanın rəyinə əsasən Şəxs üzərindən 0,23 qram olan çətənə bitikisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar olunmuşdur. Bundan başqa Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X12 X10-Tibbi Yoxlama tərəfindən verilmiş rəydən görünür ki, Şəxs götürülmüş sidik numunəsində THC(+), MET (+) aşkar edilmişdir. Bununla da Şəxs narkotik vasitələrdən istifadə etdiyi müəyyən olunmuş və barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında dindirilən zaman özünü inzibati xətanın törədilməsində təqsirli bilərək bildirmişdir ki, o, 16 avqust 2024-cü il tarixdə günorta saatlarında Abşeron rayonu, Xırdalan şəhəri, X5 piyada hərəkətdə olan zaman saxlanılaraq, polis əməkdaşları tərəfindən saxlanılaraq, Abşeron RPİyə gətirilmişdir. O, etiraz etməyərək, polis əməkdaşları ilə birlikdə Abşeron rayon Polis İdarəsinə gəlmiş və orada ona xidməti otaqların birində hüquq və vəzifələri izah edilmişdir. Oradan üzərinə baxış keçirilərək, 1 ədəd bükümdə narkotik vasitə marixuana aşkar edilərək götürülmüşdür.Bir neçə aydır ki, reabilitasiya kursu keçir və buna görə də çox nadir halda istifadə edir. Müalicə müəsissəsindən ona bildirilmişdir ki, 2-3 aya ümumiyyətlə asılılığı qalmayacaqdır. Himayəsində xəstə anası və iki azyaşlı uşağı vardır. Özü taksi fəaliyyəti ilə məşğul olmaqla müalicə xərclərini ödəyir və ailəsinin maddi ehtiyaclarını təmin edir. Ailə vəziyyətinin nəzərə alınmasını və yüngül tənbeh tədbiri təyin edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 18 avqust 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs azadlıq hüququ faktiki olaraq həmin tarixdən, saat 17:00-dan məhdudlaşdırılmışdır. 18 avqust 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Abşeron RPİ-nin əməkdaşları tərəfindən 16 avqust 2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, X5 narkotik vasiitəni daşımaqda şübhəli şəxs kimi saxlanılmış, üzərindən 0,23 qram narkotik vasitə marixuana aşkar edilmişdir. 19 avqust 2024-cü il tarixli, Abşeron RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X8 tərəfindən “cinayət işinin başlanmasının rədd olunması barədə” qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16-2-7/1370 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “vət.Şəxs üzərindən...” yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd kağız bükümdə təmiz çəkisi-0,23 qram olan bitki mənşəli kütlə tərkibində narkotik vasitələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqatdan sonra marixuanadıtəmiz çəkisi: 0,23 qram; sərf edildi: 0,02 qram; qalıq: 0,021 qram. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X2 xx.xx.2024-cü il tarixli 5670 saylı Narkoloji-Tibbi Yoxlamanın rəyində qeyd edilmişdir ki, müayinə zamanı Şəxs bir neçə narkotik vasitə və digər psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan asılılıq sindromu narkamaniya xəstəliyinin əlamətləri aşkar olunur, narkamiyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. “Azemis” Elektron İnformasiya sistemi vasitəsilə barəsində inzibati icraat aparılan şəxsin “qohumluq məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X6 adlı uşaqları vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 206-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla,bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32-ci maddəsinə əsasən Şəxs himayəsində iki azyaşlı övladının olmasını cəzaasının yüngülləşdirən halı kimi nəzərə alır. 33-cü maddəsində göstərilən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin ailədə qazanc gətirən yeganə şəxs olmasını və onun himayəsində azyaşlı uşaqlarının olmasını və Rüstəm Abdullyevin cəmiyyətdən təcrid etmədən islah etməyin mümkün olduğunu nəzərə alaraq, barəsində cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən 300 (üç yüz) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə zalından dərhal azad edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Şəxs narkomaniyadan məcburi müalicəsinə nəzarət Qazax rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Abşeron Rayon Polis İdarəsində saxlanılan qalıq qalmış 0,21 qram narkotik vasitə olan qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza üzrə müəyyən edilmiş 78 (yetmiş səkkiz) manat ekspertiza xərci inzibati xəta törədən Şəxs tutulub dövlət nəfinə ödənilsin. Məhkəmə məsrəfi hesab olunan 78 (yetmiş səkkiz) manat ekspertiza xərci Şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar