Məhkəmə qərarları › İş №3(012)-1706/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-1706/2022

31.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-1706/2022 31.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi ilə, X2 tərəfindən daxil olmuş şikayətin baxılmasına hazırlıq zamanı Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 31 oktyabr 2022-ci il tarixdə X2 barəsində tərtib edilmiş protokoldan şikayət etməklə DİN-nin DYP-nin işçisi tərəfindən tərtib edilmiş İXP ******* saylı, xx.xx.2022-ci il tarixli protokolun ləğv edilməsini və inzibati xəta üzrə işə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib belə qərara gəlirəm ki, aşağıda göstərilən səbəblərə görə şikayət və sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İXM-nin 432.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 370-1-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikasının İXM-nin 432.2-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər Həmin Məcəllənin 130.2-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Azərbaycan Respublikasının İXM-nin 130.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmamasını həll edilir. Göründüyü kimi, qanunda protokolun deyil, qərarın ləğv edilməsi nəzərdə tutulmuşdur. Buna görə də hesab edirəm ki, iş materiallarına qərar əlavə edilmədiyindən, qanunda protokolun ləğv edilməsi nəzərdə tutulmadığından X2 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430-436-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 tərəfindən DİN-nin DYP-nin işçisi tərəfindən tərtib edilmiş İXP ******* saylı, xx.xx.2022-ci il tarixli protokolun ləğv edilməsinə dair şikayət geri qaytarılsın. X1 qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra adiyyatı üzrə məhkəməyə müraciət etmə hüququ izah olunsun. Hakim: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar